"Kitabonun gələcəyi" müzakirə olunur

 

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitab, mütaliə, kitab nəşri kitabyayımı məsələləri daima diqqət mərkəzindədir. Bu məqsədlə 2018-ci ilin avqust ayından başlayaraq kitabxananın oxucuları istifadəçiləri arasında sosioloji sorğu keçirilir, fikir mübadiləsi aparılır.

 

Kitabxanadan bildirilib ki, qurumun növbəti önəmli addımlarından biri kitab mütaliə problemlərinin müzakirəsi üçün "Kitab onun gələcəyi" adlı tribunanın təşkilidir. Tribunada alimlər, yazıçı şairlər, ictimaiyyət nümayəndələri, ziyalılar, fəal oxucu istifadəçilər çıxış edəcəklər. Burada müsahibələr diskussiyalar, "dəyirmi masa"lar, söhbətlər təşkil olunacaq.

 

Kitabxanada ilk söhbət Azərbaycan Yazıçılar Birliyinin üzvi, "Ulduz" jurnalının publisistika şöbəsinin redaktoru, yazıçı-publisist Hicran Hüseynova ilə olub.

 

Kitabxana ilə tanış olan yazıçı ona verilən sualları cavablandırıb, kitab mütaliənin aktual problemlərinə xüsusi diqqət yetirərək maraqlı məlumatlar verib. Müsahibənin mətni kitabxananın veb-saytında yerləşdirilib.

 

Layihənin ideya müəllifi rəhbəri, Yasamal rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru, "İnformasiya hamı üçün" UNESCO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovadır. Əlaqələndirici isə Leyla Abdulrəhimovadır.

 

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında "Kitabxanaya kitab hədiyyə edirik" adlı sosial aksiya da uğurla davam edir.

 

Baş İdarədən bildirilib ki, aksiyada alimlər, yazıçılar, şairlər, ictimaiyyət nümayəndələri, oxucular, paytaxt sakinləri şəhərimizin qonaqları, bir sözlə, cəmiyyətdə kitabın taleyinə biganə olmayan ziyalılar fəal iştirak edirlər.

 

Aksiyanın əsas məqsədi kitabxana fondlarını müasir, maraqlı yüksək tələbat olan ədəbiyyat, dərsliklər, uşaq yeniyetmələr üçün milli xarici klassik ədəbiyyatla müasir dövrün şair yazıçıların əsərləri ilə zənginləşdirməkdir. Aksiya böyük maraqla qarşılanıb, oxucuların bütün kateqoriyalarının kitabxanaya cəlb olunmasına, mütaliənin inkişafına, kitablara marağın artmasına səbəb olub.

 

Aksiyaya bu günədək 24 ziyalı kitabsevər qatılıb onlar kitabxanaya 534 kitab hədiyyə edib. Hədiyyə olunan kitabların əksəriyyəti oxucuların marağına səbəb olan, kitabxanada olmayan yeni nəşirlər, habelə onilliklər öncə işıq üzü görən, lakin son illərdə yenidən nəşr olunmamış kitab, dərslik, lüğət, məlumat kitabları s. ədəbiyyatdır.

 

Aksiyada iştirak edənlər haqqında məlumat MKS-in veb-saytında yerləşdirilib.

 

Aksiya oktyabrda yekunlaşacaq. Fəal iştirakçılara "İnformasiya hamı üçün" UNESCO Proqramının Azərbaycan komitəsi tərəfindən təşəkkür məktubları təqdim ediləcək.

 

Xatırladaq ki, aksiyanın ideya müəllifi və rəhbəri Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır. Layihənin əlaqələndiriciləri şöbə müdirləri Yeganə Qafarova, Sevil Namazova, Kifayət Hüseynova və Samirə Şirinovadır.

 

ŞAHANƏ

 

525-ci qəzet  2018.- 26 sentyabr.- S.7.