Tariximizin şanlı səhifəsi:
Bakının qurtuluşu o
dövrün mətbuatında
1918-ci il sentyabr
ayının 15-i - Bakının
düşməndən azad
olunduğu gün Azərbaycan tarixinin ən şanlı səhi-fələrindən biridir.
Bu tarixi hadisənin
sevincini o zaman yenicə nəşrə başlamış "Azərbaycan"
qəzeti ilk sayında
bəyan edib və həmin tarixi Qurtuluş günü kimi qeyd etmişdi. Sentyabrın
16-da Gəncə şəhərində
qəzetin işıq
üzü görmüş
ilk nömrəsində dərc
olunmuş "Bakının
süqutu" adlı
məqalədə qəhrəman
sərkərdə Nuru
Paşanın rəhbərliyi
ilə Qafqaz İslam Ordusunun Bakını düşməndən azad etməsindən bəhs olunurdu. Çar Rusiyasının süqutundan sonra yüz ildən artıq əsarətdə
saxladığı Azərbaycanın
şimal hissəsini əldən vermək istəməyən keçmiş
imperiyanın varisi olan Sovet Rusiyası
Azərbaycanda, xüsusilə
onun mərkəzi Bakı şəhərində
nəyin bahasına olursa-olsun öz hakimiyyətini qoruyub saxlamağa çalışırdı.
1918-ci ilin aprelində
Bakıda Stepan Şaumyanın rəhbərliyi
ilə yaranan Xalq Komissarları Soveti iyul ayının
sonunda hakimiyyəti Mərkəzi Xəzər
Diktaturasına təhvil
verdi. Onun da hakimiyyəti çox uzun çəkmədi.
Azərbaycan Xalq Cümhuriyyəti
rəhbərliyinin dəvəti
ilə gələn və milli hərbi
qüvvələrimizin də
daxil olduğu Qafqaz İslam Ordusu Azərbaycan paytaxtını düşməndən
xilas edib Milli Hökumətin Gəncədən Bakıya
köçməsini təmin
etdi.
O zaman Bakının qurtuluşuna aid milli mətbuatımızda olduğu
kimi, digər ölkələrin dövri
mətbuatında əks
tərəfdən hadisəyə
münasibət bildirilən
yazılar yer almışdı. Bütün bu
baş verənlər
haqqında Rusiya mətbuatında da yazılar dərc olunur və aydın məsələdir
ki, bu yazılarda
məsələyə fərqli
baxış öz əksini tapırdı.
Belə yazılardan biri həmin günlərdə
Həştərxan şəhərində
nəşr olunan
"İzvestiya" qəzetində
getmişdir. Hadisədən
bir az
sonra "Azərbaycan"
qəzeti 1918-ci il 4 oktyabr tarixli 6-cı nömrəsində həmin
yazının tərcüməsini
dərc edib. Yazıda daha çox diqqəti cəlb edən məqam rus əsgərləri ilə bir cəbhədə
Qafqaz İslam Ordusuna qarşı vuruşan erməni daşnaklarının alçaq,
rəzil və dar macalda öz
silahdaşlarını belə
atıb qaçaraq xəyanət etməsidir.
Bakı hadisələrini
öz gözləri ilə görüb, baş verənləri şəxsi müşahidəsilə
qələmə alan jurnalist təmsil etdiyi qəzetin, ölkənin maraqlarından çıxış
etsə də, erməni daşnaklarının
xain və satqın olduqlarını
açıb göstərməklə
onları belə xarakterizə edir: "Bunlar (yəni daşnaklar - Ə.M.) bu axırıncı zamanı
keçmiş bolşeviklər
zamanındakı kimi yenə də müfəttin və xainlik rolunu gözəlcəsinə ifa
etdilər. ... alçaq və rəzil bir zatdan heç vəqt alicənab və qəhrəmanlıq
gözləmək olmaz.
Dinc əhalini soymaq, cəbhəni sındırmaq
bunların köhnə
adətidir".
Qeyd edək ki, "İzvestiya" qəzetindən
götürülərək "Azərbaycan" qəzetində
tərcüməsi verilən
və müəllifi qeyd edilmədən dərc olunmuş "Bakının son dəqiqələri"
adlanan məqalədə
Bakıda 1918-ci il sentyabr ayının 15-də
baş verənlərə Rusiya tərəfindən ozamankı
siyasi yanaşmanın
bugünkü siyasət
arenasında çox oxşar məqamlarının
olduğunu nəzərə
alıb, yazının
məğzinə ətraflı
şərh vermədən,
olduğu kimi, dilinə və üslubuna toxunmadan, yalnız bəzi ərəb-fars sözlərinin
mənasını göstərməklə
oxuculara təqdim etməyi lazım bildik.
"BAKININ SON
DƏQİQƏLƏRİ"
"Azərbaycan" qəzeti, 4 təşrini-əvvəl
sənə 1918, nömrə
6.
Hacıtərxanda nəşr edilən
"İzvestiya" (bolşevik)
qəzetəsi axırıncı
Bakı hadisələrinin
böylə bir lisanla təsvir ediyor:
Sübh
saət 3-də şəhər
bombardman edilüb, gündüz saət 12-ə
qədər top atəşi
davam etməkdə idi. Bu zaman makinalı tüfəng atəşi başlayub, davanın yaxın zamanda itmamə (axıra çatacağna)
yetəcəgini əhaliyə
andırırdı.
Bolşeviklər göstərdigi kibi, "gəlmə yardımçı"ların
müvəffəqiyyəti olmadı. Müfəttin (fitnəkar) menşevik
və inqilabçıların
inandığı və
gözlədigi bu beynəlmiləl dolandırıcıların
kafi dərəcədə
qüvvələri olmadıqları
ümumə məlum
(oldu). Ancaq axırıncı nəfəsdə keçmişdəki
iştirakuyunları (kommunistləri)
xatirəsinə gətirüb
vəqtin keçməsinə
heyflənirdi. Daşnaklar öz
sö-zü üstündə
durub, hərəkətlərində
bərqərar idilər.
Bunlar bu axırıncı zamanı keçmiş bolşeviklər zamanındakı
kimi yenə də müfəttin və xainlik rolunu gözəlcəsinə
ifa etdilər.
Hətta cəbhədən qaçan
daşnakların matros
və İngiltərə
tərəfindən güllələnməsi
çarə dəxi bu xainləri düşmən qarşısına
çıkara bilməyordu. Çünki alçaq və rəzil bir zatdan heç vəqt alicənab və qəhrəmanlıq
gözləmək olmaz.
Dinc əhalini soymaq, cəbhəni sındırmaq
bunların köhnə
adətidir (seçdirmə
- Ə.M.). Doğru, bunların arasında
tək-tək qəhrəmanlar
tapılırdı. Amma bunilə
ümumdaşnakların eyb
və nöqsanlarını
məstur (gizli) etmək heç mümkün degil, zənn edəriz.
İmdi yalançı sosialist Ayollo Sadovski və Məlik Yolçuyanların siyasəti sayəsində Türkiyəyə keçən Bakının axırıncı dəqiqələrindən danışalım.
Sentyabrın 14-ü sabahdan axşam 7-yədək dışarı çıkmaq mümkün degil idi. Çünki küçələrdə qaravullar qoyulub, nəinki küçəyə çıkmağa, bəlkə pəncərələri açmaq qadağan edilmişdi.
Saət 8-də bazarlarda su paylayan quyular ətrafında camaat toplaşırdı. Bu vəqtlərdə dışarıda gəzüb dolaşmaq xətər(ə)dən xali degil idi. Yukarı bazarda patlayan bombadan xeyli növbədə dayanan arvadlar həlak oldu. Əhali küçədən qorka-qorka divar dibi ilə qomşu evlərə gedə bilirdilər. Şəhərin üstündə top səsləri kəsilməyordu.
Saət 9-da mən Hacınskinin dərya kənarında olan mülkünə gedib qəbiristan ətrafında dava gedişinə tamaşa edi-yordum. Bizim səngərlər düşmənin böylə hücumuna qarşı dura bilməyəcəyinə əmin idim. Düşmən tərəfindən atılan top güllələri bizim əsgərləri səngərlərdə rahat qoymayırdı. Bizim qoşunlar az dəstələr ilə Çənbərəkənd tərəfindən əsləhələri (silahları) dəxi qoyub qaçmağa başladılar. Bizim əsgərlərimiz əhalini yaddan çıkarıb özlərini paraxodlara doldurdular. Başda duranlar öylə şaşmışdılar ki, şəhərin müntəzəm surətdə köçürülməsi heç xatirlərinə gəlmiyordu. Xain siyasətçilər ancaq öz canlarını xilas etməgə çalışurdular. Hələ Bakı alınmamışdan üç həftə müqəddəm on beşdən ziyadə qoşunu qaçırtmaq üçün paraxodlar hazır etmişdilər.
İngiltərə ordusu türk hücumundan üç gün müqəddəm özünə yeddi paraxod alub yerləşmişdi.
Bolşevikləri Bakını atub qaçmaqda müttəhim edən "hökumət" özü də qadın və çocuqları burakub qaçırdı. Bunilə böylə axırıncı dəqiqələrədək cəbhələrdən gələn xəbərlər dava meydanında müvəffəqiyyətimizi andırırdı. Birdən cəbhədə düşmən qabağında duran qoşunları, xüsusən daşnakları və Biçeraxov dəstəsini paraxodlarda əgləşmiş gördük. Camaat isə hələ güllə-atəş altında qalmışdı. Çocuqlarını atub özünü xilas etmək istəyən anaların nalə və fəryadlarını eşitmək mümkün degil idi.
Paraxodlara əgləşən daşnak əsgərləri özlərindən başqa kimsəyi götürmək istəməyüb tələsik iskələlərdən (Dənizdə gəmilərin yanaşması üçün körpü) uzaqla-şurdular. Bu əsnada top güllələri iskələlərə düşüb yanğın ediyordu. Bununla da qadın və çocuq ilə məmlu (dolu) olan barjaya düşüb çok tələfata səbəb oldu. Əlbəttə, bu xainlik Bakı hökuməti (Mərkəzi Xəzər Diktaturası - Ə.M.) başçıları tərəfindən birinci degil. Mərkəzi Rusiyadan və inqilabın ən birinci müdafiə zəhmətkeşlərdən üz çöndərən xainlər yapdıqları cinayətlərdir. Məsul olacaqdırlar.
Əli
MƏMMƏDBAĞIROĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet 2018.- 14 sentyabr.-
S.6.