Azərbaycanlı xanəndə beynəlxalq
muğam forumunun birincisi oldu
Özbəkistanın Şəhrisəbz şəhərində
UNESCO-nun himayəsi altında
keçirilən beynəlxalq
muğam (makom) sənəti forumu başa çatıb.
AZƏRTAC
xəbər verir ki, forumda dünyanın
73 ölkəsindən gələn
300-dən artıq musiqiçi-xanəndələr,
musiqiçi alimlər,
muğam sənətinin
tədqiqatçıları, ölkənin tanınmış
makom ifaçıları,
mədəniyyət və
incəsənət xadimləri
iştirak ediblər.
Forumun qonaqları arasında Türkiyənin mədəniyyət
və turizm nazirinin birinci müavini Axmad Xaluku Dursun, Rusiya prezidentinin müşaviri Vladimir Tolstoy, Qırğızıstan
prezidentinin müşaviri
Sultan Rayev, Qazaxıstanın
mədəniyyət və
idman naziri Astanbek Muxammediuli, Tacikistanın mədəniyyət
naziri Şamsiddin Orumbekzoda da olub.
Bu musiqi bayramında
ölkəmizi Azərbaycanın
mədəniyyət naziri
Əbülfəs Qarayevin
rəhbərliyi ilə
nümayəndə heyəti
təmsil edib. Nümayəndə
heyətinə Azərbaycanın
UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri,
səfir Anar Kərimov, Azərbaycan Milli Konservatoriyasının
elmi işlər üzrə prorektoru,
professor Lalə Hüseynova,
Milli Konservatoriyanın
dosenti Fəxrəddin
Baxşəliyev, Azərbaycanın
Əməkdar artisti, bu il Səmərqənddə
keçirilən "Şərq
təranələri" Beynəlxalq
Musiqi Festivalının
qalibi, "Muğam"
instrumental qrupunun rəhbəri
Sahib Paşazadə, Əməkdar
artist Nigar Şabanova və gənc xanəndə Abgül Mirzəliyev və Daşkənddəki Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov daxildir.
Azərbaycandan gələn xanəndələr
muğam, xalq mahnıları və təsniflərimizi ifa edib, onların ifaları alqışlarla
qarşılanıb.
Forumun baş mükafatı "Qran-Pri"
Tacikistan Muğam Akademiyasına verilib.
Birinci yeri
"Heyratı" qrupunun
solisti Nigar Şabanova və Özbəkistanın "Sakil"
ansamblı tutub. İkinci yerə
İran və Hindistan musiqiçiləri
layiq görülüb.
Yaponiya, Türkmənistan və
Tunis musiqiçiləri üçüncü
yerə sahib olub.
Forum çərçivəsində
"Muğam sənəti
və onun dünya sivilizasiyasında
yeri" mövzusunda elmi-praktik konfrans da keçirilib.
Konfransa 20 ölkənin musiqiçi
alimləri qatılıb. Lalə
Hüseynovanın "Azərbaycan
muğamı bu gün: ifa və
interpretasiya məsələləri",
Fəxrəddin Baxşəliyevin
isə "Şərq
muğam sistemində temperasiya məsələləri"
mövzularındakı məruzələri
maraqla dinlənilib.
Lalə Hüseynova Forumdakı çıxışında bildirib
ki, son illər ölkəmizdə dövlət
səviyyəsində muğam
sənətinə böyük
dəyər verilir. Ölkəmizdə muğam sənəti hazırda görkəmli və istedadlı gənc xanəndələrimiz
tərəfindən yaşadılır.
Forumun mədəniyyətlərin
yaxınlaşmasına xidmət
etdiyini söyləyən
Fəxrəddin Baxşəliyev
deyib ki, belə tədbirlər vasitəsilə bir daha dünyaya öz musiqimizi təqdim edə bildik.
Forum çərçivəsində
yerli və xarici ifaçıların
solo muğam konsertləri
olub. Burada muğam sənətinə
həsr olunan sərgilər təşkil
edilib, milli musiqi alətlərinin və geyimlərin, sənətkarların əl
işlərinin, təsviri
və tətbiqi sənət əsərlərinin,
audio və videodisklərin,
kitabların, albomların,
fotoların nümayişi
və satışı
keçirilib.
Konfrans çərçivəsində "Buxara şaşmakomi",
"Özbək muğamları"
və "Xarəzm dutar muğamları" kitablarının təqdimatı
da olub.
Forumun yekunu
ilə bağlı keçirilən mətbuat konfransında fəxri
qonaqlar öz ölkələrində
muğam sənətinə verilən dəyərdən
danışıblar. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev
ölkəmizdə muğam sənətinə
göstərilən qayğıdan söhbət açıb.
Nazir deyib ki, Heydər Əliyev Fondunun
prezidenti Mehriban
Əliyevanın təşəbbüsü və rəhbərliyi
ilə ölkəmizdə çoxsaylı mədəniyyət
tədbirləri keçirilir, iki ildən bir Beynəlxalq
Muğam Festivalı təşkil edilir. Mehriban
Əliyevanın bilavasitə təşəbbüsü ilə
Muğam sənəti UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs
Siyahısına daxil edilib.
525-ci qəzet 2018.- 12 sentyabr.- S.7.