Anarın məqaləsi Özbəkistan mətbuatında

 

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar avqustun 6-da Özbəkistan Yazıçılar İttifaqının dəvətilə “Klassikçağdaş özbək ədəbiyyatının öyrənilməsinin aktual məsələləri və özbək ədəbiyyatının dünyada tanınması” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Daşkənddə səfərdə olub.

 

Bu barədə avqustun 18-də “525-ci qəzet”in şənbə buraxılışında yazıçının “Özbəkistan görüşləri” adlı reportajı yayımlanmışdı.

Xalq yazıçısının beynəlxalq konfrans və Özbəkistan səfəri ilə bağlı sözügedən reportajı həmçinin, Özbəkistanın “Özbəkiston adabiyotı va sanati” qəzetinin (eləcə də “uzas.uzinternet saytının) 5 sentyabr buraxılışında da yayımlanıb.

Məqalədə yazıçı Daşkənd və Səmərqənddəki görüşlərdən, Özbəkistan Yazıçılar Birliyi ilə aparılan danışıqlardan və Türk dünyası üçün mühüm əhəmiyyətə malik beynəlxalq konfransdan geniş bəhs edir.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2018.-8 sentyabr.- S.9.