Niderlandda azərbaycanlı rəssamların
sərgisi açıldı
Azərbaycanın Niderland Krallığındakı
səfirliyində bu ölkədə yaşayan
həmvətənlərimiz Vəfa Rüstəmova və Rasim Hüseynovun
rəsm əsərlərindən
ibarət sərgi təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki,
sərgi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının (AXC) 100-cü ildönümünə həsr
olunub.
Səfirliyin təşkilatçılığı ilə keçirilən tədbirdə müvəqqəti
işlər vəkili
Cəlal Mirzəyev
AXC-nin Azərbaycan dövlətçiliyinin bərqərar
olmasında əhəmiyyətindən
danışıb, Azərbaycan
Prezidenti İlham Əliyevin apardığı
məqsədyönlü və
uğurlu siyasət haqqında ətraflı məlumat verib. O, bu kimi tədbirlərin təşkilinin ölkəmizin
incəsənət və
mədəniyyət sahəsində
nailiyyətlərinin təbliğ
olunmasındakı müstəsna
rolunu qeyd edib.
Tədbirdə əsərləri nümayiş
olunan rəssamlar çıxış edərək
Azərbaycan mədəniyyətinin
xaricdə təbliğində
səfirliyin onlara göstərdiyi dəstəyə
görə təşəkkürlərini
bildiriblər.
Sərgidə qonaqlar Azərbaycan mədəniyyəti və
incəsənətinə heyranlıqlarını
ifadə ediblər.
Qeyd edək
ki, sərgi sentyabrın 28-dək davam
edəcək.
525-ci qəzet 2018.- 25 sentyabr.- S.7.