Nurəngiz Günə həsr edilmiş kitabın saytın təqdimatı oldu

 

Dünən şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Nurəngiz Günün 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

 

Tədbir çərçivəsində şair Maşallah Məftunun N.Günə ithaf etdiyi "Güllərin soyqırımı" adlı kitabının "Addım" Gənclər Təşkilatının təşəbbüsü dəstəyi ilə mərhum şairin adına hazırlanmış rəsmi saytın təqdimatı olub.

 

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq, 80 illik yubileyi münasibətilə il ərzində Nurəngiz Günə həsr olunmuş tədbirlərdən, onun həyat yaradıcılığını əks etdirən məqalələrdən, monoqrafiyalardan danışıb: "Mədəniyyət Nazirliyi tərəfindən şairin 2 cildlik Seçilmiş əsərləri hazırlanmaqdadır. Bakı Miniatür Kitab Mərkəzinin tərtib etdiyi "80 şeir-80 şəkil" adlı miniatür kitab artıq çapdadır. Onun haqqında sağlığında, xüsusilə haqq dünyasına qovuşduqdan sonra qələmə alınan onlarla dəyərli elmi, publisistik məqalənin, esselərin, şeirlərin yer aldığı "Səksəni səksəndirən" kitabı da bu günlərdə işıq üzü görəcək. Bugünkü mərasim Nurəngiz Günün əziz xatirəsinə həsr olunmuş tədbirlər silsiləsindəndir".

 

"Addım" Gənclər Təşkilatının təsisçisi Hüseyn Cavadzadə N.Günün adına yaradılmış sayt haqqında məlumat verib. O deyib ki, saytın yaradılmasında məqsəd həm mərhum şairin 80 illik yubileyinə töhfə vermək, həm onu gənclərin daha yaxşı tanıması haqqında geniş informasiya toplamağına şərait yaratmaqdır. "Saytda Nurəngiz Günlə bağlı səsyazmalar, həyat yaradıcılığı ilə xəbərlər yer alıb. Bu saytda oxucular Nurəngiz xanımın şeirləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar".

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Nurəngiz Günü 60 ilə yaxın bir müddətdə tanıdığını bildirib. O, bu günü "Şeirimizin Nurəngiz Günü" adlandırıb: "Nurəngiz Gün çox gözəl şair idi. Bəlkə bu, onun həyatı ilə bağlı idi. Onun şeirlərindəki qəm-kədər sonralar Azərbaycanın başına gətirilən faciələrlə öz əksini tapdı. XX əsrin sonlarında Azərbaycan xalqının başına gətirilən faciələrlə Nurəngiz xanımın yaradıcılığında sanki yeni səhifə açıldı: qəm dolu, kədər dolu səhifə. Bir sözlə, Nurəngiz Günün ədəbiyyatımızda böyük yeri var idi. Onun hər zaman xatirəsini əziz tutan, yaşadan Jalə xanım əsl övlad örnəyidir".

 

Anar şair M.Məftunu "Güllərin soyqırımı" adlı kitabına görə təbrik edib.

 

Xalq şairi Fikrət Qoca Nurəngiz Günün ədəbiyyata böyük marağının olduğu şair kimi hər kəs tərəfindən sevildiyini diqqətə çatdırıb. O deyib ki, Nurəngiz xanımın özü ən gözəl şeir, ən gözəl musiqi, ən gözəl sənət əsəri idi.

 

Xalq şairi Nəriman Həsənzadə Nurəngiz Günlə yaxın dost olduqlarını bildirib: "Nurəngiz xanımla mən yaxın dost olmuşuq. Onun xatirəsi, yaradıcılığı əbədidir". N.Günə həsr etdiyi iki şeirdən birini tədbir iştirakçıları üçün oxuyan N.Həsənzadə mərhum qələm dostuna poema həsr etmiş M.Məftuna təşəkkürünü bildirib.

 

Millət vəkili Elmira Axundova Nurəngiz Günlə bağlı məqalə yazdığını söyləyib, onu hər zaman hörmətlə xatırlayacağını bildirib.

 

Millət vəkili Qənirə Paşayeva mərhum şair ilə tez-tez görüşdüyünü dilə gətirib: "Nurəngiz xanım sağlığında bir çox çətinliklərlə üz-üzə gəlib. Lakin o, heç vaxt azadlığını əldən verməyib. Nurəngiz Günü xatırlayanda 3 xarakter cizgisi yadıma düşür. O, azad, sevgi dolu, cəsarətli xanım idi. Hədsiz çətinliyin, ağrı-acının içərisində uğur qazanmağına səbəb olan, pozitiv, həyat dolu saxlayan onun daxilindəki azadlıq idi. O, cəsarəti ilə gənc şair qızlarımıza ən gözəl örnəkdir. Nurəngiz Günün 26 fevral Xocalı faciəsi ilə bağlı əsəri unudulmazdır".

 

Yazıçı Aqşin Babayev N.Günlə tanışlığını yada salıb, dostluğundan danışıb: "Nurəngiz xanımın televiziyaya gəlişinə şahid olmuşam. Sonra isə biz Mədəniyyət İncəsənət Universitetində yoldaşı olduq. Nurəngiz xanım çox fədakar, qayğıkeş insan idi. O, Nazim Hikmət Rəsul Rza yaradıcılığını, ənənələrini ən gözəl şəkildə davam etdirib, sərbəst vəzndə gözəl poeziya nümunələri yaradıb".

 

Tədqiqatçı-jurnalist Şərəf Cəlilli N.Günün yaradıcılığını geniş şəkildə şərh edib. Onu vətəninə, xalqına sonsuz sevgi ilə bağlı, türklüyü bütün cəsarətilə hər şeydən ucada tutan şair kimi səciyyələndirib.

 

Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında qeyd edib ki, N.Gün kövrək, həssas, incəqəlbli, sadə bir insan olmaqla yanaşı, həm həyat dolu şən qadın idi: "Nurəngiz xanımın adı çəkiləndə onu yaxından tanıyan hər kəsin üzündə təbəssüm yaranır. Bu sevgini, bu təbəssümü o, öz gözəl qəlbi qələmi ilə qazanmışdı".

 

Əlirza Xələfli və İslam Sadıqın çıxışlarında qeyd edilib ki, şair M.Məftunun "Güllərin soyqırımı" adlı kitabında bütövlükdə N.Günün həyatının və ədəbi yaradıcılığının müəyyən bir qismi bədii ifadəsini tapıb. Poemanın ana xəttində Nurəngiz Günün döyüşkən, mübariz ruhlu olması, üsyankarlığı poetik şəkildə verilib.

 

Yazıçı Seyran Səxavət, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri şair Səlim Babullaoğlu, tanınmış söz adamlarından Elçin İsgəndərzadə, Sayman Aruz, "Güllərin soyqırımı" kitabının müəllifi M.Məftun və başqaları çıxışlarında mərhum şairi böyük ehtiramsevgi ilə anıb, onun xatirəsini yaşatdığı üçün qızı Jalə Əliyevaya təşəkkür ediblər.

 

Nurəngiz Günün qızı, Millət vəkili Jalə Əliyeva çıxış edərək anasının xatirəsini əziz tutan hər kəsə öz təşəkkürünü bildirib. Deyib ki, Nurəngiz Gün əbədiyyətə qovuşduqdan sonra əsl həyatını - şair ömrünü yaşayır və bu həyatı ona ədəbiyyatsevərlər, sözün, ədəbiyyatın dəyərini bilənlər bəxş edirlər.

 

Sonda H.Cavadzadə çıxış edərək "Addım" Gənclər Təşkilatının təşəbbüsü ilə başladılan qiraət müsabiqəsi haqqında məlumat verib. O, Nurəngiz xanımın həm də çox gözəl qiraət ustası olduğunu nəzərə alaraq, cəmiyyətin diqqətini bu istiqamətə yönəltmək üçün belə bir layihə hazırladıqlarını deyib.

 

Yekunda müsabiqəyə təqdim edilmiş iki videoçarx (müəlliflər: Səfa MehdiLeyla Samir) nümayiş olunub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 21 sentyabr.- S.7.