“Dədə
Qorqud” kamera orkestrinin təqdimatı oldu
YARADICI KOLLEKTİV BEYNƏLXALQ
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN
HİMAYƏSİNDƏ TƏŞKİL EDİLİB
Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun himayəsində yaradılmış “Dədə
Qorqud” kamera orkestrinin təqdimat mərasimi keçirilib.
Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, beynəlxalq
təşkilatların təmsilçilərinin,
tanınmış elm və
mədəniyyət xadimlərinin,
ictimaiyyət nümayəndələrinin,
musiqisevərlərin qatıldığı
tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq
Musiqi Festivalı çərçivəsində təşkil edilib.
Tədbirdə çıxış edən
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik
etdiyi qurumun gördüyü işlərdən
danışıb. Bildirib ki,
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və
Türkiyə dövlət
başçılarının dəstəyi ilə təsis edilib. Qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq,
Fond türkdilli xalqlara
məxsus mədəniyyət,
tarixi irsin mühafizəsi və təbliği yönündə
fəaliyyət göstərməkdədir.
Hazırda Fondun dəstəyi
ilə türkdilli xalqların tarixi-mədəni
irsinin qorunması və təbliğ edilməsinə dair müxtəlif layihələr
üzrə işlər
aparılmaqdadır.
Diqqətə çatdırılıb ki,
belə layihələrdən
biri “Dədə Qorqud” kamera orkestrinin yaradılmasıdır. Türk
dünyasının ortaq
yazılı abidəsi
olan “Kitabi-Dədə
Qorqud”un baş qəhrəmanının
adını daşıyan
“Dədə Qorqud” kamera orkestri özündə türk dünyası dövlətlərinin
musiqiçilərini birləşdirir.
Sevindirici haldır ki,
bu ayın əvvəlində Qırğızıstanda
keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının VI Sammitində
üzv ölkələrin
dövlət başçılarının
imzaladıqları Bəyannamədə
bu təşəbbüs
öz əksini tapıb. Orkestrın
bədii rəhbəri
və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Orkestr türk dünyasının
zəngin mədəniyyət
və incəsənətini,
xalq yaradıcılığını,
dahi bəstəkarlarının
əsərlərini dünyada
tanıtmaq məqsədilə
fəaliyyət göstərir
və bu istiqamətdə türkdilli
xalqların musiqisini beynəlxalq platformada ifa edir.
Günay
Əfəndiyeva deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaradılmasının 100 illikləri
böyük təntənə
ilə qeyd olunur. Bir neçə gün
əvvəl seyr etdiyimiz möhtəşəm
parad bir daha iki türkdilli
dövlət arasında
mövcud dostluğun,
qardaşlığın əbədiyaşarlığını
sərgilədi.
Qeyd edilib ki, bu
il həm
də bütün türk dünyasının
birliyinə dəstək
verən, hər zaman onun inkişafına,
güclənməsinə çalışan
ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilir.
Eyni zamanda, Qırğızıstanın böyük
yazıçısı Çingiz
Aytmatovun 90 illiyi, Azərbaycanın görkəmli
bəstəkarı Qara
Qarayevin 100 illiyi silsilə tədbirlərlə
qeyd edilməkdədir.
Onların hər biri türk dünyasının
nəhəng simalarıdır
və biz hər zaman onların xatirəsini ehtiramla anırıq.
Orkestrin
Naxçıvan şəhərinin
2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı
elan edilməsi ilə əlaqədar sentyabrın 22-də Naxçıvanda
konsert proqramları ilə çıxış
edəcəyini söyləyən
Fondun prezidenti bu layihənin reallaşmasında əməyi
olan hər kəsə minnətdarlığını
bildirib. “Bu, bir
başlanğıcdır. “Dədə Qorqud” kamera orkestrinə Dədə Qorqud nüfuzunu, Dədə Qorqud yaşını, Dədə Qorqud ölməzliyini arzulayıram”,
- deyə Günay Əfəndiyeva vurğulayıb.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin adını
daşıyan musiqi festivalının əhəmiyyətindən
söz açıb. Bildirib ki, bu il artıq 10-cu dəfə təşkil olunan festivalın coğrafiyası daha da genişlənib. Festivala tanınmış musiqi kollektivləri qatılıb
və onların rəngarəng musiqi proqramları hər kəsin zövqünü
oxşamaqdadır.
“Dədə Qorqud” kamera orkestrinin yaradılmasını olduqca əlamətdar hadisə kimi dəyərləndirən V.Əliyev deyib ki, məqsəd Azərbaycan, bütövlükdə türk dünyasının mədəniyyətini, incəsənətini təbliğ etməkdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qısa zamanda çox böyük işlər gördüyünü söyləyən natiq deyib ki, Fond daim axtarışdadır. Yeni layihələrə imza atan Fond inanırıq ki, qarşıya qoyulmuş məqsədlərin reallaşması naminə çox böyük səylə çalışacaq.
Gecədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan bəstəkarlarının əsərləri səsləndirilib.
ŞAHANƏ
525-ci qəzet.-2018.-22 sentyabr.-S.6.