"Hələ ki, nəfəsim
gəlir, şükürlər..."
MƏNİM
GÜNAHIMI BAĞIŞLA, OĞLUM...
Ümidim,
arxam, pənahım oğlum Cavidin 60 yaşına
Ya bir Allah, ya Məhəmməd,
ya Əli,
Müqəddəslər qulu oldum mən, bəli!
Ürəyimdə çox sözüm
var, deməli:
Sizə
çox əziyyət
vermişəm, oğlum!
Mənim
günahımı bağışla,
oğlum!
Zəhmətdən yoğurub qala çatmışam,
Həmişə xeyirxah addım
atmışam,
Ömrün yoxuşuna gəlib çatmışam.
Bacara bilmirəm yoxuşla, oğlum!
Mənim
günahımı bağışla,
oğlum!
Həmişə göylərə ucalsın
başın,
Səni
əzizləsin bacın,
qardaşın,
Durur qulluğunda
ömür yoldaşın.
Ürəyim doludur alqışla,
oğlum!
Mənim
günahımı bağışla,
oğlum!
Elin dayağısan, dayağı
ol da!
Allah sənə qüvvət
versin bu yolda.
Hörmətin çoxalsın eldə, mahalda.
Həyatınız dolsun naxışla,
oğlum!
Mənim
günahımı bağışla,
oğlum!
Allah özü üstünüzdə
yar olsun,
Ətrafında dost-yoldaşın var
olsun!
İstəmərəm boran olsun, qar olsun,
Hər yer təmizlənsin yağışla, oğlum!
Mənim
günahımı bağışla,
oğlum!
Daim ətrafında olsun qohumlar,
Səni
indikindən çox sevsin onlar,
Daim qarşılasın
sizi xoş bahar.
Səriştən olmasın heç
qışla, oğlum!
Mənim
günahımı bağışla,
oğlum!
ƏLDƏN
GEDƏR
Dədəyə nəzirə
“Bal da olsa qədərindən
bir qaşıq artıq yemə,
Tamah səni bəndə salar,
hörmətin əldən
gedər”.
Dədə Şəmşir
Hər işini vaxtında gör,
dövran da əldən gedər,
Geciksən fürsət keçər,
zaman da əldən gedər.
İkidilli, çənədən saz natarazdan uzaq ol,
Eləsinə elədiyin güman da əldən gedər.
İnandığın bir kimsədə saxtadırsa
sədaqət,
Onu düzəltmək çətindir,
hədər çəkmə
əziyyət.
Qazandığın xətir-hörmət,
dost-tanışa məhəbbət
İllər, aylar lazım deyil,
bir anda əldən gedər.
Belələri şir görünsə,
xislətində tülküdü,
Zər-zibadan bəzəkləri elə
bilər mülküdü.
Aqil atalar söyləyib: “Mal-dövlət əl çirkidi”,
Arxa bilib, fəxr etdiyin
insan da əldən gedər.
KOL
DİBİNDƏ BƏNÖVŞƏ
Çiçəklərin şahı gözəl bənövşə,
Hayana yön alıb, hara getmisən?!
Bizim eldə yaman boldu çiçəklər,
Onlara qarışıb
bəlkə itmisən?!
Baş-ayaqlı tamaşasan-tamaşa,
Səni
tərif ilə çəkəllər başa,
Həmişə nərgizlə olmusan
qoşa,
Yenə bir yerdəsiz, yoxsa təkmisən?!
Niyə uzaqlaşıb görünməyirsən?!
Nə səs eləmirsən, nə dinməyirsən.
Qəlbimdən bir an da silinməyirsən,
Özünü oraya özün əkmisən.
İnan,
sənsiz pisləşibdi
əhvalım,
Ətrini, qoxunu de hardan alım?
Fikirləşdim yamacları dolanım,
Yəqin gedib kol dibində
bitmisən.
Bütün gözəlliklər göylərdən enib,
Bu töhfəni sizə Allah
göndərib,
Meylini Qənbərdən niyə
döndərib
Qərib-qərib, qəmgin-qəmgin ötmüsən?!
12.02.2018
DAĞLARDA
QALDI
Kəlbəcərin Dəmirçidam
kəndindən qaçqın
düşüb məcburən
Bakıda məskunlaşan
eloğlum Talıb
Əhmədalı oğlu
Əmirova məktub
Talıb
lələ, arayırsan,
çox sağ ol,
Əsl ünvanımız
dağlarda qaldı.
Bir zaman o yerdə gəşt eləyərdik,
Adımız-sanımız dağlarda qaldı.
Bir kənd olub Dəmirçidam-Ağdaban,
İkiyə bölünüb onlar sonradan.
Necə
tab eləyib bəs dözsün insan?!
Qaçdıq da, canımız dağlarda qaldı.
Qohum-qardaş çoxalmışdı Göyçədə,
Bizdən əvvəl qaçqın
oldu Göyçə
də.
Bəziləri dərk etməyir
bəlkə də,
Sazlı dastanımız dağlarda
qaldı.
Əvvəlcədən hazırlardıq
çantanı,
Bayramda pusardıq qapı-bacanı,
Əzizlərdik ağsaqqalı, qocanı,
Əhli-ürfanımız dağlarda qaldı.
Mixək,
piltan, malaçiçək,
bənövşə,
Sinələri bəzəyərdi həmişə.
Neçə belə güney,
neçə düz, meşə -
Barlı bostanımız dağlarda
qaldı.
Yaz olanda tez qalxardıq
yaylağa,
Bələd idik hər bələnə, oylağa,
Qiblə
deyib baş əyərdik bulağa,
Din və imanımız dağlarda qaldı.
Söyləyim ki, çox aciz də olmadıq,
Dostlar ilə əlaqələr saxladıq,
Sədaqətlə əhdi-peyman bağladıq,
Əhdi-peymanımız dağlarda qaldı.
Çoxlarımız “mənəm-mənəm”
deyirdik,
Yerli-yersiz özümüzü öyürdük,
Gözəl torpaqları düşmənə
verdik,
Qeyrət-vicdanımız dağlarda qaldı.
Qənbər sənə açıq
desin bu sirri:
Həsrət içindədi illərdən
bəri.
Qərib
qoyduq Ələsgəri,
Şəmşiri,
Şair Qurbanımız dağlarda
qaldı.
23.02.2018
DOĞRU
Ömür tükənəndə, can azalanda,
İnsan cəhd eləyər məcələ doğru.
Ümid,
arzulamaq canımızdadı,
Müdrik yaxa verməz kəc ələ, doğru.
Qəvi
pəhləvanlar açsa
meydanı,
Alqış sədaları alar hər yanı.
Cəsarət zamanı, hünər
zamanı
Ürəklərdə olan güc ələ
doğru.
Sözümün mənası budur
müxtəsər,
Zaman yetişəndə çalışma
hədər,
Səmimi
söyləyir sizlərə
Qənbər,
Daha yön çevirib əcələ
doğru.
20.02.2017
DAĞLARIN
Yönümü çevirim Kəpəzə
doğru,
Dil tapım,
soruşum halın dağların.
İl sona yetişib, çatdırır bahar,
Görə biləm xoş əhvalın dağların.
Daşağıl, yanında Daşbulaq,
Daşyurd,
Əgər oğulsansa yadırğa,
unut!
O yerə getməyə az qalıb
umud,
Bir gəzəydim
ayaqyalın dağları.
Hərdənbir Üzənə - get Bəzirgana,
Bu yurd Koroğludan qalıb nişana,
Dünya
dəyişilsə, gəlsə
zamana,
Səcdəylə qəlbini alın dağların.
İstəmirəm sadalayam birbəbir,
Deyib-danışmaqla qurtaran deyil.
Sinələr çəmənli, çoxalıbdı
gül,
Tutubdu yamacın,
yalın dağların.
Mart, 2017
ÇİÇƏKLƏR
Sözgəlişi deyil, düzü
belədir,
Bizim tərəflərdə
boldu çiçəklər.
Dərəndə incimir, qoxu bəxş edir,
Dil biləndi,
əhli-haldı çiçəklər.
Dağda
yun qəlibdən alaçıq qurduq,
Boz otdan komlayıb, sonra oturduq.
Girib-çıxmaq üçün qapı
da qoyduq,
Qapıdan içəri doldu çiçəklər.
“Unutma məni” adlı çiçək
də var,
Sinələr üstündə səni qarşılar.
Dərib
bir-birinə verər cavanlar,
Beləcə yadigar qaldı çiçəklər.
Kolların dibində bitər
bənövşə,
Nərgiz koma-koma yayılar döşə.
Burada gəzməyi eyləyən
peşə
Gözəl buxağında xaldı, çiçəklər.
Mart, 2017
DAĞI
İlk dəfə bu yerə ayaq basanlar
Övladına deyib: - Gəl, becər, dağı!
Həmişə firavan, abad olubdur,
Heç vədə tutmayıb dərd-əcər, dağı.
Yox olsun ölkəyə nifaq salanlar,
Ağzı köpüklənib, daşıb-dolanlar!
Qızıl axtaranlar, var axtaranlar
Qazıb, eyləyibdi eybəcər,
dağı.
Koroğlu oynadıb öz
Qıratını,
Öyrədib igidlik söz baratını.
Nəbi
rəddi ilə sürüb atını,
Gəzib dolaşıbdı çox
Həcər, dağı.
Diyarları, ölkələri gəzmişəm,
Gözəlliyi ipə-sapa düzmüşəm,
Daha ovsanmışam, əlim üzmüşəm,
Sinəmdən silinməz Kəlbəcər
dağı.
07.03.2017
ŞƏMŞİRİN
OCAĞINDAYAM
Dostuma məktub
Narahat olmağa
dəyərmi, qardaş?!
Bilirəm ömrümün nə çağındayam.
Dağlardan enmişəm, yoxdu
zirvələr,
Dünyanın adi bir bucağındayam.
Hər kəsin özünün təmənnası var,
Quşların qonmağa öz
yuvası var,
Şikayət etməyin nə
mənası var,
Anamız torpağın qucağındayam.
Elələri var ki, məni güdürlər,
Bəziləri baxıb qibtə
edirlər,
Hələ ki nəfəsim
gəlir, şükürlər,
Qənbərəm, Şəmşirin ocağındayam!
PƏRVƏRDİGAR
Heç
bilmirəm ömrüm-günüm
Necə
keçir, Pərvərdigar!
Məni
qəmə qərq edənlər
Şərbət içir, Pərvərdigar!
Qazanları tabaqsızdı,
İş tuturlar, savabsızdı,
Kim haqlıdı, kim
haqsızdı,
Özü seçir Pərvərdigar!
Kədər yenə həddin
aşır,
Sevdiklərim uzaqlaşır,
Artıq
zaman yaxınlaşır,
Qənbər köçür, Pərvərdigar!
dekabr, 2017
EYLƏYƏR
İnsan,
inan bu dünyada
Hər işi həyat eyləyər.
Bəzən də badalaq vurub,
Sonradan heyhat eyləyər.
Usta tutar əməlini,
İşlədər şirin dilini,
Bir kimsə bilməz sirrini,
Gücünü isbat eyləyər.
Ayağından tutub çəkər,
Kotan salıb yurdun əkər,
Ömrün kərpicini sökər,
Olanı bərbad eyləyər.
Bircə
anda gedər başın,
Ocaqda dəmlənər aşın,
Yığılar qohum-qardaşın,
Üstündə fəryad eyləyər.
Fevral, 2017
Qənbər ŞƏMŞİROĞLU
525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.19.