Məktəblilər üçün
"Üzeyir Hacıbəyli. Cümhuriyyət-100"
mövzulu söhbət
Avqustun 31-də Üzeyir
Hacıbəylinin ev-muzeyində
bəstəkarın xatirəsinə
həsr edilmiş
"Üzeyir Hacıbəyli. Cümhuriyyət-100"
mövzusunda söhbət
keçirilib.
AZƏRTAC
xəbər verir ki, "AYTAM" Uşaqların
Mədəni Maariflənməsi
İctimai Birliyinin təşkilatçılğı ilə keçirilən tədbirdə muzeyin eksponatları ilə tanış olan məktəblilərə
dahi bəstəkarın
Cümhuriyyət dövründəki
fəaliyyətindən, o dövrdə
yazdığı əsərlərdən
söhbət açılıb.
Muzeyin direktoru, əməkdar incəsənət xadimi, professor Sərdar Fərəcov "Üzeyir
Hacıbəyli və
uşaqlar" mövzusunda
maraqlı söhbət
açıb. O, dahi bəstəkarın gələcəyimiz
olan gənc nəslə qayğısından,
onların şəxsiyyət
kimi formalaşmalarında,
musiqimizə sahib çıxmalarında
göstərdiyi fədakarlıqdan
danışıb. Üzeyir bəyin
Cümhuriyyət illərində
həm bəstəkar,
həm ictimai xadim, həm qələm adamı kimi "Azərbaycan" qəzeti səhifələrində
dərc olunan yazılarının hələ
gəncliyində ona şöhrət gətirdiyi
vurğulanıb. S.Fərəcov Ü.Hacıbəylinin hələ
gimnaziyada təhsil aldığı vaxt ilk dəfə xalq mahnı və təsniflərini xor üçün işlədiyini
bildirib.
Qeyd olunub ki, Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. "O olmasın,
bu olsun", "Arşın mal alan"
musiqili komediyaları onu çox məşhurlaşdırıb.
Üzeyir yaradıcılığının zirvəsi "Koroğlu"
operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilib.
O, 300-dən
çox xalq mahnısını toplayıb
nota salıb, marş,
kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün
əsərlər yazıb.
Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət
himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi "Çırpınırdı,
Qara dəniz" mahnısı təkcə
Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur.
"Sevgili canan",
"Sənsiz" romansları
isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən
hesab olunur.
S.Fərəcov bu böyük bəstəkardan dərs almış bir çox tanınmış
musiqi xadimlərindən,
eləcə də vaxtilə onun qonşuluğunda yaşamış
insanlara münasibətindən
də ibrətamiz əhvalatlar danışıb.
Tədbirdə "Aytam" Uşaqların
Mədəni Maariflənməsi
İctimai Birliyinin sədri Aygün Zamanlı, şair-publisist
Zərəngiz Qayalı
və digər çıxış edənlər
Üzeyir bəy dühasının təkcə
Azərbaycan və türk xalqları tərəfindən deyil, Yaxın Şərqdə və dünyada tanındığını vurğulayıblar.
Sonda S.Fərəcov məktəblilərin
suallarını cavablandırıb.
525-ci qəzet.- 2018.- 4 sentyabr.- S.7.