“Elçin. Ömrün 75-ci baharı”
Məlumdur ki, Azərbaycan
Milli Kitabxanası ölkənin bütün
kitabxanaları üçün
metodik mərkəz funksiyasını həyata
keçirərək, respublika
Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün hər il çoxlu
sayda metodik vəsaitlər hazırlayır.
Bu yaxında Kitabxana
tərəfindən, görkəmli
ədib, Xalq yazıçısı Elçin
İlyas oğlu Əfəndiyevin 75 illik yubileyi münasibətilə
“Elçin. Ömrün 75-ci baharı” adlı
metodik vəsait işıq üzü görüb.
Kitabxananın bölmə müdiri,
Beynəlxalq Nobel İnformasiya
Mərkəzinin vitse-prezidenti,
Respublika Nobel İnformasiya
Mərkəzinin sədri Bəybala Ələsgərovun tərtibçi-müəllifliyi,
Kitabxananın direktoru,
Əməkdar mədəniyyət
işçisi, professor Kərim
Tahirovun elmi redaktorluğu, ADPU-nin dekanı, dosent Elnarə Mehbalıyevanın
redaktorluğu ilə çap olunmuş kitabda ilk olaraq Ümummilli lider Heydər Əliyevin 29 may 2003-cü il
tarixli “E.İ.Əfəndiyevin
“İstiqlal” ordeni ilə təltif edilməsi haqqında” fərmanı, Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin 11 may 2013-cü il
tarixli “E.İ.Əfəndiyevin
“Şərəf” ordeni
ilə təltif edilməsi haqqında” və 11 may 2018-ci il tarixli “E.İ.Əfəndiyevin “Şöhrət”
ordeni ilə təltif edilməsi haqqında” sərəncamları
verilib.
Daha sonra Ulu öndər
Heydər Əliyev tərəfindən ədibin
60 illik yubileyi münasibətilə
“Xalq yazıçısı
Elçinə” adlı
təbriki öz əksini tapıb. Ardınca Xalq yazıçısının
illər ərzində
tənqid və ədəbiyyatşünaslıq sahəsində xalqa xidmət etməyə çalışması haqqında
qısa fikirlərini ifadə edən yazı verilib.
Millət
vəkili, akademik Nizami Cəfərovun ədib
haqqında “Ədəbiyyat
yaradıcısı, metodoloqu
və təəssübkeşi”,
tərtibçi-müəllifin “Ömrün 75-ci baharı”
adlı məqalələri
də bu nəşrdədir.
Ədibin
həyatının və
elmi, bədii, ictimai-siyasi fəaliyyətinin
əsas tarixləri xronoloji qaydada əks
olunub, tərcümə
işləri, əsərlərinin
digər dillərə
tərcüməsi, tərtibçiliyi,
redaktəsi, ön sözü ilə çap olunmuş kitablar, həmçinin, mükafatları haqqında
məlumat verilib.
“Ədəbiyyat, incəsənət,
dövlət xadimləri
və oxucuları Elçin haqqında” adlı hissədə Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev, akademik Məmməd Cəfər, akademik Həmid Araslı, professor
Mir Cəlal, Xalq yazıçısı İsa
Hüseynov, akademik Bəkir Nəbiyev, Şeyxülislam Hacı Allahşükür Paşazadə,
AMEA-nın müxbir üzvü Yaşar Qarayev, akademik Nizami Cəfərov,
professor Buludxan Xəlilov,
Türkiyənin 9-cu prezidenti
Süleyman Dəmirəl,
Qazaxıstanın Xalq
şairi Oljas Süleymenov, rus yazıçısı Boris Polevoy,
Başqırdıstanın Xalq şairi Mustay Kərim, rumın ədəbiyyatşünası
Dmitri Balan, ictimai xadim, keçmiş İstanbul Böyükşəhər
Bələdiyyəsi başqanı
Bədrəddin Dalan, tənqidçi Elnarə Akimova, İstanbul Kultur Universitetinin rektoru Prof. Dursun Koçer, Türkiyə Respublikasının Mədəniyyət
və Turizm naziri Ərtuğrul Günay, ədəbiyyatşünas-tənqidçi,
professor Yevgeni Sidorov,
“Belçika-Azərbaycan Evi”nin
yaradıcısı və
rəhbəri Bülənt
Gürcam, türk alimi, professor Metin Turan, alman türkoloqu
Henrix Fişer, ordu generalı, Türkiyə Silahlı qüvvələri Baş
qərargahının sabiq
rəisi İsmayıl
Haqqı Qaradayı, rus tənqidçisi
Svetlana Aliyeva, rus tənqidçisi Alla Marçenko, ingilis ədəbiyyatşünası, tərcüməçi İan
Piertdi və digər tanınmış
şəxsiyyətlərin yazıçı haqqında
fikirləri yer alıb.
“Elçin yaradıcılığının
mədəni-maarif müəssisələrində
təbliği” adlı
metodik tövsiyə hissəsində Xalq yazıçısı Elçinin
anadan olmasının
75 illik yubileyi münasibətilə mədəni-maarif
müəssisələrinin, o cümlədən, kitabxanaların,
mədəniyyət evlərinin,
klubların, dram teatrlarının
və digər müəssisələrin qarşısında
mühüm vəzifələr
durduğu qeyd edilir, geniş
oxucu kütlələrini,
ictimaiyyəti onun həyat və yaradıcılığı ilə
tanış etmək üçün müxtəlif
kütləvi tədbirlərdən,
o cümlədən, yaradıcılıq
gecələrindən, görüşlərdən,
oxucu konfranslarından,
ilboyu davam edən kitab sərgilərindən, əyani
və şifahi təbliğat formalarından,
fotostendlərdən, məruzələrdən,
söhbətlərdən, sual-cavablardan,
biblioqrafik xülasələrdən,
teatr tamaşalarından,
kinofilmlərdən və
s. bu kimi ənənəvi formalardan
səmərəli şəkildə
istifadə etmək tövsiyə olunur.
Oxucu konfranslarının
keçirilməsi qaydası,
bununla bağlı kitab sərgisinin tərtibi qaydası verilmiş, yazıçı
haqqında olan ədəbiyyatın qısa
siyahısı sərgi
üçün nümumə
olaraq göstərilmişdir. Həmçinin, Elçinin əsərləri,
onun haqqında olan materialların mövzu kartotekası şəklində hazırlanıb
oxucuların istifadəsinə
verilməsi, ədibin
yaradıcılığının geniş kütləyə
çatdırılmasında yeni forma olan sitat sərgisindən istifadə edilməsi tövsiyə edilib.
Bundan başqa, sual-cavab formasından istifadə edilməsi məsləhət görülərək, bir neçə nümunə verilib. Digər təbliğat forması kimi yaradıcılıq gecələrinin təşkilinin vacibliyi vurğulanıb, onların təşkili zamanı nəzərə alına bilən təkliflər qeyd olunub. Yubileylə əlaqədar olaraq kino işçilərinin Elçinin ssenariləri əsasında çəkilmiş kinofilmlərinin nümayiş etdirilməsi, həmçinin, kitabxanalarda, klublarda, mədəniyyət evlərində yubiley münasibətilə il ərzində davam edən filmlərdən fotosərgilərin təşkili, fotosərgiyə şəkillərdən əlavə bu filmlər haqqında dövri mətbuatda çap olunmuş müxtəlif materialların da əlavə olunması, dram teatrlarında il ərzindəki tamaşalardan çəkilmiş fotoların sərgisinin nümayiş etdirilməsi tövsiyə kimi verilib.
Bu hissəyə əlavə olaraq siyahı şəklində tamaşaya qoyulmuş əsərləri xronoloji qaydada sıralanıb. Teatrın adı, bədii rəhbəri, səhnələşdirən, layihə rəhbəri, kostyum dizayneri, səhnə meneceri, tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı, dekorasiya rəssamı, geyim rəssamı, musiqi tərtibatçısı, xoreoqrafı, bəstəkarı, piar marketinqi, fotoqrafı və digər məlumatları əks etdirir.
Sonda, ədəbiyyat siyahısında isə ədibin son illər işıq üzü görmüş kitabları, məqalələri, haqqında kitablar və yaradıcılığı mövzusunda müdafiə edilmiş dissertasiyaların biblioqrafik təsvirləri öz əksini tapıb.
Dissertasiyalar əsasən Elçinin bədii nəsri, dramaturgiyası əsasında, həmçinin, əsərlərinin ekran təcəssümü, dramlarının dili və üslubu, Elçin nəsrində folklorizm, Elçin və teatr mövzularında yazılmış sanballı tədqiqatlardır.
Kitabxanaların elmi-maarifçilik fəaliyyətinin onların işində vacib yer tutduğunu nəzərə alaraq, istiqamətverici bu metodik vəsait müxtəlif təbliğat xarakterli tədbirlərin reallaşdırılmasını tövsiyə edərək ədibin yaradıcılığına gənc oxucuların diqqətini çəkməyə imkan verir.
Aygün HACIYEVA
Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, AMEA-nın doktorantı
525-ci qəzet 2018.- 22 sentyabr.- S.12.