Yazıçılar Birliyində “İlmə əyləncəli əlifba” elektron kitabının təqdimatı olub

 

 

Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda Solmaz Amanovanınİlmə əyləncəli əlifbaelektron kitabının təqdimatı olub.

Azərtacxəbər verir ki, təqdimatdan əvvəl Yazıçılar Birliyinin katibi Rəşad Məcid Solmaz Amanovanın yaradıcılığından söz açıb. Qeyd edib ki, Solmaz Amanovaİrsdərsliyinin, 40-dan çox elektron kitabın, 60 cizgi filminin, anatomiya, farmakologiya üzrə əsərlərin, anatomik terminologiyada nağılların müəllifidir. Onun iki kitabı 2009-cu ildə Moskvada Beynəlxalq Kitab Sərgisinin qalibi olub. Anatomik teatrəsəri Fransa, Moldova, Türkiyə İngiltərədə keçirilən beynəlxalq sərgilərdə birinci yerə layiq görülüb.

Solmaz Amanovanın fəaliyyətini örnək göstərən Rəşad Məcid məktəblərdə, eləcə rus bölməsində Azərbaycan milli irsinin, folklorunun, poeziyasının, tətbiqi sənətinin öyrənilməsinin zəruriliyini qeyd edib.

Sonra S.Amanova “İlmə əyləncəli əlifba” elektron kitabını təqdim edib. Tədbir iştirakçıları balacalara doğma əlifbanı öyrətməyə kömək edən əyləncəli oyun videoçarxı izləyiblər. Müəllif videoçarxın hər səhifəsinə şərh verib, informasiya texnologiyaları əsrində azyaşlı məktəblilərin boş vaxtlarında doğma dilini onlayn rejimində öyrənməsinin, ədəbiyyat və folklor üzrə biliklərinin artırılmasının vacibliyini bildirib. Diqqətə çatdırıb ki, bu kitab 2017-ci ildə Moskvada kitab sərgisində ikinci yeri tutubbeş dildə nəşr olunub. Kitabın motivləri əsasında ingilis dilində lentə alınan cizgi filmi müsabiqədə dördüncü yerə layiq görülüb. Dünyanın hər yerində balaca azərbaycanlılar “YouTubeda yerləşdirilən bu videoçarxacizgi filminə baxa bilərlər. Videoçarx cəmi iki həftədə “Playmarket” reytinqində 54-cü yeri tutub.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əməkdaşı Anar Cəfərov, Xalq rəssamı, professor Sakit Məmmədov, videoçarxın “3D” formatında lentə alındığı “Novum” firmasının nümayəndəsi Emin Əsədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, 18 nömrəli məktəbin direktoru Rəna Süleymanova və başqaları Azərbaycan dilində elektron tədris kitablarının əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, kitablar Mədəniyyət Nazirliyi tərəfindən alınır və dünyanın bir çox ölkələrinin kitabxana fondlarına göndərilir. Tibb tarixi (“Təsviri sənət və poeziyanın anatomiyası”, “Anatomik teatr”, “Monastır əczaxanası”), həmçinin mədəniyyət və irs üzrə kitabları ərsəyə gətirdiyinə görə Solmaz Amanova Avropa Təbiət Elmləri Akademiyasının akademiki fəxri adına layiq görülüb.

 

 

525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.13.