Arif Məlikov yaradıcılığı: ahəng və rənglərin möhtəşəmliyi

Şahanə MÜŞFİQ

Yaradılışı, varlığı ilə özü-özlüyündə hadisə olan insanlar var. Elə insanlar ki, onların həyat yoluna, ömürləri boyunca gördükləri işlərə, özünə, ətrafına, çevrəni bir az genişləndirsək ölkəsinə, hələ lap çox genişləndirsək dünyaya verdiyi töhfələrə nəzər salanda xüsusi bir missiya üçün göylərdən yerlərə, məhz aid olduqları xalqa əta kimi göndərildiklərini düşünürsən.

Bu gün 85 yaşını qeyd edən dünya şöhrətli bəstəkar Arif Məlikov da həmin səmavi ətalardan biridir. Heç mübaliğəsiz və böyük bir qürur hissi ilə deyə bilərik ki, o, birinci növbədə Azərbaycan xalqına, ikincisi isə dünya musiqi sənətinə Yaradan tərəfindən bəxş edilmiş bir dahidir.

Arif Məlikov haqqında danışanda adətən, onun həyat yolunu "Zirvədən zirvəyə" adlandırırlar. Dünya üzərində çox az insan vardır sənətində gördüyü elə ilk işlərlə birbaşa ən böyük zirvəni fəth etməyi bacaran. Arif Məlikov o azlardan biridir. Çünki yaradıcılığının ən uca zirvəsində qərarlaşan sənətkarın o zirvəyə gedən yolu da məhz zirvədən başlayır. Hələ sənət yolunun lap başında - 26 yaşında yazdığı "Məhəbbət əfsanəsi" baleti ilə o, nəinki milli musiqidə və Azərbaycan daxilində, eləcə də bütün dünyada "Arif Məlikov" imzasının tanınıb sevilməsinə nail olmuşdu. Bu gün "dünyaya tanıda bilirikmi, görəsən?" - deyə hərdən öz-özümüzə sual verdiyimiz Azərbaycan musiqisi həm də onun sayəsində, Arif Məlikov imzası altında 1961-ci ildən bütün dünyada səsləndi. Ancaq sənətkar ilk addımlardanca fəth etdiyi o böyük zirvə ilə kifayətlənməmiş, sonrakı illərdə fitri istedadını təcrübəsi, sonsuz zəhməti və peşəkarlığı ilə tamamlayaraq, daha yüksək zirvələri fəth etmişdir.

Əslində, 26 yaşlı bir gəncin bu cür böyük uğuru heç də təsadüfi sayıla bilməz. Çünki İlahi tərəfindən verilən bu istedad hələ çox erkən, ta uşaq yaşlarından kəşf olunduğundan onun mükəmməl musiqi təhsili almaq və özünü bu sənətin ən incə qatlarına qədər hər sahəsində inkişaf etdirmək zamanı vardı.

Musiqi Azərbaycan dili və ədəbiyyat müəlliməsi olan anasının hər zaman çaldığı kamançanın həzin səsiylə, ifa etdiyi muğamlarla onun laylasına çevrilib qanına qarışmışdı.

Hər zaman evində tar ifaçıları, müğənnilər görən, onları canlı dinləmək şansı qazanan balaca Arifin həyatındakı dönüş isə 14 yaşında ikən ailə dostlarından birinin ona bağışladığı tarla olur. Çox qısa zamanda tar çalmağı öyrənən gəncin məharəti o səviyyəyə çatır ki, 1948-ci ildə onu Asəf Zeynallı adına Musiqi Məktəbinə oxumağa dəvət edirlər. Beləcə onun musiqiçi taleyi başlayır.

Tar sinifini bitirdikdən sonra, musiqi biliyinin hələ az olduğunu düşünən gənc, Bakı Musiqi Akademiyasına sənəd verməyə tələsmir. Bir il Şuşada müəllim kimi fəaliyyət göstərir. Qısa zaman kəsiyində 10 illik məktəb proqramını bitirib ikinci bir musiqi alətində- fortopianoda çalmağa başlayır. Bir il sonra 1953-cü ildə - özünü tam hazır hiss etdikdə Bakı Musiqi Akademiyasına imtahan verərək bəstəkarlıq sinfinə daxil olur. Burada da tale onun üzünə gülür. "Həyatda çox şeyə nail olmağım onunla ünsiyyətimin nəticəsidir" - dediyi dahi bəstəkar Qara Qarayevin sinfində oxuyur.

Musiqi sevgisi və müəllimi Qara Qarayevdən aldığı mükəmməl təhsil onun bu sahəyə olan həvəsini daha da artırır və Arif Məlikov hələ tələbəlik illərində böyük və çətin əsərlər üzərində işləməyə başlayır. Simfonik orkestr üçün "Balet süitası", "Nağıl" faciəsi, fleyta və orkestr üçün "Konsertino" və Birinci Simfoniya məhz bu illərin məhsuludur. Elə bu əsərlərlə gənc bəstəkar diqqət çəkməyə başlayır. Artıq onun uğurlu gələcəyinə, müəllimi Qara Qarayev başda olmaqla, kimsənin şübhəsi yox idi. Elə bu inamın nəticəsidir ki, 1959-cu ildə Q.Qarayevin məsləhətilə Leninqrad opera və Balet teatrı A.Məlikova N.Hikmətin "Məhəbbət əfsanəsi" pyesinə balet yazmağı təklif edir. 26 yaşlı bəstəkar isə şair N.Hikmət, baletmeyster

Qriqoroviç, rəssam Virsaladze və dirijor Niyazidən ibarət yaradıcı heyətlə birgə özünün şah əsərini yaradır.

Hətta gənc bəstəkar baleti yazarkən Nazim Hikmətin librettosunda bəzi dəyişikliklər edir. Yəni liberettonu baletə uyğun yazır. Şair isə bu dəyişikliyə heç zaman etiraz etmir. Əksinə, sevinir, onu təbrik edən hər kəsə "məni təbrik etməyin, təbrik ediləcək adam baletin müəllifi Arif Məlikov və xoreoqraf Yuri Qriqoroviçdir" -deyir.

Nazim Hikmət "Məhəbbət əfsanəsi"nə tamaşa edəndən sonra Arif Məlikovla ilk görüşü və onun yazdığı əsər haqqında deyir: "Arif Məlikov mənə deyəndə ki, "Məhəbbət əfsanəsi" baleti yazmaq istəyirəm, həmin gün çox şad oldum. Bu gün gördüklərim təsdiqlədi ki, nahaq yerə sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdir. Mən çox həyəcanlanırdım ki, səhnədə Şərq necə görünəcək. Arif Məlikov baletdə Şərq adamına müasir insanın dünyabaxışı ilə baxıb. Buna görə də əsərdə "şirin" Şərqdən, "Əlibaba və qırx quldur" nağılından əsər-əlamət yoxdur. Və bu da yeni baleti teatr tamaşalarından tamam fərqləndirib".

1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra məşhur bəstəkar Dmitri Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir".

Əfsanəvi balerina Maya Plisetskaya isə bu əsər barədə deyirdi ki, "mən dramatik obraz baxımından ondan yüksək tamaşa tanımıram".

Premyeradan sonra "Məhəbbət əfsanəsi" baleti musiqi tarixində yeni söz, yeni mərhələ kimi qiymətləndirilir. Əsər Qrand Opera, Böyük Teatr, Mariinsk Teatrı, eləcə də Türkiyə və Rusiyanın əksər teatrlarında səhnəyə qoyulur. Bununla yanaşı, Avropada da bu tamaşa həm səhnəyə qoyulur, həm də qastrol səfərlərə gedən zaman oynanılır.

Moskvada "Məhəbbət əfsanəsi" haqda kitab nəşr edilib və 55 il ərzində tamaşada iştirak edənlərin adı yazılıb. Bu da sirr deyil ki, həmin baletdə dünyanın bir nömrəli balerinaları iştirak ediblər. Sonrakı 50 ildən çox zamanda balet dünyanın 60-dan çox ölkəsinin səhnələrini böyük bir uğurla bəzəyib.

Bəstəkarın Nazim Hikmət sevgisi təkcə "Məhəbbət əfsanəsi" ilə yekunlaşmır. O, bu poeziyanın duyğusunu, fəlsəfi-estetik mahiyyətini çox dərindən hiss edirdi və hiss etdikləri onun sonrakı illərdə təkrar-təkrar bu poeziyaya müraciətinə gətirib çıxarırdı. Buna görə də 60-cı illərdən N.Hikmət yaradıcılığına dönüş və yaranan romanslar silsiləsi heç də təsadüfi hesab olunmamalıdır. Bu silsiləyə "Şən", "Lay-lay", "Təəssürat", "Yarımı yuxuda gördüm" adlı 4 romans daxildir. Bəstəkar burada N.Hikmət dühasının yaratdığı lirik-psixoloji aləmi, musiqinin rəngarəng çalarları ilə tərənnüm etməyə nail olub. Amma bu da hələ son deyildi və Arif Məlikov bir neçə il sonra yenidən N.Hikmət yaradıcılığına qayıdacaqdı.

Getdikcə Arif Məlikov yaradıcılığının əhatə arealı genişlənir, müraciət etdiyi janrlar artır və hər janrda yaratdığı əsərlər ona yeni-yeni uğurlar gətirirdi.

Arif Məlikov musiqisinin fərqi və sevilmə səbəbi onun milliyin əsasında qurduğu yenilik idi. Xüsusən 60-cı illərdən başlayaraq, onun yaradıcılığındakı yenilik axtarışları sezilir. Bu illərin məhsulu olan "Metamorfozlar"da bəstəkarın yenilikçi düşüncələri, dəyişən və inkişaf edən təfəkkür tərzi özünü göstərirdi.

O da müəllimi Qara Qarayev kimi yenilik axtarışında, müasirliyə meyilli bir bəstəkar kimi yetişmişdi. Ancaq bu müasirlik Avropadan, başqa xalqlardan deyil, məhz öz xalqının əsrlərdən süzülüb gələn səs yaddaşından, musiqi keçmişindən qaynaqlanırdı. Bəlkə də bunun əsl səbəbi uşaqlığından eşitdiyi kamança səsi, muğam ifası idi. O, hələ ta körpəliyindən milliliyə, xalq musiqisinə çox sıx tellərlə bağlanmışdı. Və yaradıcılığının heç bir dövründə bu bağ öz möhkəmliyini itirmədi, qırılmadı. Bunda təbii ki, musiqi təhsilinə vaxtilə Asəf Zeynallı adına məktəbin xalq çalğı alətləri şöbəsindən başlamasının, Əhməd Bakıxanov, Mansur Mansurov kimi sənətkarlardan tar sənətinin sirlərinə yiyələnməsinin də rolu az deyildi.

1980-ci illərdə bəstəkar sevimli şairi və dostu Nazim Hikmətin şeirləri əsasında ikinci vokal silsiləni yaradır. Bu silsilələr haqqında bəstəkar özü deyirdi ki, "onlar şairin ən gözəl şeirləri əsasında yazılıb".

Bu dövrdə həmçinin, solo skripka üçün sonata, iki fortepiano üçün skertso əsərləri meydana gəlir.

A.Məlikov eləcə də kinofilmlərə və teatr tamaşalarına ən çox musiqi yazan bəstəkar kimi də səciyyələndirilir. "Sehrli xalat", "Ulduzlar sönmür", "Rüstəm və Söhrab", "Axırıncı aşırım", "Qərib cinlər diyarında"  kimi filmlərə, "Natəvan", "Atabəylər" tamaşasına, 5 seriyalı "Şahnamə" filminə yazdığı musiqi bu film və tamaşaların müvəffəqiyyət qapısını açan açarlarından biri idi. Bəstəkar ümumilikdə 30-a qədər filmin musiqisinin müəllifidir.

Bəstəkarın simfonik yaradıcılığını təşkil edən 8 simfoniya, simfonik poemalar (o cümlədən, "Nağıl", "Füzulinin xatirəsinə", "Metamorfozlar"), süitalar (o cümlədən, "Məhəbbət əfsanəsi" baletindən süitalar), konsertino (fleyta ilə simli orkestr üçün), müxtəlif orkestr pyesləri (o cümlədən, "Simfonik rəqslər", "8 pyes", "12 pyes"), müxtəlif dövlərdə ona təkrar-təkrar dünya şöhrəti qazandıran baletlər ("Məhəbbət əfsanəsi", "Iki nəfər", "Iki qəlbin dastanı", "Əlibaba və qırx quldur"), operetta ("Dalğalar"), instrumental musiqi növlərindən prelüdiya (fortepiano üçün), sonata (solo skripka üçün) süita və skertso (skripka və fortepiano üçün) kimi janrlara müraciət etmiş, fortepiano üçün miniatürlər (o cümlədən, "Ötəri anlar") yazının əvvəlində bəhs etdiyimiz Arif Məlikov zirvəsinə yaradan möhtəşəm sənət əsərləridir.

Bütün bunlarla yanaşı, irili-xırdalı vokal janrlar da A.Məlikovun yaradıcılıq diqqətindən kənarda qalmayıb: o, Tofiq Bayramın, Vaqif Səmədoğlunun, başqa şairlərin sözlərinə kantata və vokal-simfonik poemalar bəstələyib. Onun T.Bayramın sözlərinə yazdığı "Vətən" vokal simfonik poeması nikbin, romantik əhval-ruhiyyəsi ilə fərqlənir.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

Arif Məlikov təkcə musiqişünas, bəstəkar kimi deyil, həmçinin bir pedaqoq kimi də xalqına, Azərbaycan musiqi sənətinə xidmət etməkdədir. O, Azərbaycan Dövlət Konservatoriyasını bitirdiyi ildən etibarən orada dərs deməyə başlayıb. 30 ildən artıqdır ki, orada bəstəkarlıq kafedrasına rəhbərlik edir. Professor tələbələrinə yalnız musiqinin sirlərini öyrətməklə qalmır, həmçinin, yüksək insani keyfiyyətləri, Vətənə, xalqa məhəbbəti, milli-mənəvi dəyərlərə layiqincə sahib çıxmağı da aşılayır.

Bəstəkarlıqla rəssamlığın, musiqi ilə rəsmin İlahi bağlılığınınmı, yoxsa yaradıcı insanların sənətin bütün sahələrinə olan marağınınmı nəticəsidir, bilinməz, amma dünya incəsənətinin bir qolu olan Azərbaycan incəsənətində də həm pianinonun dillərini, həm də fırçanı eyni ustalıqla dilləndirməyi bacaran sənətkarlar heç də az olmayıb. 7 not-7 rəng ahəngidir bəlkə də onları özünə cəlb edən. Bəstəkarlar, musiqiçilər təbiətdəki minlərlə, milyonlarla səsi cəmi 7 nota köçürdükləri kimi, rəssamlar da saysız-hesabsız rəng dünyasının təməlini cəmi 7 rəngin üzərində qururlar.

Hələ XIX əsrə nəzər salsaq, musiqişünas alim Mir Möhsün Nəvvabın dəyərli musiqi əsərləri ilə bərabər, "Quşlar" və digər rəsmlərini, XX əsrin təkcə Azərbaycan deyil, eləcə də dünya musiqi sənətinə öz adını iri hərflərlə yazdıran Üzeyir Hacıbəyovun satirik rəssamlıq nümunələri sayılan "Kitabi-məzhəkə" miniatürləri bu müşahidəmizin heç də əbəs olmadığını sübut edir. Ancaq bu siyahı iki nəfərlə yekunlaşmır. Musiqişünas Xatirə Həsənzadə, pianoçu Rəna Rzayeva, bəstəkarlardan Oktay Zülfüqarov, İsmayıl Hacıbəyov da istedadlı rəssamlardandır.

Haqqında söz açdığımız Arif Məlikovun həyatında da musiqi ilə bərabər, rəngkarlıq sənəti xüsusi yer tutur. Hətta onun rəssamlıq sevgisi uşaq yaşlarında rəsm texnikomuna daxil omaq həvəsi də yaradır. Ancaq Yaradan onun taleyinə bəstəkarlıq zirvəsini yazmışdı artıq...

Fövqəladə istedad sahibi, yaradıcı şəxs kimi A.Məlikovun zəngin təxəyyülü onun hər dəfə rənglər dünyasına səyahətinin özünəməxsus dərin fikir və fəlsəfi baxışları ilə süslənmiş əsərlərlə nəticələnməsinə səbəb olub. Bu "səyahətin" ən gözəl nəticələri kimi "Çiçəkli badam ağacı", "Şərq", "Ankarada gecə", "Xəzərin qara qızılı - aylı gecə", "Aya Sofiya", "Badam ağacının budağı", "3 hissəli simfoniya-triptix", "Zuqulba", "Təəssürat", "Fantaziya", "Təzəpir - gecə", "Təzəpir - gündüz", "Təzəpir - Novruz bayramı", "Qafqaz dağları"," 20 Yanvar", "Keçmişə baxış - diptix" , "Bakı", "Əbədiyyət","Günəş", "Həyat". "Göy vaza", "Vazada güllər", "Qərənfillər", "Ağ vaza", "Əks", "Sevimli şəkillər" kimi rəsmlərinin adlarını çəkə bilərik.

O, yaxın dostlarından biri olan rəssam Səttar Bəhlulzadənin avtoportretini də çəkib.

Rəsmlərinin əsas mövzusunun təbiət, çiçəklər, tarixi abidələr və abstrakt mövzular olduğu deyilsə də, musiqi dünyasındakı kimi, onun rənglər aləmində də mövzuları bir-birindən fərqli, müxtəlif, rəngarəndir. Gah əlvan təbiətin, quşların, ağacların, sonsuz kainatın ən gözəl zərrələrini tabloya köçürübsə, gah da Şərq mövzuları ("Təzəpir - gündüz", "Təzəpir - gecə", "Təzəpir - Novruz bayramı", "Şərq", "Bakı", "Keçmişə baxış") fırçadan ağ kətan üzərinə yayıb.

Qarabağ dərdi, 20 Yanvar faciəsinin ağrı-acısı ürəyi vətənpərvərlik hissləri ilə dolub daşan, ömrünün hər anında xalqına, dövlətinə layiqli vətəndaş kimi xidmət edən Arif Məlikov yaradıcılığında qırmızı xətlə keçir. O, bu vəhşətə rəsm həsr etməklə qalmayıb, həmçinin, bu mövzuda "Mən ittiham edirəm..." adlı fundamental kitabını da qələmə alıb. 1994-cü ildə nəşr olunan sənədli oçerkin əsasını ölkənin siyasi və hərbi orqanlarının yalanlarını və saxtakarlıqlarını ifşa edən nadir sənədlər, 1990-cı il 19-20 yanvar hadisələrinin qızğın bir dövründə toplanılmış materiallar, eləcə də bir çox insanların şəxsi müşahidələri və dəlilləri təşkil edir. Bu kitab və "20 Yanvar" rəsmi bəstəkarın qanlı Yanvar faciəsi ilə bağlı keçirdiyi iztirablardır.

Arif Məlikov yaradıcılığını özünəməxsus edən əsas amillərdən biri də səmimilikdir. O, həm musiqi yaradıcılığında, həm də bir rəssam kimi olduqca səmimi, ən ülvi hisslərin tərənnümçüsü idi. Ona görə də hər bir dinləyici onun musiqilərində özünə aid nəsə tapmağı bacarırdı. Bu, istər yerli, istərsə də xarici olsun.

Sənətkar uzun illər Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub, Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.

Dahi bəstəkarın çox uzun illərdir Azərbaycan incəsənətinin inkişafı uğrunda vurduğu külüng dövlətin də diqqətindən kənarda qalmayıb. O, hər zaman dövlətimiz tərəfindən ən ali mükafatlar, medallarla təltif olunub. Özü mükafatlar və ad üçün çalışmağı düzgün hesab etməsə və yarızarafat, yaraciddi ona verilən mükafatların, medalların sayını və siyahısını itirdiyini desə də, Əməkdar İncəsənət Xadimi (1965), Azərbaycanın Xalq artisti (1978), professor (1979), SSRİ Xalq artisti (1986), Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzv (2014), "Şöhrət" və "İstiqlal" ordenləri onun yaradıcılığına verilən ən yüksək dəyərin göstəricisidir.

Müsahibələrinin birində dahi bəstəkar sənətinə olan sevgisini belə ifadə edir: "Peşmanlıq yaşamamışam. Daha çox xoşbəxt anlarım olub. Hərdən o qədər böyük xoşbəxtlik yaşamışam ki, sözlə deyə bilmirəm. Mən yaşayan bəstəkarlardan heç birinin əsərlərinin 55 il dünya teatrlarında oynanılmasını görməmişəm. Hərdən mənə deyirlər ki, bu sənət sənə nə verdi? Deyirəm ki, "Məhəbbət əfsanəsi"ni. O balet mənə dünyada bütün qapıları açdı".

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub və günü bu gün də ifa olunmaqdadır.

Özü bu qədər böyük uğurların sirrini istedadla yanaşı, çox işləməyində, fədakarlığında, məsuliyyətində görür: "Hərdən çox işləyəndə yorğunluq olur. Amma işimin uğurlu alınması məni xoşbəxt edir. Mənim həyatımda bir dövr oldu ki, boş vaxt tapa bilmirdim. Hətta 10-15 gün yatmadığım və əsər yazdığım günlərim olub. Yaradıcı heyətdə nəyinsə axsaması yaxşı hal deyil. Özümü elə öyrəşdirmişdim ki, təyyarədə, yolda da əsər yazırdım. Əsər yazmaq asan məsələ deyil. Hətta tələbəlik illərimdə dahi Niyazi "Nağıl" simfoniyasının səslənməsində iştirak etdi. Birinci simfoniyamdır. O dövrdən başlayaraq aktiv bəstəkar həyatı yaşamışam. Başqa yol yox idi, ya heç bir iş bacarmayanlara qoşulmalı, ya da çox işləməli idin".

Onun yaradıcılığına verilən ən böyük dəyərin tamaşaçı sevgisi olduğunu deyən sənətkarımızı yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik!

Yazar

Oxunub: 87 dəfə

                   Facebook    Twitter    WhatsApp a - A +

13.09.18   15:46

Arif Məlikov yaradıcılığı: <b style="color:red">ahəng və rənglərin möhtəşəmliyi</b>

525-ci qəzet  2018.- 13 sentyabr.- S.7.