Azərbaycanda Milli Musiqi Günü təntənəsi

 

DAHİ ÜZEYİR HACIBƏYLİ SİLSİLƏ TƏDBİRLƏRLƏ YAD EDİLİB

 

18 sentyabr - Milli Musiqi Günü hər il olduğu kimi, bu il ölkəmizdə geniş təntənəli şəkildə qeyd edilir.

 

Bununla yanaşı, bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.

 

Bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir dövlətçiliyimizin memarı qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

 

Daha sonra Üzeyir Hacıbəylinin digər görkəmli mədəniyyət incəsənət xadimlərinin məzarları ziyarət olunub.

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək deyib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoyub. Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

 

Bildirilib ki, həmişə olduğu kimi, bu dəfə sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq. Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı sentyabrın 26-dək davam edəcək.

 

Festivalda 10-a yaxın xarici ölkədən dünyanın tanınmış kollektivləri iştirak edəcək. Səkkiz gün ərzində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında digər konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunacaq.

 

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə hamını salamlayaraq festival çərçivəsində keçirilən görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışıb. Xalq artisti bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirib.

 

Üzeyir Hacıbəylinin yaradıcılığının tükənməz bir xəzinə olduğunu söyləyən Firəngiz Əlizadə diqqətə çatdırıb ki, ustad sənətkarlarımızın xatirəsi Bəstəkarlar İttifaqında daim anılır müxtəlif xarakterli tədbirlər, konsertlər, konfranslar anım mərasimləri ilə qeyd olunur.

 

Sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin "Şəbi-hicran"ı səslənib.

 

Daha sonra Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbirə qatılıb, Milli İncəsənət Muzeyinin bağındakı "Güllələnmiş heykəllər" abidəsini ziyarət edib, burada Üzeyir Hacıbəylinin, Bülbülün Xurşidbanu Natəvanın heykəlləri önünə tər güllər düzüblər.

 

Bu gün münasibətilə ilk konsert Azərbaycan Milli Konservatoriyasında olub.

 

Konsertdən əvvəl çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Milli Musiqi Gününün əhəmiyyətindən söz açıb.

 

O, bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu söyləyib. Görkəmli bəstəkarın zəngin həyat yaradıcılığından danışmaqla yanaşı, onun milli Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib.

 

S.Kərimi bütün musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə edib.

 

Mədəniyyət naziri Əbülfəs Qarayev bayram münasibətilə musiqisevərləri təbrik edib, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasındakı rolundan bəhs edib. Bildirilib ki, Üzeyir Hacıbəyli, həm pedaqoji fəaliyyətlə məşğul olub. O, musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsində, irəli çəkilməsinə xüsusi önəm verib. Bir sözlə, onun milli musiqimizin inkişafındakı xidmətləri əvəzsizdir.

 

Sonra Azərbaycan Milli Konservatoriyasının tələbə orkestri tələbə xoru konsert proqramı ilə çıxış edib.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında bu günə həsr olunmuş təntənəli tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında deyib ki, Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub o, heç zaman unudulmayacaq. O, həmçinin, bu gün Azərbaycan musiqisinin digər nümayəndəsi, böyük bəstəkarımız Müslüm Maqomayevin ad gününün olduğunu qeyd edib.

 

Azərbaycan mədəniyyətinin inkişafına, təbliğinə göstərilən dövlət qayğısından danışan nazir bildirib ki, bu gün müstəqil ölkəmizdə böyük şəxsiyyətlərin xatirəsi əziz tutulur, onların adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür: "Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdə Üzeyir bəy böyük ehtiramla yad edilir, ölkəmizə dünya musiqisinə bəxş etdiyi unudulmaz əsərləri səsləndirilir. Üzeyir bəyin qoyduğu irs Azərbaycan xalqının mədəniyyətinin zəngin xəzinəsidir".

 

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayev bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalın əhəmiyyətindən danışıblar.

 

Çıxış edənlər, həmçinin, dahi bəstəkarın zəngin həyat yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıblar. Bildiriblər ki, bu gün dünyanın məşhur musiqiçiləri Üzeyir bəyin musiqisini dinləyir, onu tanıyır qiymətləndirirlər.

 

Natiqlər bu musiqi bayramının tezliklə dahi bəstəkarın doğulduğu Şuşada keçiriləcəyinə inamlarını ifadə ediblər.

 

Milli Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

 

Bu əlamətdar günlə bağlı növbəti sərgi eyni zamanda, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Milli musiqimiz" adı ilə açılıb.

 

Sərgidə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlarımızın əsərlərindən ibarət kitablar not yazıları nümayiş olunub.

 

Sərgi ziyarətçilərdə böyük maraq doğurub.

 

18 sentyabr - Milli Musiqi Günü münasibətlə Bakı Metropolitenin "İçərişəhər" stansiyasında da artıq ənənə halını alan musiqili proqramı təşkil olunub. Musiqi proqramı tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib rəğbətlə qarşılanıb.

 

Qeyd edək ki, bu əlamətdar günlə əlaqədar metronun digər stansiyalarında da Üzeyir Hacıbəylinin digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

 

Şahanə MÜŞFİQ                 

 

525-ci qəzet.-2018.-19 sentyabr.-S.7.