Ankarada "Məhəbbət əfsanəsi"nin
yeni quruluşda ilk təqdimatı olub
Ankarada türk dünyasının
iki böyük sənət adamı Nazim Hikmət və Arif Məlikovun
yaradıcılığının dünya mədəni irsinə bəxş etdiyi ən böyük sənət incilərindən olan
"Məhəbbət əfsanəsi"
əsərinin yeni quruluşda ilk təqdimatı
keçirilib.
Azərbaycanın görkəmli bəstəkarı
Arif Məlikovun 85 illik yubileyi çərçivəsində səhnəyə qoyulan əsər böyük uğur qazanıb. Ankarada, məşhur
Bilknənd Odeon konsert
salonunda böyük ajiotaj yaradan təqdimatda Türkiyənin
müxtəlif bölgələrini
təmsil edən 4 minə yaxın sənətsevər iştirak
edib.
"Fərhad və
Şirin" adı ilə yeni və
orijinal quruluşda ilk
dəfə təqdim edilən tamaşanın başlaması ilə Arif Məlikov musiqisinin ecazkar təsiri salonu bürüyüb.
Azərbaycanlı dirijor, Əməkdar
incəsənət xadimi
Elşad Bağırovun
rəhbərliyi altında
məşhur Bilkənd
simfonik orkestrinin uğurlu ifası, Türkiyənin tanınmış
balet ustaları Özge Başaran, Eren Keleş və Mine İzginin çıxışı ilə
birlikdə tamaşaçıları
Fərhadla Şirinin əfsanəyə qovuşan
məhəbbətinin əsirinə
çevirib.
Azərbaycanlı tamaşaçıların da
yaxşı tanıdıqları
məşhur aktyorlar Aslı Tandoğan və Mert Fıratın
pyesi səsləndirməsi
isə layihəni uğurlu bir yenilik kimi təqdim
etdi. Tamaşa Nazim Hikmətin
pyesdə qabartdığı
"bir insana olan sevginin, insanlığa, insanların
xeyrinə olan sevgi ilə mübarizə yox, vəhdət təşkil
etməsi" fikrini, bu mövzunun günümüzdəki aktuallığını
bir daha nümayiş etdirdi.
Ankara səhnəsindəki möhtəşəm tamaşa
Türkiyə sənətsevərləri
tərəfindən əsl
mədəniyyət bayramı
kimi qəbul edilib.
Zəngin mədəniyyətimizi qardaş ölkədə bir
daha uğurla nümayiş etdirən bu
layihə Arif Məlikovun 85 illik yubileyinə dəyərli töhfə olub.
525-ci qəzet.- 2018.- 4 sentyabr.- S.7.