Azərbaycanlı ifaçı Berlində qızıl medal qazanıb

 

Əməkdar artist, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilmiş gənc skripkaçı Elvin Xoca Qəniyev Berlində keçirilən beynəlxalq musiqi müsabiqəsində qızıl medal qazanıb.

 

Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqənin münsiflər heyətində ABŞ, Fransa, Çexiya, İtaliya, Rusiya, Almaniya, Norveç Polşadan olan Eduard Qraç, Pyer Amoyal, Marko Ritsi, Jerrom Perno, Kirill Trussov, Linn Çanq, İvan Ştraus, Zvi Karmelli, Kristov Bakovski, Frantişek Briksius, İoqannes Qoritski, Audun Andre Sandvik Kristov Bakovski kimi dünyaca məşhur 13 musiqiçi yer alıb. Müsabiqədə dünyanın hər yerindən 18-35 yaşarası skripkaçılar iştirak ediblər.

 

Münsiflər heyəti nəticələri elan edərkən Elvinin musiqi duyumunu, ifa zamanı səslənmənin dərinliyini, parlaq texnika əsərlərin xüsusi intepretasiyasını qeyd ediblər.

 

Münsiflər azərbaycanlı musiqiçiyə uğurlar arzulayaraq, onun dünya karyerasına artıq hazır olduğuna əminliklərini bildiriblər.

 

525-ci qəzet.-2018.-6 sentyabr.-S.7.