Kardeş kalemlerdərgisinin sentyabr sayı

 

 

Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olanKardeş kalemlerdərgisinin sentyabr sayı işıq üzü görüb.

DərgininRedaktordanbaşlıqlı ənənəvi girişində V Beynəlxalq Mahmud Kaşğarlıhekayə müsabiqəsihaqqında məlumat yer alıb.

Bədii yazılar azərbaycanlı şair Firuzə Məmmədlinin kiçik tərcümeyi-halı şeirləri ilə başlayır. Şeirləri Türkiyə türkcəsinə Çinarə Nüsrətli uyğunlaşdırıb. Azərbaycandan şair İntiqam Yaşarın şeirləri (tərcümə: Oqtay Hacımusalı) Azər TuranınƏli bəy Hüseynzadə İttihad Tərəqqicəmiyyətiməqaləsi dərginin bu sayındadır.

Rusiyabölməsində çap olunan Lyubov Arbaçakovanın şeirlərini O.Hacımusalı tərcümə edib.

Moldovadan professor Məmməd İsmayıl moldovalı şair Nikolay Dabija haqqındaİldırımın şəklini çəkən şairdeyə bəhs edir. Məqaləni şairin M.İsmayılın tərcüməsindəki şeirləri izləyir.

Batı Trakya Rahmi ƏlininAnılarla yaşamaq”, Şimali Kipr Türk Respublikası Həvva TəkininMonqolustanda ata izləri”, Qazaxıstan isə Devletbek BaytursınoğlununSəkkiz yüz il səkkiz ilməqalələri ilə təmsil olunur.

Qırğızıstanbölməsində Səməd Azapın böyük qırğız yazıçısı Çingiz Aytmatovun bacısı Roza Aytmatova ilə müsahibəsi yer alıb.

Özbəkistanbölməsində Nazar İşankulun alov” (tərcümə: Nərgis Biray), Əbdülhəmid MəcidininQara ev” (tərcümə: Vəli Savaş Yelok) hekayələri Damin TuraevinSülh, yaradıcılıq beynəlxalq dostluq şairi Şarap Raşidovməqaləsi dərc olunub.

Anna PaytıkınYolda tapılan məktub” (çevirib: İlkər Etken) hekayəsi Berdi SarıyevinGülzura Cuman anlayışıyazısıTürkmənistanbölməsindədir.

Türkiyəbölməsində isə oxucular Osman ÇeviksoyunMandaların güləşihekayəsi, Yaqub ÖməroğlununQaşıq Oymaçılığı sənətinin Anadoluya gəlişində Əhməd Yəsəvinin rolu”, M.Şener BuludunÇingiz Aytmatov Elazığ anlayışıməqalələrini oxuyacaqlar.

Xəbərbölməsində Türk Mədəniyyəti Miras Vəqfin tərəfindən Parisdə Türk dünyası ilə bağlı keçirilən tədbirlərdən geniş reportaj yer alıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.13.