Qəzənfər Paşayevin
portreti "Şəxsiyyətlə
yaradıcılığın vəhdəti"ndə
Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun Elmi Şurasının qərarı
ilə şair, ədəbiyyatşünas, publisist
Gülxani Pənahın
dilçi, alim,
professor Qəzənfər Paşayevin
həyat və yaradıcılığına həsr
olunmuş "Şəxsiyyətlə
yaradıcılığın vəhdəti" monoqrafiyası
işıq üzü
görüb.
"Elm və təhsil" nəşriyyatında nəfis
tərtibatda çap edilmiş əsərin redaktoru və ön sözünün müəllifi AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev, rəyçisi Kərkük
Kültür Dərnəyi
başqanı, şair,
publisist Şəmsəddin
Kuzəçidir. Araşdırmaçı bu kitabında Qəzənfər Paşayevin
çoxşaxəli yaradıcılığını
müxtəlif yönlərdən
tədqiqata cəlb edib.
Kitab Ümumilli lider Heydər Əliyevin müsahibəsindən bir
sitatla başlayır:
"Tarixi araşdıranda
gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır".
K.Əliyev "Yollar Kərkükdə
kəsişir" adlı
Ön sözündə
müəlliflə onun
tədqiqat obyekti Qəzənfər Paşayev
arasındakı oxşarlığı
belə mənalandırır:
"Gülxani Pənah
da fəallıqda elə Qəzənfər müəllimə bənzəyir.
O da yazmağı ailə-məişət işlərindən
çox-çox üstün
tutur. Tale elə gətirib ki, indi ədəbiyyatşünaslığımızın
iki məhsuldar nümayəndəsi yaxşı
mənada üz-üzə
gəliblər: Gülxani
Pənahın professor Qəzənfər
Paşayevin həyat və yaradıcılığından
bəhs edən kitabı meydana çıxıb".
Professor yazır ki,
Gülxani Pənah monoqrafiyada məhz Qəzənfər müəllimin
haqqında irəli sürdüyü tezislərdə
Qənfər müəllimin
özünün və
Qəzənfər müəllimdən
bəhz edən tədqiqatlardakı müddəların
qırılmaz əlaqəsini
- ahəngini yarada bilmişdir.
Əsər ümumilikdə "Giriş", "Q.Paşayev
və İraq-Tükman
folkloru", "Q.Paşayev
və Çağdaş
Kərkük ədəbi
mühiti", "Q.Paşayev
və Azərbaycan folklorşünaslığı”, "Q.Paşayevin ədəbiyyatşünaslıq
fəaliyyəti", "Q.Paşayev
dilçi alim kimi", "Q.Paşayevin
tərcüməçilik fəlaiyyəti" adlı
altı fəsil və "Nəticə"dən
ibarətdir. Sonda isə Şəmsəddin
Kuzəçinin "Q.Paşayevi
anlamaq" adlı məqaləsi çap olunub.
Hər fəslində
Qəzənfər Paşayevin
həyat və yaradıcılığındakı bir-birindən fərqli və tamamailə yeni məziyyətlərindən,
çoxşaxəli fəaliyyətindən
söz açan monoqrafiyanın özünəməxsus
xususiyyətlərindən biri
də hər bölmənin epiqraflarla başlanmasıdır. Çox böyük
zövq və ustalıqla seçilmiş
epiqraflarda Qəzənfər
Paşayevin həyatı
və fəaliyyəti
müəllif tərəfindən
deyil, ayrı-ayrı ziyalılar, söz adamları tərəfindən
sanki bir müddəalar şəklində
şərh edilir.
Anar, Yaşar Qarayev, Tofiq Hacıyev, Mahir Naqib, Nizami Cəfərov,
Gündüz Əlizadə,
Sübhi Saatçı,
Elçin, İsa Həbibbəyli kimi şəxsiyyətlərin Qəzənfər
Paşayev yaradıcılığına,
onun İraq-Kərkük
folklorşünaslığı, Azərbaycan-Kərkük mədəni
əlaqələrinin inkişafındakı
yüksək fəaliyyətinə
verdikləri yüksək
qiymət elmi araşdırmanın bütövlüyünü
təmin edir.
Tədqiqatçı "Giriş"də yazır: "Qələm dostları, alim həmkarları içərisində hörmət və izzət sahibi olan, hər birimizin böyük insani keyfiyyətlərinə bələd olduğumuz Qəzənfər müəllimin folklorşünaslıq sahəsindəki tədqiqatlarını araşdırarkən onun İraq-Türkman folkloru sahəsindəki misilsiz xidmətlərini görürük və bunu xüsusilə qeyd etməliyik".
Ş.Kuzəçi özünün "Qəzənfər Paşayevi anlamaq" məqaləsində monoqrafiyanı belə dəyərləndirir: "Əlinizdəki, doktor Gülxani Pənah tərəfindən yazılan "Şəxsiyyətlə yaradıcılığın vəhdəti" adlı bu əsəri Qəzənfər Paşayevin həyat yolunun yığcam şəklidir. Onun insanlıq yaşamındakı çalışmasının bir budağıdır. Onun əkdiyi ağacın kökünün dərin və güclü olduğu qədər, o budağın da nə qədər varlıq yaydığını görürük.
... Kərkük sevdalısı professor Qəzənfər Paşayevi anlamaq və başqalarına anlatmaq...əlbəttə, bir yazıyla mümkün deyildir; ancaq əlinizdəki bu əsəri yaxşıca oxumaq, yaxşıca analiz etmək və yaxşıca anlamağa çalışmaqla mümkündür..."
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2018.-19 sentyabr.-S.7.