Milli Kitabxanada "18 sentyabr - Musiqi günü" sərgisi
M.F.Axundzadə adına Milli Kitabxanada növbəti sərgi də dahi bəstəkara
həsr olunub.
"18 sentyabr - Milli Musiqi Günü" adlı sərgini giriş sözü ilə kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bu musiqi bayramının tarixi əhəmiyyətindən
danışıb. Bildirib
ki, Azərbaycan musiqisinin inkişafında
böyük xidmətləri
olan dahi Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist,
ictimai və siyasi xadim kimi
çoxşaxəli fəaliyyəti
ilə yanaşı, həm də Şərqdə ilk operanın
banisi kimi məşhurdur. Dünya musiqi xəzinəsinə
parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar
musiqinin banisidir.
Azərbaycan mədəniyyətinin, musiqisinin
təbliği məqsədilə
ölkəmizdə mütəmadi
olaraq beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr
keçirilir. Bunlardan biri də görkəmli musiqiçilər,
müxtəlif ölkələrdən
bədii kollektivlər,
solistlər, dirijorların
iştirakı ilə
2009-cu ildən etibarən
təşkil edilən
Üzeyir Hacıbəyli
Beynəlxalq Musiqi Festivalıdır.
Üzeyir
Hacıbəyli irsinin
daha geniş şəkildə araşdırılaraq
gələcək nəsillərə
çatdırılmasından danışan K.Tahirov Milli Kitabxananın da bu işə
öz töhfəsini
verdiyini, onun haqqında iki dəfə biblioqrafik vəsaitin tərtib edildiyini, sənətkarın
əsərlərinin təbliği
məqsədilə sərgilərin
təşkil olunduğunu
qeyd edib.
Direktor müavini
Ədibə İsmayılova
çıxışında Azərbaycan musiqi mədəniyyətinin inkişafında
misilsiz xidmətləri
olan dahi bəstəkarın həyat
və fəaliyyətindən,
milli musiqi xəzinəmizə verdiyi
çoxsaylı töhfələrdən
danışıb.
Not nəşrləri və səsyazmaları şöbəsinin
müdiri Kəmalə
Seyidova şöbəyə
gələn qonaqları
ilk olaraq bəstəkarın
"Koroğlu" əsəri
ilə tanış
etdiklərini, bu günlə bağlı musiqi məktəblərində,
müxtəlif mədəniyyət
və təhsil müəssisələrində tədbirlərin keçirildiyini
qeyd edib.
Sonda bəstəkarın
əsərlərindən və
onun haqqında yazılmış əsərlərdən
ibarət Azərbaycan,
rus və digər xarici dillərdə olan kitab və dövri
mətbuat materiallarından
ibarət geniş sərgiyə baxış
olub.
Sərgi bir həftə davam edəcək.
ŞAHANƏ
525-ci qəzet.-2018.-19 sentyabr.-S.7.