Xoreoqrafiya Akademiyasında yeni
tədris ilinin başlanması qeyd edildi
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində
(BXA) "Bilik günü"
və 2018-2019-cu tədris
ilinin başlaması münasibətilə tədbir
keçirilib.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Akademiyanın rektoru, Əməkdar elm xadimi,
professor Timuçin Əfəndiyev,
professor -müəllim heyəti
və digər dövlət qurumlarının
nümayəndələri iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan rektor bakalavriat və magistratura pillələrinə daxil olmuş gəncləri təbrik edərək, onlara təhsil və yaradıcılıqda
uğur, müvəffəqiyyət
arzu edib. T. Əfəndiyev çıxışında
qeyd edib ki, bu gün
ölkə rəhbərliyinin
elm, təhsil və mədəniyyət sahəsinə
olan diqqət və qayğısı nəticəsində Bakı
Xoreoqrafiya Akademiyası
da öz fəaliyyətində yeni
inkişaf mərhələsinə
qədəm qoyur.
Akademiyada yüksək ixtisaslı
müəllim heyəti,
həmçinin, Xalq və Əməkdar artistləri, elmlər doktorları, professorlar və görkəmli sənət adamları tədris prosesinə cəlb olunublar. Akademiyada keçirilən tədris
prosesi beynəlxalq standartlara uyğun şəkildə qurulub.
Dünyaca məşhur
onlarla əcnəbi mütəxəssislər akademiyada
ustad dərsləri keçir, Azərbaycanda Bakı xoreoqrafiya Akademiyasının təşkilatçılığı
ilə ikinci dəfə Qəmər Almaszadə adına
klassik və milli rəqs üzrə beynəlxalq müsabiqə keçirilib.
Rektor onu da vurğuladı ki, mövcud ixtisaslarla yanaşı,
2018-2019-cu tədris ilindən
başlayaraq Bakı Xoreoqrafiya Akademiyasında Xoreoqrafiya sənəti - Balet rejissorluğu, Xoreoqrafiya sənəti- Klassik rəqslər və "Dizayn" ixtisasları üzrə də kadr hazırlığı
aparılacaq.
Daha sonra Mədəniyyət naziri Əbülfəs Qarayev yeni tədris
ilinin başlanması
ilə əlaqədar
Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim
heyətini, eləcə
də bakalavr və magistr pillələrinin tələbələrini
"Bilik günü"
və BXA-ya daxil olmaları münasibətilə təbrik
edib.
Nazir onu da bildirib
ki, hər zaman olduğu kimi, bu il də akademiyanın qarşısında
duran ən vacib məsələ xoreoqrafiya sənətinin beynəlxalq səviyyəyə
qaldırılması, təhsil,
sənət, həmçinin,
maddi-texniki bazanın gücləndirliməsi mühüm
əhəmiyyət kəsb
edir: "Akademiya yarandığı gündən
uğurlu fəaliyyətini
davam etdirir. Bu uğur və
nailiyyətlərin davamlı
olması üçün
də Akademiyanın müəllim və tələbələri müasir
rəqs cərəyanlarını
daha dərindən öyrənməli və imkan olduqca xaricə
ezam edilib, digər ölkələrdə
teatrlarda səhnə fəaliyyəti ilə yaxından tanış olmalıdırlar". Nazir, həmçinin,
Akademiya müəllim
heyətinin regionlarda ustad dərslərini mütəmadi olaraq davam etdirmələrini, eləcə də tələbələrinin ölkə
daxilində keçirilən
tədbir və müsabiqələrdə fəal
iştirak etməli olduqlarını da vurğuladı. Sonda isə
Ə.Qarayev Akademiyanın
bakalavr və magistrantlarına tələbə
vəsiqələrini, müvəffəqiyyət
və atestasiya kitabçalarını təqdim
edib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 18 sentyabr.- S.7.