Azərbaycan Miniatür Kitab Muzeyinin eksponatları Sibirdə
Nijnevartovsk şəhərinin mərkəzi
kitabxanasında nadir bir
sərgi açılıb:
Bakı şəhərində
fəaliyyət göstərən,
dünyada yeganə olan miniatür kitab muzeyinin 165 nüsxə ekspozisiyası
təqdim olunub.
AZƏRTAC Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiyanın uğra-tv telekanalı bu sərginin açılışından süjet
hazırlayıb. Verilişdə qeyd edilir ki,
ən kiçik eksponatlar arasında ölçüləri cəmi
3x3 millimetr olan, yeddi dilə tərcümə edilmiş
Bibliya xüsusi yer tutur. Burada rus
klassiklərinin və
xarici müəlliflərin
qədim və müasir kitabları da var.
Kolleksiyadan üç minə yaxın nəşr Ginnesin Rekordlar Kitabına daxil edilib. Azərbaycanın Əməkdar
mədəniyyət işçisi,
muzeyin yaradıcısı,
həyatının 35 ilini
miniatür kitabların
axtarışı, bərpası
və nəşrinə
həsr etmiş Zərifə Salahova özü də Nijnevartovska gəlib.
Bu işdə ona
tanınmış artistlər,
rəssamlar, siyasətçilər,
bədii söz sərrafları kömək
ediblər.
Süjetdə deyilir: “M.K.Anisimkova
adına Mərkəzi Şəhər
Kitabxanasında “Miniatür
kitablar. Bir kolleksiyanın tarixi” sərgisinin açılışında
Nijnevartovskun gənc sakinləri Zərifə Teymur qızı kimi son dərəcə maraqlı bir insanla görüşmək
və onun miniatür kitablar kolleksiyası ilə tanış olmaq imkanı qazanıblar. Mərkəzi kitabxanadakı müvəqqəti
ekspozisiyada kiçik formatlı 160-dan çox nəşr nümayiş etdirilir. Bütövlükdə isə Zərifə
Salahovanın kolleksiyasında
dünyanın 80 ölkəsindən
gətirilmiş 9000-dən çox kitab var”.
Zərifə Salahova Nijnevartovsk sakinləri ilə söhbətdə deyib: “Mənim muzeyim dünyada yeganədir. Muzeyin açılışı on altı il bundan əvvəl, xalqımızın Ümummilli lideri Heydər Əliyevin sayəsində baş tutdu. O vaxtdan bəri kolleksiyamız xeyli genişlənib, muzeyin 3 filialı yaradılıb”.
Kolleksiyadakı ən qədim kitab
1672-ci ildə buraxılmış dəri cildli,
qızıl haşiyəli “Quran”dır. Bu
nəşri muzeyə şairə Rimma Kazakova hədiyyə edib.
Həmin “Quran” və “Heydər Əliyevin
neft strategiyası” kitabı Zərifə
Salahovanın sevimli nəşrləridir.
525-ci qəzet.- 2018.-
1 sentyabr.- S.13.