Beynəlmiləl Yazıçılar
İttifaqı azərbaycanlı nasiri
mükafatlandırdı
Beynəlmiləl
Yazıçılar İttifaqının Şərqi Avropa,
MDB ölkələri və Rusiya bürosu Azərbaycan
yazıçısı Varis Yolçuyevi müasir ədəbiyyatın
inkişafına verdiyi yaradıcı töhfələrə
görə fəxri diplomla təltif edib.
Fəxri
diplomu qurumun rəhbəri, tanınmış Rusiya yazıçısı
Sergey Lukyanenko imzalayıb.
Yazıçımızın
ən böyük uğuru Avrasiya materikinin ədəbiyyat
üzrə 3-cü "LiFFt" festivallar festivalının
qızıl mükafatını qazanmasıdır. Onun
"Qızıl LiFFt" seriyasından çıxan
"Metamorfoz" kitabı ötənilki festivalın qalibi,
dünya şöhrətli Oljas Süleymenovun "Asiya
tonqalları" kitabı ilə birgə bu günlərdə
geniş oxucu kütləsinin ixtiyarına verilib.
Qeyd
edək ki, bu il nüfuzlu "LiFFt" festivallar
festivalını Azərbaycan yazıçısı
qazandığı üçün növbəti ildə
festival ölkəmizdə keçiriləcək. Gələn
ilin sentyabrda keçirilməsi nəzərdə tutulan
festivala 50 ölkədən 200 tanınmış
yazıçının qatılacağı gözlənilir.
ŞAHANƏ
525-ci qəzet 2018.- 27 sentyabr.- S.7.