Bakı Kitab Mərkəzində
Milli Musiqi Günü qeyd edildi
Bakı Kitab Mərkəzində Milli Musiqi Gününə
həsr olunmuş musiqi axşamı təşkil olunub.
Tədbirdə Xalq artisti Mənsum İbrahimov və "Qarabağ" muğam üçlüyü,
Xalq artistləri Murad Hüseynov, Gülnaz İsmayılova,
Ülviyyə Hacıbəyova,
Əməkdar artist Elnarə
Kəbirlinskaya iştirak
ediblər.
Gecədə Azərbaycan musiqi mədəniyyətinin inkişafında
misilsiz xidmətləri
olan dahi bəstəkarın həyat
və fəaliyyətindən,
milli musiqi xəzinəmizə verdiyi
çoxsaylı töhfələrdən
danışılıb.
Xalq artisti Mehriban Zəki Nəsimi, Məhsəti Gəncəvi,
Mikayıl Müşfiq,
Rəsul Rza və Vaqif Səmədoğlunun
şeirlərini oxuyub.
ŞAHANƏ
525-ci qəzet 2018.- 20 sentyabr.- S.7.