Məhəbbət dolu
misraların işığı
Bu bir həqiqətdir
ki, poeziyada məhəbbət əbədiyaşar
bir mövzudur. Zaman-zaman böyük
şairlər bu mövzuya toxunaraq əbədilik qazanmış
əsərlərin müəllifi
olublar. Bu ənənə dövran dəyişdikcə davam edib və hər
zamanın özgün
münasibətli şair-aşiqləri
yetişib.
Eşqi, məhəbbəti göylərin
mehrabına çevirən
ulu Nizami "Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?!" demiş,
böyük Cavid
"Mənim tanrım
gözəllikdir, sevgidir"
söyləmişdi.
Bu gün öz sələflərinin məhəbbət
yaradıcılıqlı yolunu
uğurla davam etdirən yaradıcı şəxslərdən biri
də şair Zahir Abbasdır. Dünyaya
göz açdığı
gündən məhəbbət
yolunu tutub, ana-atasını, yurdunu, torpağını, vətənini
sonsuz məhəbbətlə
sevib, Hüseyn Cavidin
Gözəl sevimlidir, cəllad
olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da -
fikrinə dayanaraq, ruhunu oxşayan gözəllərin
cəfasına dözüb
və nəticədə
neçə-neçə kitabın
müəllifi olub:
"Xəbər gətir",
"Unuda bilmədim",
"Yadıma sən düşürsən", "Yuxuma gəl", "Vətən", "Mən
nədən sevmədim
vaxtında səni",
"Sən gəlməz
oldun", "Ömürlük
sevgi yaram"...
Bu kitablar Zahir Abbasın necə bir yaradıcı insan olduğunun göstəricisidir. Buradakı şeirlərin bəziləri
bəstəkar və müğənnilərimizin diqqətini
çəkib və dillər əzbəri mahnıların yaranmasına
səbəb olub.
"Sarışınım" (Nazpəri
Dostəliyeva), "Bu gecə
yurduma qayıdacağam"
(Məhəbbət Kazımov),
"Əllərin əlimə
dəymir nə vaxtdır" (Baloğlan
Əşrəfov), "Yuxuma
gəl" (Zülfiyyə
Xanbabayeva), "Quzu kəsərəm" (Rəhim
Rəhimli), "Tələsmə
hələ" (Zeynəb
Xanlarova), "Unuda bilmədim" (Qədir Qızılsəs), "Ömrümüzün
bu çağında"
(Brilyant Dadaşova),
"Əzizim" (İlhamə
Quliyeva), "Getmisən"
(Nadir Qafarzadə), "Bacara
bilmirəm" (İ. Fərhadoğlu),
"Hansını sevim
görən" (E. Hüseynov),
"O mənəm" (Damla)
və başqa mahnılar fikrimizin sübutudur.
Oxuculara təqdim olunan "Gizli dünyam" kitabı Zahir Abbasın öz oxucularına növbəti
sevgi hədiyyəsidir.
Dörd bölmədən ibarət
olan bu kitabın
hər sətrindən
sevgilərdən keçən
və bu sevgiləri içindən
keçirən bir aşiqin, vətən övladının, vətəndaş-şairin
obrazı boylanır. Onun sevgisinin
obyektləri müxtəlif
olduğu üçün
məzmunları da bir-birindən fərqlidir.
Şairin
aşiq "mən"i
yaşadığı həyatın acımasız
qədərindən yorulanda,
bezəndə hüzuru,
rahatlığı sevdiyinin
gülüşündə, sevgisində tapır:
Sənin
bir gülüşün
yetər - bəsimdi,
Min dərdi, kədəri
yaşasam belə.
Sevgin yaşamağa son nəfəsimdi,
Ruhum belə
varlıq duymayıb hələ.
Payız ömrünü yaza çevirən sevdiyi şairin var-dövləti,
ilham mənbəyi, yaşam səbəbidir.
Bu görən gözümün
işığı sənsən,
Onunçün kainat belə gözəldi,
İçimdə sevincim, saçımda
dənsən,
Varlığın hər şeydən mənə əzəldi.
Sevgisində təbiətin dörd fəslini yaşayan, tanrının verdiyi qismətə şükr edən, əqidəsi, ruhu safliqdan yoğrulmuş, dərinliklərdən
qaynaya-qaynaya bulaqtək
durulmuş şair-aşiq
ətrafını sevgi
gözü ilə görür. Lakin bəzən sevdiyi kimi sevilməyən, böyük eşqinin qarşılığını görməyən aşiqin
köksündə alışan
ocağın alovu elə onun özünü
yandırır:
Öz oduna alış dedim, yan dedim,
Bu sevginin mahiyyətin qan dedim,
Haqlı-haqsız nə dedinsə
can dedim,
Sinəm
üstə yanar od tək
çatıldın.
Zahir Abbas sevgi şairidir. O, sevmədiyi
günü, sevgisini sətirlərdə əks
etdirmədiyi anı ömürdən hesab etmir. Həqiqətən, məhəbbətlə qalanan ocağın istisi insanı daha güclü qızındırar. Zahir də yaşadığını,
duyduğunu yazdığı
üçün onun şeirləri oxuyanlara xoş gəlir, insanın könül duyğularını alovlandırır.
Sevdiyini hər şeydən əziz tutan, onun alovuna
yanan, küləyinə
üşüyən aşiq
bu sevgidən yorulmur, bezmir:
İnan,
doğmam da sən, yadım da sənsən,
Hər an qoruduğun adım da sənsən,
Alovum da sənsən, odum da sənsən,
Bir külək
olmusan, yanar közümə.
Zahirin yaradıcılığında
sevgi ilə həsrət parallel olaraq öz ifadəsini tapır. Belə ki, onun sevdiyi gözəllərin
önündə Laçın
sevgisi və həsrəti bir-birini tamamlayır. Axı onun
dünyaya göz açdığı Laçın
rayonunun Güləbird
kəndi sevgisinin əzəli, Azərbaycanın
dilbər guşələrindəndir.
Belə bir cənnətməkanın, müqəddəs
yurd yerinin həsrəti digər vətən övladları
kimi Zahiri də yandırıb-yaxır,
həsrətində qovurur:
Mən uduzdum zirvələrdən
enəndə,
Xoş günlərim qaldı artıq dünəndə,
O gözələ könül
verib, dinəndə,
Ürəyimin odu idi Laçınım...
Neçə ildir yolu bitməz həsrətin,
Daddım
acı bəhrəsini
qismətin,
Böyüklərdən eşitmişdim
- cənnətin,
Ünvanıydı, adı idi Laçınım...
Şairin
yaradıcı ruhu Azərbaycanın nisgil yeri olan Qarabağı
qarış-qarış gəzir,
onun əsən yellərini sinəsinə
çəkərək buz
bulaqlarına göz yaşlarını qatır
və belə bir məkanın düşmən əsarətində
qalmağının acısını
yana-yana yaşayır:
Yurdumun hər bir yeri,
Xalqımın gərəyidi,
Azərbaycan bir bədən,
Qarabağ ürəyidi.
lll
Keçmişim çox uludur,
Bir tarixdir hər dağın,
Bizimsən - bizimləsən,
Həmişə, Qarabağım.
Qələmə aldığı şeirlərdə
mərdliyə, etibara,
kişiliyə şairin
münasibəti maraq doğurur, bu cəhətlərə xüsusi
dəyər verir.
Zahir Abbas belə bir dəyərli
kitabın müəllifliyinə
imza atıb. Bu imzanın əsasında onun yaşadığı
ilahi duyğular, bənsərsiz hisslər,
sevgi-həsrət, cəsarət
dayanır.
Zahir Abbasın
yaradıcılığı, zəhməti, vətəndaş-şair
şəxsiyyəti ayrı-ayrı
qurumlar və insanlar tərəfindən
dəyərləndirilib. O, 2005-ci ildə
Azərbaycan Yazıçılar
Birliyinə üzv qəbul olunub. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin "Fəxri
fərman"ı, ADTGT-nin
"Fəxri diplom"u
ilə təltif edilib, 2008-ci ildə
"V&V Company" tərəfindən
"Söz yazarı"
və 2012-ci ildə
"Qızıl qələm"
mükafatına layiq görülüb.
İnanırıq ki, bütün bunlar Zahiri daha
gözəl əsərlər
yazaraq oxucularını
sevindirməyə ruhlandıracaq.
Sədaqət
MƏMMƏDOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet 2018.- 12 sentyabr.- S.7.