Görkəmli vokal
ifaçısı Firəngiz Əhmədova anılacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
növbəti tədbir
Xalq artisti Firəngiz Əhmədovaya
həsr olunacaq.
Teatrdan
AZƏRTAC-a bildirilib ki,
görkəmli müğənninin
anadan olmasının
90 illiyi münasibətilə
təşkil ediləcək
tədbir çərçivəsində
dahi bəstəkar Ü.Hacıbəylinin "Arşın
mal alan" operettası nümayiş
ediləcək.
Qeyd edək
ki, lirik-dramatik soprano səs tembrinə malik müğənni
1950-1970-ci illərdə Akademik
Opera və Balet Teatrının səhnəsində
uğurla çıxış
edib. O, Üzeyir Hacıbəylinin
"Koroğlu" operasında
Nigar, Müslüm Maqomayevin "Şah İsmayıl"ında Gülzar,
"Nərgiz"də Nərgiz,
Fikrət Əmirovun
"Sevil"ində Sevil
və başqa partiyaların mahir ifaçılarından olub.
Müasir Azərbaycan mədəniyyətinin
görkəmli nümayəndələrindən
olan Firəngiz Əhmədovanın milli musiqimizin inkişafında
mühüm xidmətləri
var. Özünün unikal
tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar
klassik opera səhnəmizin
ilk qadın ifaçılarından
biri idi. Onun yaradıcılığı yüksək
ifaçılıq qabiliyyəti
və orijinal aktyorluq məharəti ilə səciyyələnərək
ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. F. Əhmədova
opera səhnəmizdə Azərbaycan
və dünya klassiklərinin şah əsərlərində aparıcı
partiyaların mahir ifaçısı kimi şöhrət tapıb,
musiqi salnaməmizə
yeni parlaq səhifələr yazmağa
müvəffəq olub.
Firəngiz Əhmədovanın
yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi,
təbiiliyi ilə seçilən obrazları Azərbaycan mədəniyyətinin
qızıl fonduna əbədi daxil olub. Opera
sənətində yüksək uğurlar
əldə edən unudulmaz ifaçı,
həmçinin müxtəlif kamera əsərlərinin
və romansların bənzərsiz ifaçısı olaraq da tanınıb.
525-ci qəzet.-2018.-6
sentyabr.-S.8.