Haqq yerini tutan
gün - 15 sentyabr 1918
- 15 sentyabr 1919
Azərbaycan türkü Mayısın
28-də istiqlalını elan
eləmiş, sentyabrın
15-də qasiblər əlində
inildəyən paytaxtını
xilas etmişdir.
Mayısın 28-i Azərbaycan cümhuriyyət
tarixinin ibtida günü isə, sentyabrın 15-i o ibtida qədər qiymətdardır.
Sentyabrın 15-i vaqe olmasa yəqin
ki, Mayıs 28-nin ibtidası bir səneyi-dövriyyəsini görmədən
intəhayə varar, gedərdi.
Bakının Azərbaycan üçün
sadə bir paytaxt degil, adətən əfsanə-lərdə
söylənən bir
“Can Şişəsi” olduğunu
nəzərə alırsaq,
həqiqi istiqlal gününün sentyabrın
15-i olduğunu qəbul
etməliyiz.
Mayısın 28-də böyük bir haqq elan olunmuş,
sentyabrın 15-də isə
bu haqq yerini
tutmuş idi.
Hər millət
müstəqil olaraq yaşaya bilər - deyə dünyaya qarşı nümayişlər
yapan bolşeviklər
Bakıyı əldən
vermək istəməmişlərdi. “Bakı sovet Rusiyasından ötrü lazımdır” - deyə Azərbaycan demokratiyasına
qəsd etmiş, xoşbəxtliklərini türk
bədbəxtligi üzərində
quran qüvvətlərlə
ittifaq bağlamış,
mart hadisəsi ilə
başlıyaraq Bakıda
axıtdıqları qan
seylabələrilə Azərbaycan
atəşi-müqəddəsini söndürmək istəmişlərdi.
Fəqət Azərbaycan türkü
tam bir məyusluq və ümidsizlik dərəcəsinə gəlmiş
ikən üzünü
böyük qardaşı
Osmanlı türkünə
çevirib istimdad istəmiş, qardaş səsinin ləbbeyk sədasını eşitmişdir.
Bir tərəfdə
bolşevik, daşnaksakan,
menşevik, kadet, daha sonra ingilis,
əlavə olaraq alman qüvvəti, digər tərəfdə
isə Türkiyə-Azərbaycan
qüvvəti qarşı-qarşıya
gəlmişdi.
Birinci tərəf
Bakıyı Azərbaycandan
ayırmaq surətilə
siyasi bir qital icra etmək
istiyor, digər tərəf isə son qətrə qanını axıt-maqla olsa da haqqı yerinə
oturtmaq istiyordu.
Bugünki böyük bir gündə, Qurban bayramının ərəfəsində
iki qardaş türkün türklük
məfkurəsi məbudinə
qarşı verdikləri
qurbanlar qəbul olunaraq qanlara boyanmış, Bakı küçələri düşməndən
təmizlənmiş, haqq
yerini tutmuş idi.
Haqq yerini tutduğu bu gündə biz şühədayi-istiqlal
və istixlasımızın
böyük ruhu hüzurunda şükran borcumuzu əda etməliyiz.
Bu gün yeni Cümhuriyyətimizin sütununu,
ordumuzun paytaxtımız
küçələrindəki yürüşünü görüb
kökslərimizi qabartırkən
şühəda qəbri
üzərinə gedib
də fatihə verməyi unutmamalıyız.
Onlar, o böyük
vücudlar, tam vəqtində
bir məlikeyi-nicat kibi yetişərək özləri öldülər,
fəqət bizi ölümdən qurtardılar.
Onlar, bu ölümü istehqar edən böyük adamlar bizə yaşamaq üçün
ölmənin nə məsud, nə şanlı, nə şərəfli bir xislət olduğunu öyrət-dilər. Onlar, o fədakar insanlar Azərbaycan cümhuriyyətinin
paydar olmasına, məmləkətimizin cəllad
ceyşindən qurtulmasına
səbəb oldular!
Şu qara topraqlar altında yatan Anadolunun Məhmədçiki Azərbaycanın
hanki bir qarış toprağıdır
ki, orayı kəndi fədakar qanı ilə yuyamamışdır. Bilxassə Bakı ətrafının
hər hanki bir dərəsini, hər hanki bir təpəsini gəzsəniz, bir şəhid məzarına
rast gəlirsiniz.
Bu şəhid Çanaqqalayı köksü
ilə müdafiə edən qəhrəman türkün igid qardaşıdır. İstanbulu müdafiə
eləmiş, imdi də yeni bir
türk hökumətinin
paytaxtını - Bakıyı
düşməndən xilas
etmək üçün
buraya qədər gəlmiş və şəhid olmuşdur.
Bu gün bu şühədanın məzarı
üstündə bir abideyi-şükranın binası
vəz olunacaq. Fəqət
bilməm ki, bu ayda keçən
il sentyabrın
15-də dul qadınların,
yetim çocuqların,
sevincli gəlinlərin
bu xilaskar qardaşlara qarşı bəslədikləri hissiyyatı
tamamilə təsvir və sabit edə
biləcəkmi?
Haşa,
azərbaycanlının sineyi-şükranında
həkk olunan qardaşlıq xatirəsini
nə bir usta həkk edər, nə də bir daş
və yaxud tunc ona təhəmmül
edər.
Bu gün bütün
Azərbaycan-Qafqasiya İslam
Ordusunun Nuru Paşa, Mürsəl Paşa komandalarındakı
Osmanlı zabitan və əfradının xatirati-həzinilə həm
şad, həm də məhzundur. Şaddır, çünki onların həmiyyəti, onların
müavinətilə bugünki
bayramı dərk eləmişdir. Məhzundur, çünki
kəndisinə böylə
bir səadəti qazandıran qəhrəmanların
kəndi vətənləri,
ana yurdları təhlükələr içində
və bizim hürriyyətimizə səbəb
olan o böyük vücudlar hal-hazırda hürriyyətdən məhrum
bir haldadırlar.
Həqiqi istiqlalımızın guşə daşı qoyulduğu bu gündə, kəndi cəsədləri ilə binayi-istiqlalımızı təhkim edən qəhrəman millətdaş-larımızı salamlarkən onları yetişdirən o böyük Türk Vətəninin xilas və nicatı üçün səmimi dualarımızı bargahi-əhədiyyətə tovcih etməyi də unutamayız. Yalnız kəndisini degil, düşmənlər əlində qalıb həqqi paymal edilməkdə olan qardaşını dəxi müdafiə edə bilən bir millət müşkülat içində qala bilər, fəqət əmin olunuz ki, məhv ediləməz.
Əvət, həqq yerini tutduğu böylə müəlla bir gündə türklügün təmini-istiqbal və istiqlalı üçün ölən şühədanın böyük ruhu hüzurunda:
Əlimizə bir vədiə olaraq tapşırılan bayrağımızı qardaşlarımızın fədakarlığına imtisal edərək şərəf və namusla mühafizə edəcəgimizi əhd edəlim!
Biləlim ki, bu vasitə ilə biz həm türklügi qüvvətləndiriyor, həm müsəlmanlığa, həm də insanlığa xidmət ediyoruz.
M.Ə.Rəsulzadə
”Azərbaycan”, 15 eylül (sentyabr) 1919, ¹274
Qasib - qəsbkar
Müəlla - yüksək, uca
Ceyş - qoşun, ordu
Vədiə - əmanət
Materialı redaksiyaya professor Şirməmməd
Hüseynov təqdim edib.
525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.10.