Günay qızıma
Qulağımdakı
səsdən,
Ürəyimdəki
həvəsdən,
Xəstə
candan
Özüm-özümdən,
Qəsdən
qaçdım!
Ürəyimdə
sızlayan
Günay
adlı səsdən,
Elə o səsə qaçdım.
Asiyaya,
Avropaya...
Yox, yox,
Amerikada
İndianapolisə
qaçdım!
lll
Bu şəhərdə də
Hər
axşam, hər səhər,
Böyükdən
kiçiyə
Hər
yaşda,
Hər nəfər,
Hərə bir səmtə qaçır.
Kimi
öz elindən,
Kimi
doğma dilindən,
Kimi dost əlindən,
Kimi düşmən əlindən qaçır.
Kimi də öz əməlindən qaçır.
Kimi bu dəbə
qoşulmaq,
Elə qaçmaq üçün qaçır.
Kimi iştahını açmaq üçün
qaçır.
Kimi
şişmanlığından qaçır,
Kimi peşmanlıqdan qaçır.
Kimi
qapıdan çıxıb qaçmaq üçün,
Kimi də
birinə qapı açmaq üçün
Qaçır,
qaçır...
Heç
kəs bilmir
Hansı
səmtdədir sevinc, kədər...
Kimin
payına nə düşəcək
Nə qədər, bilən yoxdu.
Ayaq
saxlayıb bir an
Bir-birinin
üzünə baxıb
Gülən
yoxdu...
lll
Unuduruq hər kəsin öz taleyi
var,
Hər şey qədərdi.
Hər kəsin
payı
Öz taleyinə düşən qədərdi.
Heç
kəs sənin payını
Əlindən almayacaq.
Alsa da səninki azalmayacaq.
Onunku çoxalmayacaq.
Bu qədərdi.
Özünü yormağın faydası yoxdu.
Kimin
ruhunun gözü acdı
Ac olacaq.
Kimin
ruhunun gözü toxdu,
Tox olacaq.
Yüyürən
yıxılar deyiblər,
Ancaq,
Elə
yüyürməyən də,
Nə vaxtsa yıxılacaq.
ABŞ, İndiana.
İndianapolis
şəhəri
18.07.2018
Şuşa mənim ruhumdadı
Bu
yaşımda...
Dünyanın
o başında
Könlümdə,
gözümdə
Xatirə yandı.
Ruhum
Qarabağa da
Burdan
boylandı...
Bir qərib
axşamda
Göyün
üzündə
Bir səs
havalandı,
Cıdır
düzündə,
Yanıqlı bir səs.
Bir Qədir
səsi
Səsin
lap zilindən,
Son zənguləsi,
Özünü
qayadan
Uçuruma atdı.
Mürgülü
dağları,
Lal
qayaları,
Yuxudan
oyatdı,
Aləmi
qatdı,
Geri qayıtdı.
Dəli
ürəyimi,
Çaldı, oynatdı.
Daşaltı
çayının
Səsi
oyandı
Sanki
asimanda,
Dünyada
hər şey,
O səsin
hökmüylə
İndi yarandı.
Hər
yan öz rənginə,
İndi boyandı.
Dedim
şükür sənə,
Dünya oyandı.
Yarəb,
məni geri
Qaytarma, atma.
Allah bu xəyaldan,
Məni oyatma.
ABŞ,
İndianapolis şəhəri
02.08.2018
Zaman
Zaman!
Yalvarıram
sənə aman ver,
Aman!
Qadınların
zərifliyini alma!
Ürəklərindən
məhəbbəti çalma!
Ruhlarına
kin-nifrət salma!
Erkəkləri əsl erkək eylə.
Xanımına
geyim kimi,
Balasına
öyüm kimi,
Evinə işıq kimi gərək eylə.
Süfrəsində
duz-çörək,
Amma düz-çörək eylə.
Zaman!
Dövran
olsa da yaman,
Sən
aman ver, aman!
Müqəddəs duyğularımıza dəymə.
Bizi o yerdən
döymə,
İçimizin sütununu əymə.
Bu acıya dözülməz.
O əcdadımın
yadigarıdı -
Gələcəyimin
vüqarıdı, adıdı,
Sonra zamanla da düzəlməz.
İnsan
yaşı çox olanda qocalmır,
İçi qocalanda ölür.
Millət
ac qalanda ölmür,
Alçalanda
ölür!
07.08.2018
Fəvvarə
Xeyli
vaxtdı
Bir sakit
gölün
Sahilində qalıram.
Əlbət
ki havadan,
Quşların səsindən həzz alıram.
Gölün ortasında fəvvarə var.
Elə bil su fişəngidi.
Üfüqdəki
bütün rənglər
Onun rəngidi.
Bəlkə
göl olmaqdan
Bezmiş
suyun
Qaçmaq,
Uçmaq,
Yağış
olmaq cəngidi,
Həvəsidi.
Gecəli-gündüzlü
qulağımda
Yağış səsidi.
Sakit
göldən uçan, qaçan
Damlalar.
Zümrüd
dənəsi
Kimi
gün altında yana-yana
Üsyan edir göl olmağa, sükuta.
Qalxır
asimana
Az sonra
gücü tükənir.
Atəşi sönür.
Havada bir an dayanır,
Dönür,
Enir,
Öz
kökünə, soyuna...
Hər zərrənin,
hər damlanın
Canında
bu qədər uçmaq
Həvəsi var.
Bəs
necə olub ki, kainatda
“Yer
kürəsi”
Adlı bir İnsan qəfəsi var.
Qayıtmaq
vaxtım yaxınlaşıb
Qulağımda yağış səsi var.
Mən də başdan-ayağa suyam.
İçimə sığmayan uçmaq arzusuyam.
İnsanın üzünə yox.
İçinə
baxın!
Açın
insan
Qəfəsini,
Bizi kainata buraxın.
İnsan
gəzsin planetləri
Axın-axın.
Kainata
sızın-axın...
Hamımız
sudan yaranmışıq
Qohumuq bir
az uzaq,
Bir az yaxın.
Hamımızın
içində
Tənhalıq yaşayır.
Hamımız
əziz övladıyıq
Allahın.
Amerikada
Burda hər
kəs öz evinin
Şahıdı.
Uşaqdırsa
- hamının
Uşağıdı.
Böyükdürsə
- hər kimdir,
Öz
evində hakimdir,
Öz evində məhkumdur.
O da
öz ailəsinə məlumdur.
Hər kəs
buna alışsa,
Öz
iştahına görə çalışsa,
Qalxar
ayağa,
Hər kəs
özünün ağasıdı,
Həm də quludu.
Hər kəs öz ağlının məhsuludu.
Amerika da
Qanunsuz yaşayanlarla doludu.
Amma
dövlət qanunu burda
İncildən
də, Tövratdan da,
Qurandan da uludu.
Hər
ölkədə yaşamağın bir
Yolu var,
O da
Dövlət Qanununun yoludu!
Axı
niyə sən!
Öz
ağlınla yazdığın, bəyəndiyin
Qanununu,
Sonra iynəyəsən?
Çeynəyəsən?
Qanun vicdanın dediyidi.
Nə fərqi var Ağsan, Sarısan, Qarasan.
Niyə
dövlətin vicdanını aldatmağa
Yol axtarırsan.
O zaman,
budur gerçək!
Sənə
öz ağlın cəza verib,
Get
çək!
Sankt-Peterburq
limanında
Limanda
Avrora gəmisi
Nə vaxtdır lal dayanmışdı.
İnqilab
qalib gələndə dil açdı
İlk zəfər
atəşi açdı...
Sonra Kuba
adası
Amerika qitəsinə
Avrora gəmisi kimi yanaşdı.
Sonra...
İnqilabın
dadı qaçdı...
Sonra
qanlı çevrilişlər,
Terrorlar
da
İnqilab
sayılmaq istədi,
Vəba kimi dünyada yayılmaq istədi.
Çox
şükür bir əsrdən sonra,
Dünya
bu qanlı yuxudan
Ayılmaq istəyir.
Qanun qələmlə
yazılır,
Silahla
yox...
Günah
- qanunla yuyulur,
Qanla - günahla yox.
Zəfər
rəmzi deyil -
top səsi.
Zəfər rəmzi - insan səsidi.
İnsan alqışıdı, insan nəğməsidi.
İnsanın həyata məhəbbətidi.
Qalib gələn zamandı, həyat həqiqətidi.
Qan
tökən ən yaxşı halda - xəstədi, dəlidi!
Ən
güclü silah insan zəkasıdı,
İnsan əlindən tutan insan əlidi.
15.08.2018
Ömür
suallara cavabdır
Dünya
çox dərindi, Aləm genişdi,
Səslər sənin səsin, nəğmələrindi.
Yaşamaq özü də ağır bir işdi.
Ölüm nə sirdirsə bilmirəm indi.
Canlı
da, cansız da, iş də, “sualdı”?
Canlılar deyinir, cansızlar laldı.
Hər kəs bir suala cavab axtarır.
Sual verən kimdi? Sual kimindi?
19.08.2018
Məndən
sonra
Məndən sonra nə var?
Mənim
xatirəm!
Xatirəm nədir ki?
Bir az kədər, qəm...
Mənim
gəlməyimlə
Gəlməyib
aləm!
Məndən sonra nə var?
Bu yer,
kainat,
Bütün
bu Aləm!
Bu
dünya, bu aləm,
Mənim ailəm.
Məndən
sonra yenə
Yeni səfər var.
Günəş
xoruz kimi
Banlayacaqdı:
“İnsanlar
oyanın,
Yeni səhər var!”
Xoruzu
banladan
Mən olacağam.
Qəlbində,
beynində
Xır-xır
səsimlə
Mətləbi
anladan
Mən olacağam.
Mən
odlar oğluyam,
Odam-ocağam.
Əgər
siz varsınız
Bu kainatda
Sizin
ruhunuzda
Mən
olacağam!
24.08.2018
Hər
gün səhər duam
Dəli
yuxarı qalxmır,
Ağıllı aşağı enmir.
Ağsaqqal abırına qısılıb dinmir.
Dünyada hamının başı
qarışıqdı.
(Allahımız bunları bizə göstərən
işıqdı).
Deyəsən
çoxu elə bilir
Yaradan evimizdə ən sözə baxan uşaqdı.
- Allah mənə
kömək elə! - deyir.
Həm də
elə deyir...
Hələ
bu günə şükür...
Allahım,
bizə baş qoşma
Böyüksən,
ucasan səbrinə şükür...
Sənə
şükür...
Bu günə
şükür...
Hər səhər...
Fikrət
QOCA
525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.17.