Türk Dünyasına işıq tutan
abidə-nəşr
MİLLƏT
VƏKİLİ CAVANŞİR FEYZİYEVİN “TÜRK
DÜNYASI” BEŞCİLDLİYİ HAQQINDA QEYDLƏR
Şahanə MÜŞFİQ
Böyük Türk
dünyasının ən dəyərli beş
kitabından biri - Mahmud Kaşğarlının
“Divani-lüğət-it-Türk” əsəri belə
başlayır:
“Əsirgəyən, qoruyan
Allahın adıyla.
Allahın dövlət günəşini Türk
bürclərindən doğmuş olduğunu və Türklərin
ölkələri üzərində göylərin bütün
dairələrini döndərmiş olduğunu gördüm. Allah onlara Türk
adını verdi. Və yer
üzünə hakim qoydu. Cihan
imperatorları türk irqindən çıxdı. Dünya millətlərinin yuları Türklərin əlinə
verildi. Türklər Allah tərəfindən
bütün millətlərə üstün
qılındı. Haqdan ayrılmayan
türklər, Allah tərəfindən haqq üzərinə
qiymətləndirildi. Türklər ilə
birliktə olan millətlər əziz oldu. Belə millətlər, Türklər tərəfindən
hər arzularına çatdılar. Türklər,
himayələrinə aldıqları millətləri, pislərin
şərindən qorudular. Cihad hakimi olan türklərə
hər kəs möhtacdır, onlara dərdini dinlətmək,
bu surətlə hər cür arzuya nail ola
bilmək üçün Türkcə öyrənmək
lazımdır...”
Türk
dünyası dedikdə böyük, sonsuz ərazilər,
türklər dedikdə tarix boyunca bir-birindən həm məsafə,
həm də siyasi baxımdan ayrı düşməklərinə
baxmayaraq, ürəkləri daim bir-biriylə atan, öz
soyköklərini unutmayan, ortaq dillərini müəyyən qədər
yaşatmağı bacaran 210 milyon insanın aid olduğu
çox böyük bir ulus yada düşür.
Müasir dövrdə türklər Saxadan Balkanlara qədər-təxminən
12 milyon kvadrat kilometr ərazidə yayılıblar. Türklərin
yayıldığı ərazinin ilk xəritəsini isə
M.Kaşğari “Divani-lüğəti-it-Türk” əsərində
verib.
Türkün tarixi də, mədəniyyəti də
çox qədim dövrlərə gedib çıxır. Ən qədim türk
yazısı 2500 il bundan əvvələ
aid edilən, Qazaxıstanda, Eşik kurqanından tapılan
gümüş kasa üzərindəki yazıdır. Bu kurqanda tapılan altun geyimli adamın zinət əşyaları
zənginliyinə görə yalnız Misir ehramlarından geri
qalır.
Türklər haqqında ilk qədim və etibarlı mənbə
Çin mənbələri sayılır. Çünki
türklər hər zaman at üstündə müharibələrdə,
qovğalarda olduğundan tarixi qılıncla yazıblar, qələmlə
deyil. M.Kaşğarinin dili ilə desək: “Türklər
yerlə göy arasında qalmaqdan öz tarixlərini
yazmağa fürsətləri olmayıb”.
Təbii ki, sonrakı dövrlərdə bu şanlı
tarix çox yazıldı, yaddaşlardan yazıya
köçürüldü, ulu babalarımız tərəfindən
bizə əmanət olara ötürülüb, bizdən isə
gələcək nəsillərə miras kimi qalacaq.
Son
dövrlərdə türkün əzəmətli,
vüqarlı tarixini, dünya sivilizasiyana birbaşa təsir
gücünə malik mədəniyyətini, ümumbəşəri
türk ideyalarını özündə əks etdirən ən
əhatəli və fundamental əsər Türk
dünyasının tanınmış tədqiqatçılarından
biri, Millət vəkili Cavanşir Feyziyevin “Mütərcim” nəşriyyatında
işıq üzü görən “Türk dünyası”
beşcildliyidir. Ortaq türk bayrağına
bürünmüş nəfis tərtibatlı əsəri
ilk dəfə görəndə yadıma dahi Nizami Gəncəvinin
əxlaqi-didaktik məzmunlu əsərlərindən ibarət
“Xəmsə”si - beşcildliyi düşmüşdü.
Düşünmüşdüm ki, əgər əsrlərin
o tayında yaşayıb-yaratmış Nizami öz əsərlərində
bəşəri ideyaları, əxlaqı təbliğ edirdisə,
fəlsəfə doktoru Cavanşir Feyziyev heç də ondan
geri qalmayan müqəddəs bir missiyanı həyata
keçirərək Türk sivilizasiyanı yazıya
köçürüb. O sivilizasiya ki, böyük Nizaminin
özü də onun bir tərkib hissəsidir. O sivilizasiya ki,
tarix boyunca bütün dünya mədəniyyətinə,
dövlətçiliyinə, siyasətinə, məişətinə
birbaşa təsir göstərib. O sivilizasiya ki, zaman-zaman təzyiqlərə,
hücumlara məruz qalıb, yox olmaq, parçalanmaq təhlükəsi
yaşayıb. Amma heç zaman əyilməyib,
sınmayıb, düşmənin arzusunu yerinə yetirərək
parçalanmayıb. Buna görədir ki, bir-birindən
yüzlərlə, minlərlə kilometrlər uzaqda
yaşayan türk xalqları öz dillərində ortaq
sözlər tapır, az müddət sonra
bir-birini anlayacaq dərəcədə asanlıqla
danışıqlarını qavrayırlar. Çünki
budaqlar bir-birindən nə qədər çox ayrılsa, nə
qədər çox uzansa da kökləri birdir.
Sonradan bu
böyük və sanballı əsər haqqında
yazılmış məqalələrə göz atarkən dəyərli
şair, ziyalı, Turan sevdalı Əkbər
Qoşalının da öz məqaləsində bu iki “Xəmsə”ni qarşılaşdırdığını
gördüm.
Çox
geniş, saysız-hesabsız, yerli və xarici mənbələrdən,
qaynaqlardan yararlanaraq araya-ərsəyə gətirilmiş
kitabın elə təkcə ədəbiyyat siyahısı,
üzərində nə qədər böyük, gərgin
iş getdiyini, əmək sərf olunduğunu göstərir.
Cavanşir müəllim heç bir yerdə
ifrat müəllif təxəyyülünə, şişirtmələrə
yol verməyib. Türklüyü, onun
bütün nəsillərə örnək tarixini tamamilə
gerçək, real faktlar əsasında, zəngin məlumatlarla
qələmə alıb.
Beş
müxtəlif mövzu və başlıq altında təqdim
olunan kitablardan ibarət “Türk dünyası”- dünya
türklüyünün bütövlük gerçəkliyini,
eyni zamanda, onun diferensial və inteqral xüsusiyyətlərini
real faktlar əsasında, dolğun və zəngin məlumat
spektri ilə özündə əks etdirir”.
Məncə,
əsərin yaranma səbəbini müəllifin bu sözləri
ilə şərh edə bilərik: “Bu gün
aktuallaşdırılması zəruri olan əsas məsələ
- ümumtürk qurumlarının koordinasiyasını daha da
optimallaşdırmaqdan və suveren türk dövlətləri
arasındakı hərtərəfli münasibətlərin dərinləşdirilməsi
şərtləri daxilində onların sıx humanitar əməkdaşlığını
və siyasi müttəfiqliyini həyata keçirəcək
proseslərin inkişafına nail olmaqdan ibarətdir”.
AMEA
Bakıxanov adına Tarix İnstitutunun Elmi
Şurasının qərarı ilə çap olunan
beşcildliyin elmi redaktorları tarix elmləri doktoru, professor
Yaqub Mahmudov və fəlsəfə elmləri doktoru, professor Fərman
İsmayılovdur.
Beşcildliyin birinci cildi “Türk dünyasının təməl
dəyərləri” adlanır. Bu hissədə müəllif
aydın məsələdir ki, mövzuya ən qədimdən,
ta kökündən giriş edir, türk
sivilizasiyasının tarixi təkamülü və təməl
dəyərləri, türk dilləri ailəsi,
ümumtürk tarixi və mədəniyyəti, siyasət və
diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri,
universal-multikulturalist dünyagörüşü və
onların müasir dünyadakı mövqeyi haqqında
geniş məlumat verir. O, ilkin olaraq Türk
sivilizasiyası anlayışı əsaslandırılır,
türk etnocoğrafiyasının hüdudları, türklərin
tarixi geopolitikası, dövlətçilik ənənələri
və digər məsələləri oxucuya sistemli şəkildə
elmi faktlarla təqdim edir.
2-ci kitab “Türk xalqları”ndan bəhs edir. Adından da
göründüyü kimi, burada türk etnocoğrafiyası,
əski türk ulusları və boyları, müasir türk
xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması
problemləri, ümumtürk qurumları və onların
inteqrasiya prosesindəki rolundan danışılır.
Hunlar, göytürklər, saqlar, avarlar, qıpçaqlar, səlcuqlular
və s. kimi əski türk ulusları və boylarından başlayaraq müasir
türk dövlət və xalqları haqqında əhatəli
məlumat verən müəllif daha sonra hazırda fəaliyyət
göstərən türk diaspor təşkilatları və
ümumtürk qurumları, onların fəaliyyət istiqamətlərini
də bu başlıq altında şərh edir.
3-cü kitab türklərin dövlətçilik tarixi
və genealogiyası, qədim türk dövlətləri və
imperiyaları, dövrümüzün müstəqil türk
respublikaları və onların əlaqələri, başqa
dövlətlərin tərkibindəki muxtar türk
respublikalari və vilayətləri, türk dövlətlərinin
qarşılıqlı əlaqələri və inteqrasiyasından
bəhs edir.
“Türk dövlətçiliyi tarixi” adlandırılan bu hissədə
böyük Türk imperiya və dövlətlərinin bəşər
tarixindəki yeri,
dövlətçilik ənənələri,
çağdaş dövrümüzdə bu ənənələrin
necə davam etdirilməsi kimi məsələlərlə
bağlı əhatəli məlumatlar oxucuya təqdim olunur.
“Türkşünaslıq”
adlı 4-cü cilddə türkşünaslığın
aktual problemləri, türkçülük ideologiyası və
onun nümayəndələri, türkçülüyü təhrif
edən yanaşma və nəzəriyyələrin tənqidi
analizi, türklərin kimliyinə münasibət, müasir
türk dünyasının inkişaf potensialı və
perspektivləri haqqında konkret informasiyalar yer alır.
Müəllif bu kitabda türkçülük
ideologiyasının yaranması, əsas hədəfləri və
xüsusiyyətləri, dünya elmindəki
türkçü alimlər və onların elmi fəaliyyəti
üzərində xüsusi dayanır. Bunun da əsas
səbəbi müəyyən dövrlərdə
türkçülük ideologiyasını fiaskoya uğratmaq
cəhdləri, türkçülüyün şüurlu
şəkildə təhrif edilməsinə
çalışılmasıdır. Pantürkizm,
panislamizim, panturanizm kim əsk cəhbələr
çox çalışsalar da bu cəhdləri heç bir
uğurlu nəticə vermədi. Çünki P.Tomsen,
V.Radlov, V.Bartold, L.Qumilyov, A.Kononov, P.Qolden, K.Findli,
D.Kıdırəli və bu kimi məşhur dünya
türkşünasları, onların elmi fəaliyyəti, tədqiqatları,
Ə.Vefiq Paşa, M.Cəlaləddin Paşa, H.Zərdabi,
V.Çələbi, Y.Akçura, Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, O.Süleymenov kimi
türkçülüyün ustad nümayəndələri
bu ideologiyanı ən yüksək şəkildə
yaşadır və təbliğ edirdilər. Eləcə
də 4-cü kitaba türk ruhu, türk əzmkarlığı,
tarixi, dövlətçiliyi, mədəniyyəti haqqında
dünyanın məşhur dövlət və mədəniyyət
xadimlərinin fikirləri də daxil edilib.
Nəhayət, sonuncu - 5-ci kitabda isə “Türk
dünyasının tarixi şəxsiyyətləri” yad edilir. Müəllif
burada qətiyyən öz mənsub olduğu xalqın tarixindəki,
ya da özünün sevimli şəxsiyyətlərini
qabartmır, Türk dünyasının tərəqqisində,
azadlığında, birliyində misilsiz xidmətləri
olmuş şəxsiyyətləri və onların dövlətçilik,
siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki
xidmətləri sistemləşdirərək təqdim edir.
Türkün tarixində ən qədim zamanlardan müasir
dövrümüzədək dünya sivilizasiyasına
böyük töhfələr verən şəxsiyyətlər,
dünyanın siyasi düzənini dəyişən fatehlər,
bəşəriyyət həyatında yeni istiqamətlər
açan insanlar, universal biliklərə malik zəkalar o qədər
çoxdur ki, təbii olaraq, C.Feyziyev bu kitabında onların
yalnız bir qismi haqqında yığcam, lakonik məlumatlar
verir, Türk birliyi adına gördüyü xidmətlərdən
söz açır.
Bu yerdə
Ə.Qoşalının öz üslubuna, şirin
danışıq tərzinə xas sadəlik və
doğmalıqla qələmə aldığı, mənim də
hər sözü ilə razılaşdığım fikirləri
xatırlatmaq yerinə düşərdi: “Heç kəsə
sirr deyil ki, qardaş ölkə və topluluqlarda
çıxan türk dünyası ünvanlı bir çox
nəşrlərdə hansısa xalqın, ölkənin,
liderin daha ön plana çıxarılması halları
mövcuddur; Cavanşir Feyziyevin beş cildliyinin ana xəttini
isə türkün şanlı ortaq keçmişi və o
keçmişin ortaq gələcəyə
dönüşdürülməsi potenisalının
özü təşkil edir; müəllif
özününküləşdirmir, ötələşdirmir;
müəllif nə pafosa varıb, nə də bədbinliyə
qapılıb - məhz alim kimliyi ilə yazıb”.
“Türk dünyası” ilkin olaraq böyük bir sevginin
məhsuludur.
Uzun illərdən bəridir C.Feyziyevin həm
bir alim, tədqiqatçı, həm də bir siyasətçi
kimi bütöv Türk dünyası uğrunda
çalışmalarına hər birimiz yaxından
şahidik. “Türk” adı çəkilən
hər yerdə ilk xatırlananlardan biridir artıq Cavanşir
müəllim. Buna görə də hər
türk dövlətini, topluluğunu şərh edərkən
hamısına eyni məhəbbətlə, diqqətlə
yanaşır, heç birini bir-birindən ayırmır.
Sevgi şərt olsa da, ondan əlavə böyük
peşəkarlıq, zəhmət, araşdırma bu çətin
və məsuliyyətli işin təməl
qaynaqlarıdır.
Fikrimcə,
böyük Türk dünyasının “Divan”, “Xəmsə”si
hesab olunacaq sanbalda Cavanşir müəllimin bir institutun bir
neçə illik işi səviyyəsində
hazırladığı kitab türkoloqlar, bu sahənin
mütəxəssisləri, filologiya, tarix, şərqşünaslıq
fakültələrinin tələbələrindən əlavə,
hər bir türksoylunun evində stolüstü kitabı
olacaq dəyərdə əsərdir. Çünki kitab hər
səhifəsi ilə türkün milliliyini özünə
qaytarır, onun əsrlərdən bəri toz basmış
yaddaşını yenidən “təmizləyir”, sanki 210
milyonluq böyük bir Türk ulusunun hər birinin
qulağına tək-tək “Sən türksən” deyə
pıçıldayır.
Türk
Dünyasına işıq tutan abidə-nəşr
MİLLƏT
VƏKİLİ CAVANŞİR FEYZİYEVİN “TÜRK
DÜNYASI” BEŞCİLDLİYİ HAQQINDA QEYDLƏR
KİVDF
Layihəsi
Oxunub: 37
dəfə
Facebook Twitter
WhatsApp a - A +
24.09.18 10:56
Türk
Dünyasına işıq tutan abidə-nəşr<b
style="color:red"></b>
Şahanə
MÜŞFİQ
Böyük
Türk dünyasının ən dəyərli beş kitabından biri - Mahmud
Kaşğarlının “Divani-lüğət-it-Türk” əsəri
belə başlayır:
“Əsirgəyən, qoruyan Allahın adıyla.
Allahın dövlət günəşini Türk
bürclərindən doğmuş olduğunu və Türklərin
ölkələri üzərində göylərin
bütün dairələrini döndərmiş olduğunu
gördüm.
Allah onlara Türk adını verdi. Və yer üzünə hakim qoydu. Cihan imperatorları türk irqindən
çıxdı. Dünya millətlərinin
yuları Türklərin əlinə verildi. Türklər Allah tərəfindən bütün
millətlərə üstün qılındı. Haqdan ayrılmayan türklər, Allah tərəfindən
haqq üzərinə qiymətləndirildi. Türklər ilə birliktə olan millətlər əziz
oldu. Belə millətlər, Türklər
tərəfindən hər arzularına çatdılar.
Türklər, himayələrinə
aldıqları millətləri, pislərin şərindən
qorudular. Cihad hakimi olan türklərə hər kəs
möhtacdır, onlara dərdini dinlətmək, bu surətlə
hər cür arzuya nail ola bilmək
üçün Türkcə öyrənmək
lazımdır...”
Türk
dünyası dedikdə böyük, sonsuz ərazilər,
türklər dedikdə tarix boyunca bir-birindən həm məsafə,
həm də siyasi baxımdan ayrı düşməklərinə
baxmayaraq, ürəkləri daim bir-biriylə atan, öz
soyköklərini unutmayan, ortaq dillərini müəyyən qədər
yaşatmağı bacaran 210 milyon insanın aid olduğu
çox böyük bir ulus yada düşür.
Müasir dövrdə türklər Saxadan Balkanlara qədər-təxminən
12 milyon kvadrat kilometr ərazidə yayılıblar. Türklərin
yayıldığı ərazinin ilk xəritəsini isə
M.Kaşğari “Divani-lüğəti-it-Türk” əsərində
verib.
Türkün tarixi də, mədəniyyəti də
çox qədim dövrlərə gedib çıxır. Ən qədim türk
yazısı 2500 il bundan əvvələ
aid edilən, Qazaxıstanda, Eşik kurqanından tapılan
gümüş kasa üzərindəki yazıdır. Bu kurqanda tapılan altun geyimli adamın zinət əşyaları
zənginliyinə görə yalnız Misir ehramlarından geri
qalır.
Türklər haqqında ilk qədim və etibarlı mənbə
Çin mənbələri sayılır. Çünki
türklər hər zaman at üstündə müharibələrdə,
qovğalarda olduğundan tarixi qılıncla yazıblar, qələmlə
deyil. M.Kaşğarinin dili ilə desək: “Türklər
yerlə göy arasında qalmaqdan öz tarixlərini
yazmağa fürsətləri olmayıb”.
Təbii ki, sonrakı dövrlərdə bu şanlı
tarix çox yazıldı, yaddaşlardan yazıya
köçürüldü, ulu babalarımız tərəfindən
bizə əmanət olara ötürülüb, bizdən isə
gələcək nəsillərə miras kimi qalacaq.
Son
dövrlərdə türkün əzəmətli,
vüqarlı tarixini, dünya sivilizasiyana birbaşa təsir
gücünə malik mədəniyyətini, ümumbəşəri
türk ideyalarını özündə əks etdirən ən
əhatəli və fundamental əsər Türk
dünyasının tanınmış tədqiqatçılarından
biri, Millət vəkili Cavanşir Feyziyevin “Mütərcim” nəşriyyatında
işıq üzü görən “Türk dünyası”
beşcildliyidir. Ortaq türk bayrağına
bürünmüş nəfis tərtibatlı əsəri
ilk dəfə görəndə yadıma dahi Nizami Gəncəvinin
əxlaqi-didaktik məzmunlu əsərlərindən ibarət
“Xəmsə”si - beşcildliyi düşmüşdü.
Düşünmüşdüm ki, əgər əsrlərin
o tayında yaşayıb-yaratmış Nizami öz əsərlərində
bəşəri ideyaları, əxlaqı təbliğ edirdisə,
fəlsəfə doktoru Cavanşir Feyziyev heç də ondan
geri qalmayan müqəddəs bir missiyanı həyata
keçirərək Türk sivilizasiyanı yazıya
köçürüb. O sivilizasiya ki, böyük Nizaminin
özü də onun bir tərkib hissəsidir. O sivilizasiya ki,
tarix boyunca bütün dünya mədəniyyətinə,
dövlətçiliyinə, siyasətinə, məişətinə
birbaşa təsir göstərib. O sivilizasiya ki, zaman-zaman təzyiqlərə,
hücumlara məruz qalıb, yox olmaq, parçalanmaq təhlükəsi
yaşayıb. Amma heç zaman əyilməyib,
sınmayıb, düşmənin arzusunu yerinə yetirərək
parçalanmayıb. Buna görədir ki, bir-birindən
yüzlərlə, minlərlə kilometrlər uzaqda
yaşayan türk xalqları öz dillərində ortaq
sözlər tapır, az müddət sonra
bir-birini anlayacaq dərəcədə asanlıqla
danışıqlarını qavrayırlar. Çünki
budaqlar bir-birindən nə qədər çox ayrılsa, nə
qədər çox uzansa da kökləri birdir.
Sonradan bu
böyük və sanballı əsər haqqında
yazılmış məqalələrə göz atarkən dəyərli
şair, ziyalı, Turan sevdalı Əkbər
Qoşalının da öz məqaləsində bu iki “Xəmsə”ni qarşılaşdırdığını
gördüm.
Çox
geniş, saysız-hesabsız, yerli və xarici mənbələrdən,
qaynaqlardan yararlanaraq araya-ərsəyə gətirilmiş
kitabın elə təkcə ədəbiyyat siyahısı,
üzərində nə qədər böyük, gərgin
iş getdiyini, əmək sərf olunduğunu göstərir.
Cavanşir müəllim heç bir yerdə
ifrat müəllif təxəyyülünə, şişirtmələrə
yol verməyib. Türklüyü, onun
bütün nəsillərə örnək tarixini tamamilə
gerçək, real faktlar əsasında, zəngin məlumatlarla
qələmə alıb.
Beş
müxtəlif mövzu və başlıq altında təqdim
olunan kitablardan ibarət “Türk dünyası”- dünya
türklüyünün bütövlük gerçəkliyini,
eyni zamanda, onun diferensial və inteqral xüsusiyyətlərini
real faktlar əsasında, dolğun və zəngin məlumat
spektri ilə özündə əks etdirir”.
Məncə,
əsərin yaranma səbəbini müəllifin bu sözləri
ilə şərh edə bilərik: “Bu gün
aktuallaşdırılması zəruri olan əsas məsələ
- ümumtürk qurumlarının koordinasiyasını daha da
optimallaşdırmaqdan və suveren türk dövlətləri
arasındakı hərtərəfli münasibətlərin dərinləşdirilməsi
şərtləri daxilində onların sıx humanitar əməkdaşlığını
və siyasi müttəfiqliyini həyata keçirəcək
proseslərin inkişafına nail olmaqdan ibarətdir”.
AMEA
Bakıxanov adına Tarix İnstitutunun Elmi
Şurasının qərarı ilə çap olunan
beşcildliyin elmi redaktorları tarix elmləri doktoru, professor
Yaqub Mahmudov və fəlsəfə elmləri doktoru, professor Fərman
İsmayılovdur.
Beşcildliyin birinci cildi “Türk dünyasının təməl
dəyərləri” adlanır. Bu hissədə müəllif
aydın məsələdir ki, mövzuya ən qədimdən,
ta kökündən giriş edir, türk
sivilizasiyasının tarixi təkamülü və təməl
dəyərləri, türk dilləri ailəsi,
ümumtürk tarixi və mədəniyyəti, siyasət və
diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri,
universal-multikulturalist dünyagörüşü və
onların müasir dünyadakı mövqeyi haqqında
geniş məlumat verir. O, ilkin olaraq Türk
sivilizasiyası anlayışı əsaslandırılır,
türk etnocoğrafiyasının hüdudları, türklərin
tarixi geopolitikası, dövlətçilik ənənələri
və digər məsələləri oxucuya sistemli şəkildə
elmi faktlarla təqdim edir.
2-ci kitab “Türk xalqları”ndan bəhs edir. Adından da
göründüyü kimi, burada türk etnocoğrafiyası,
əski türk ulusları və boyları, müasir türk
xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması
problemləri, ümumtürk qurumları və onların
inteqrasiya prosesindəki rolundan danışılır.
Hunlar, göytürklər, saqlar, avarlar, qıpçaqlar, səlcuqlular
və s. kimi əski türk ulusları və boylarından başlayaraq müasir
türk dövlət və xalqları haqqında əhatəli
məlumat verən müəllif daha sonra hazırda fəaliyyət
göstərən türk diaspor təşkilatları və
ümumtürk qurumları, onların fəaliyyət istiqamətlərini
də bu başlıq altında şərh edir.
3-cü kitab türklərin dövlətçilik tarixi
və genealogiyası, qədim türk dövlətləri və
imperiyaları, dövrümüzün müstəqil türk
respublikaları və onların əlaqələri, başqa
dövlətlərin tərkibindəki muxtar türk
respublikalari və vilayətləri, türk dövlətlərinin
qarşılıqlı əlaqələri və
inteqrasiyasından bəhs edir. “Türk dövlətçiliyi
tarixi” adlandırılan bu hissədə böyük Türk
imperiya və dövlətlərinin bəşər tarixindəki
yeri, dövlətçilik
ənənələri, çağdaş dövrümüzdə
bu ənənələrin necə davam etdirilməsi kimi məsələlərlə
bağlı əhatəli məlumatlar oxucuya təqdim olunur.
“Türkşünaslıq”
adlı 4-cü cilddə türkşünaslığın
aktual problemləri, türkçülük ideologiyası və
onun nümayəndələri, türkçülüyü təhrif
edən yanaşma və nəzəriyyələrin tənqidi
analizi, türklərin kimliyinə münasibət, müasir
türk dünyasının inkişaf potensialı və perspektivləri
haqqında konkret informasiyalar yer alır.
Müəllif bu kitabda türkçülük
ideologiyasının yaranması, əsas hədəfləri və
xüsusiyyətləri, dünya elmindəki
türkçü alimlər və onların elmi fəaliyyəti
üzərində xüsusi dayanır. Bunun da əsas
səbəbi müəyyən dövrlərdə
türkçülük ideologiyasını fiaskoya uğratmaq
cəhdləri, türkçülüyün şüurlu
şəkildə təhrif edilməsinə
çalışılmasıdır. Pantürkizm,
panislamizim, panturanizm kim əsk cəhbələr
çox çalışsalar da bu cəhdləri heç bir
uğurlu nəticə vermədi. Çünki P.Tomsen,
V.Radlov, V.Bartold, L.Qumilyov, A.Kononov, P.Qolden, K.Findli,
D.Kıdırəli və bu kimi məşhur dünya
türkşünasları, onların elmi fəaliyyəti, tədqiqatları,
Ə.Vefiq Paşa, M.Cəlaləddin Paşa, H.Zərdabi,
V.Çələbi, Y.Akçura, Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, O.Süleymenov kimi
türkçülüyün ustad nümayəndələri
bu ideologiyanı ən yüksək şəkildə
yaşadır və təbliğ edirdilər. Eləcə
də 4-cü kitaba türk ruhu, türk əzmkarlığı,
tarixi, dövlətçiliyi, mədəniyyəti haqqında
dünyanın məşhur dövlət və mədəniyyət
xadimlərinin fikirləri də daxil edilib.
Nəhayət, sonuncu - 5-ci kitabda isə “Türk
dünyasının tarixi şəxsiyyətləri” yad edilir. Müəllif
burada qətiyyən öz mənsub olduğu xalqın tarixindəki,
ya da özünün sevimli şəxsiyyətlərini
qabartmır, Türk dünyasının tərəqqisində,
azadlığında, birliyində misilsiz xidmətləri
olmuş şəxsiyyətləri və onların dövlətçilik,
siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki
xidmətləri sistemləşdirərək təqdim edir.
Türkün tarixində ən qədim zamanlardan müasir
dövrümüzədək dünya sivilizasiyasına
böyük töhfələr verən şəxsiyyətlər,
dünyanın siyasi düzənini dəyişən fatehlər,
bəşəriyyət həyatında yeni istiqamətlər
açan insanlar, universal biliklərə malik zəkalar o qədər
çoxdur ki, təbii olaraq, C.Feyziyev bu kitabında onların
yalnız bir qismi haqqında yığcam, lakonik məlumatlar
verir, Türk birliyi adına gördüyü xidmətlərdən
söz açır.
Bu yerdə Ə.Qoşalının öz üslubuna, şirin danışıq tərzinə xas sadəlik və doğmalıqla qələmə aldığı, mənim də hər sözü ilə razılaşdığım fikirləri xatırlatmaq yerinə düşərdi: “Heç kəsə sirr deyil ki, qardaş ölkə və topluluqlarda çıxan türk dünyası ünvanlı bir çox nəşrlərdə hansısa xalqın, ölkənin, liderin daha ön plana çıxarılması halları mövcuddur; Cavanşir Feyziyevin beş cildliyinin ana xəttini isə türkün şanlı ortaq keçmişi və o keçmişin ortaq gələcəyə dönüşdürülməsi potenisalının özü təşkil edir; müəllif özününküləşdirmir, ötələşdirmir; müəllif nə pafosa varıb, nə də bədbinliyə qapılıb - məhz alim kimliyi ilə yazıb”.
“Türk dünyası” ilkin olaraq böyük bir sevginin məhsuludur. Uzun illərdən bəridir C.Feyziyevin həm bir alim, tədqiqatçı, həm də bir siyasətçi kimi bütöv Türk dünyası uğrunda çalışmalarına hər birimiz yaxından şahidik. “Türk” adı çəkilən hər yerdə ilk xatırlananlardan biridir artıq Cavanşir müəllim. Buna görə də hər türk dövlətini, topluluğunu şərh edərkən hamısına eyni məhəbbətlə, diqqətlə yanaşır, heç birini bir-birindən ayırmır.
Sevgi şərt olsa da, ondan əlavə böyük peşəkarlıq, zəhmət, araşdırma bu çətin və məsuliyyətli işin təməl qaynaqlarıdır.
Fikrimcə, böyük Türk dünyasının “Divan”, “Xəmsə”si hesab olunacaq sanbalda Cavanşir müəllimin bir institutun bir neçə illik işi səviyyəsində hazırladığı kitab türkoloqlar, bu sahənin mütəxəssisləri, filologiya, tarix, şərqşünaslıq fakültələrinin tələbələrindən əlavə, hər bir türksoylunun evində stolüstü kitabı olacaq dəyərdə əsərdir. Çünki kitab hər səhifəsi ilə türkün milliliyini özünə qaytarır, onun əsrlərdən bəri toz basmış yaddaşını yenidən “təmizləyir”, sanki 210 milyonluq böyük bir Türk ulusunun hər birinin qulağına tək-tək “Sən türksən” deyə pıçıldayır.
525-ci qəzet.-2018.-22 sentyabr.-S.23.