"Doğma
qəriblər"in təqdimatı
keçirildi
Sentyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində
"Aydınlığa Doğru"
Milli Mənəvi Dəyərlərin Qorunması
İB-nin layihəsi olan və Azərbaycan
Respublikası Pezident Yanında Qeyri-Hökumət
Təşklatlarına Dəstəyi
Şurasının qrant
layihəsi üzrə
çəkilmiş "Doğma
qəriblər" sənədli
filmin təqdimatı keçirilib.
Qafqaz İslam
Ordusunun 100 illiyinə
həsr olunmuş təqdimatda tanınmış
tarixçilər, ziyalılar,
mətbuat nümayəndələri
iştirak ediblər. Qeyd edək
ki, filmin rejissorları Mahir Dərviş, Abdulqəni Əliyev, ssenari müəlifi isə Lalə Əliyeva-Muradxanlıdır.
"Doğma qəriblər" filmi Cümhuriyyət tariximizdə ən önəmli səhifələrdən sayılan Qafqaz İslam Ordusunun zəfər yürüşü ilə bağlı tədqiqatçılara ciddi araşdırma mövzusu verir. Belə ki, Ordunun əsas marşrutundan kənarda - Azərbaycanın Şimal bölgəsində aşkar edilmiş şəhid məzarları 100 il öncəki tarixin yeni təfərrüatlarını üzə çıxarır. Film çox maraqlı bir məqamı vurğulayır: dünya gücləri tarixi saxtalaşdırmağa, faktları gizlətməyə nə qədər çalışsalar da, insan yaddaşı bir çox həqiqətlərin daşıyıcısıdır. Elə məhz bu yaddaş vaxtilə Azərbaycan uğrunda canından keçmiş mehmetciklərin qərib məzarlarını itməyə qoymayıb, sovet rejiminin dəhşətli yasaqlarına rəğmən onları müqəddəs ziyarətgah kimi qoruyub saxlayıb.
"Doğma qəriblər" filmi tarixə münasibətdə əsl vətəndaş mövqeyinin parlaq təzahürüdür. Müsahiblər tarixçilər, tədqiqatçılar, jurnalistlər deyil - kənd müəllimləri, həkimlər, ağsaqqalar, 100 illik tarixi ata-babalarının, canlı şahidlərin söhbətlərindən bu günə qədər əmanət kimi qoruyub çatdıran insanlardır. Filmin yaranması təşəbbüsü də məhz onlara məxsusdur.
Mərasimdə iştirak edən ziyalılar filmin nümayişindən sonra təəssüratlarını bölüşüblər. Professor Şahlar Əsgərov, dramaturq Əli Əmirli, Milli Məclisin deputatı Fazil Mustafa filmin daşıdığı informasiyanın və mənəvi yükün dəyərini vurğulayıb, istiqlal tariximizin araşdırılması ilə bağlı hər cəhdin qiymətli olduğunu söyləyib, gözəl nəticə əldə etmiş yaradıcı heyəti təbrik edərək uğurlar arzulayıblar.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 18 sentyabr.- S.7.