Ağrılı mətləblərin uğurlu bədii ifadəsi

 

YAZIÇI AQŞİN BABAYEVİN YENİ HEKAYƏLƏRİ BU JANRIN MARAQLI NÜMUNƏLƏRİ KİMİ DİQQƏT ÇƏKİR

 

Şahanə MÜŞFİQ

 

Çağdaş ədəbiyyatımızın problemlərindən biri uzunçuluqdur. Bu tendensiya özünü xüsusən nəsrdə göstərir. Geniş təsvirçilik, tez-tez mövzudan yayınmaq, haşiyəyə çıxmaq, hadisələr obrazlar zənginliyi müasir hekayə janrında ən çox rast gəldiyimiz cəhətlərdir.

 

Tənqidçilərin, oxucuların eləcə bir sıra yazarların gileyləndikləri digər problem müasir əsərlərin dövrün ictimai-siyasi məsələlərinə qarşı biganəliyidir. Yerdəki xüsusən ölkədəki problemlər sanki müəllifləri daha az maraqlandırır. Onların diqqəti daha bəşəri mövzulara yönəlib.

 

Əslində, hər iki problem, demək olar ki, bütün dövrlərdə olub, hətta ikinci tendensiya XX əsrin əvvəllərində ədəbiyyatımızda romantizm realizm cərəyanlarının yaranmasına paralel şəkildə inkişafına da gətirib çıxarıb. Amma sürətlə dəyişən zaman ədəbiyyata da təsirsiz ötüşmür. Həyatımızda, çevrəmizdə baş verən hadisələr o qədər sürətlə bir-birini əvəz edir ki, artıq oxucu milli ədəbiyyatda daha çox milli məsələləri görmək istəyir.

 

Sevindirici haldır ki, yazıçı Aqşin Babayevin "Ədəbiyyat qəzeti"nin 15 sentyabr buraxılışında çap olunan hekayələri hər iki fikirlə bağlı rəyləri təsdiqləməyin hələ çox erkən olduğunu sübut etdi. Ədib "Ağrı" "Divardakı portret" hekayələri ilə ictimai-siyasi problemləri qısa, lakonik dildə böyük ustalıqla qələmə almağın mümkünlüyünü göstərir.

 

Hər iki hekayə günümüzün ən qlobal, demək olar ki, hər birimizin hər addımbaşı rastlaşdığımız məsələlərini mövzu seçib. İnsan hekayələri oxuduqca mövcud situasiyanı, ya da ən azından ona bənzərini yaşadığını, yaxud yaxın ətrafındakılardan eşitdiyini xatırlayır.

 

"Ağrı" hekayəsində müəllif xəstələrə sadəcə gəlir mənbəyi kimi baxan özəl klinikalardan pul yığmağa başı qarışdığından vəzifəsinin insanlara şəfa vermək olduğunu unudan həkimlərdən söz açır. Hekayə birinci şəxsin dilindən danışılır cəmiyyətimizə nəzər salan oxucu, sözsüz ki, bu əhvalatın həqiqətən reallıqda yaşandığına heç bir şübhə etmir. Bu, böyrəyindən ağrı tutduğundan oğlu ilə birgə özəl klinikaların birinə şəfa istəyilə gedən insanın tragikomik hekayəsidir. Heç kim onun ağrısıyla maraqlanmır, hər kəs xəstədən alacağı pula göz dikib. Heç ehtiyac olmadığı halda müxtəlif həkimlər - terapevt, cərrah, Ankarada işləmiş "mütəxəssis" digərləri xəstənin "müalicə" prosesinə canla-başla qoşulurlar. Amma "hərəsi bir hava çalır" heç biri adi bir ağrını kəsmək üçün cəhd göstərmir. Hər addımbaşı səslənən "qırx manat", "səksən  manat", "yüz iyirmi manat" sözləri oxucunun yaddaşını döyəcləyir. Xatırlayırsan ki, filan vaxtı səhvən, bilmədən, ağrının, xəstəliyin səni "itələyib" saldığı filan özəl klinikada da eyni bu sözləri eşitmişdin, bu rəftarla qarşılaşmışdın sən hekayənin qəhrəmanı kimi nəfəsini kəsən, bədəninə əsməcə salan ağrıya fikir vermədən, arxana belə baxmadan ordan qaçıb canını qurtarmışdın.

 

lll

 

"Divardakı portret" hekayəsi isə fərqli, amma günümüz üçün aktual olan başqa bir mövzu haqqındadır. Yaşlı vəzifəli kişilərin maddi sıxıntı çəkən gənc qızlara kömək adı ilə onlardan istifadə etmək niyyəti heç birimiz üçün yad mövzu deyil, yəqin ki. Hekayədəki biznesmen Səxavət həmin kişilərin, yenicə universitetə qəbul olmuş, gənc tələbə Yasəmən isə qeyd etdiyim qızların ümumiləşdirilmiş obrazıdır. Hekayə, demək olar ki, dialoqlar üzərində qurulub. Məhz bu dialoqlarda Səxavət öz xislətini büruzə verir. O, "yaxşılıq", "savab", "xeyirxahlıq" sözləri altında öz əsl məqsədini, iyrənc planını gizlətməyə çalışır. Amma onun bu sözləri belə insanda ikrah doğurur.

 

Hekayənin süjeti belədir: təzəcə universitetə qəbul olan Yasəmən ödənişli oxumalıdır. Ancaq atasız qızın min səkkiz yüz manatı ödəmək imkanı yoxdur. Ona "köməyi" isə qonşusu biznesmen Səxavət edəcəkmiş. O, qızın universitet xərcini öz öhdəsinə götürüb. Çünki özünün dili ilə desək, onu Yasəmənin mərhum atası "adam eləyib". Yasəmən təhsil haqqı ilə bağlı onun ofisinə gəlib.

 

Belələrinin şəxslərin ən mötəbər insanları, ən ağrılı hadisələri, hətta Allahı da məqsədlərinə çatmaq üçün vasitə seçməsi tez-tez rast gəlinən haldır. Onlar özlərinin niyyətlərinin saf, təmiz olduğunu, dürüstlüyünü məhz bu yolla sübut etməyə çalışırlar.

 

"Xeyirxah" Səxavətin də məqsədinə çatmaq üçün istifadə etdiyi "silah" xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin divardan asılmış böyük portretidir. O, demək olar ki, hər kəlməsinin əvvəlində də, sonunda da məşhur xeyriyyəçinin gördüyü əməllərdən danışır, onu özünə örnək bildiyini deyir: "Biz Hacı Zeynalabdin Tağıyevin nəvələriyik, qızım. Allah rəhmət eləsin o kişiyə. Gördü ki, oğlanlarımız xaricdə təhsil alandan sonra qızlarımızı bəyənməyib urus-tatar alırlar, sənin kimi gözəl qızlar üçün məktəb açdırdı".

 

Buradakı "gözəl" sözü insanın qulaqlarını dırmaqlayır. Elə müəllif də bu detaldan ustalıqla istifadə edir: "Səxavət "gözəl" sözünü deyəndə gözləri işıqlandı".

 

Artıq hər şey məlumdur. Oxucu görür ki, Səxavətin niyyəti heç də qıza kömək eləmək, onun problemini çözmək deyil. Onun xəyalları başqa yerlərdə gəzir. Buna görə də qızın problemini həll etməyə tələsmir. Hətta bank hesabı açdırmaq üçün lazım olan yüz manatı belə ona vermir. Çünki gözləyir. Əgər gənc qızdan niyyətinə qarşı müsbət bir reaksiya görəcəksə, onda hərəkətə keçəcək.

 

Amma Yasəmənin namusu satılıq deyil. Ona görə Səxavətin hələ tam büruzə verməyə macal tapmadığı əməlinin cavabı "söyüş dolu qayibanə səs" olur.

 

Qeyd etdiyimiz kimi, hər iki hekayənin əsas məziyyətlərindən biri lakonikliyidir. Müəllif heç bir artıq təsvirə, haşiyəyə, uzunçuluğa yol vermədən, obrazlı bir dillə situasiyanı dəqiq şəkildə təsvir edir. Buna görə hekayəni oxumaq, onu anlamaq oxucuda problem yaradır. Aqşin Babayevin usta yazıçı qələmi az sözlə çox mətləblərə işıq salmağın heç çətin olmadığını sübut edir. Unutmayaq ki, qaranlıq bir otağın aydınlanması üçün günəşin çıxmasına, böyük, təmtəraqlı çilçıraqlara gərək var, əgər doğru yerdə yandırılarsa, bircə şam belə qaranlığı dağıtmağa yetər.

 

525-ci qəzet  2018.- 20 sentyabr.- S.7.