Milli Kitabxananın 95 illiyi elmi-praktik konfransla qeyd olundu

 

Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmiş "Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası inkişafın istiqaməti kimi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

AZƏRTAC xəbər verir ki, kitabxanada reallaşan konfransa bir sıra ölkələrin milli kitabxanalarının təmsilçiləri qatılıblar.

 

Konfransı giriş nitqi ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirin əhəmiyyətindən, rəhbərlik etdiyi qurumun keçdiyi inkişaf yolundan söz açıb. Prezident İlham Əliyevin Milli Kitabxananın inkişafına göstərdiyi diqqət qayğıdan danışan direktor, rəhbəri olduğu qurumun kollektivi adından ölkə başçısına təşəkkür edib.

 

Konfrans iştirakçılarını salamlayan mədəniyyət naziri Əbülfəs Qarayev Mili Kitabxanada təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, Milli Kitabxanada reallaşan tədbirlər hər zaman ictimaiyyətdə müsbət əks-səda doğurur. Konfransın mövzusuna diqqət çəkən Əbülfəs Qarayev deyib ki, bu gün kitab dünyası böyük sınaq dövrünü yaşayır. Müasir dövrdə kitab kitabxana sisteminin inkişafında innovativ tətbiqin vacibliyini qeyd edən nazir, bu yöndə dünyanın aparıcı kitabxanalarının qarışlıqlı əməkdaşlıq təcrübə mübadilələrinin önəmini xüsusi vurğulayıb. Nazir bildirib ki, Milli Kitabxana - kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən, xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən dövlət kitabsaxlayıcısıdır.

 

"Bu gün ölkəmizdə fəaliyyət göstərən kitabxanalardakı kitabların sayı milyonlarladır. Milli Kitabxanada da beş milyondan artıq kitab saxlanılır. Bir il ərzində 3 milyonadək insan kitabxananın saytına baxıb. Milli Kitabxananın funksiyası fərqlidir. Bu gün kitabxananın inkişafı üçün hər şeydən öncə müasir standartlara cavab verən mübadilə proqramı olmalıdır. Milli Kitabxana bu baxımından özünün inkişaf dövrünü yaşayır. Bu kitabxanada ALISA proqramı tətbiq olunur. Kitabxana işində ən başlıca meyarlardan biri biblioqrafik fəaliyyətdir. Milli Kitabxana bu istiqamətdə işini olduqca yaxşı qurub. Milli Kitabxana ölkəmizin bilik xəzinəsidir. Kitabxananın əməkdaşları da bu illər ərzində böyük işlər görüblər. Mədəniyyətimizin dünyadakı təbliğində onların da xidmətlərini qeyd etməliyik. Mən 95 illik münasibətilə bütün kitabsevərləri Milli Kitabxananın bütün əməkdaşlarını təbrik edirəm", - deyə Əbülfəs Qarayev vurğulayıb.

 

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə möhtəşəm konfransın Milli Kitabxananın 95 illiyinə həsr edilməsi olduqca əlamətdardır. Kitab kitabxananın insanın bilik mənəviyyatının zənginləşməsindəki rolundan bəhs edən G.Əfəndiyeva Milli Kitabxananın fəaliyyətini yüksək dəyərləndirib: "Milli Kitabxana aktiv fəaliyyəti ilə hər zaman müxtəlif ölkələrdə təşkil edilən sərgilərdə ölkəmizi onun mədəniyyətini layiqli təbliğ edir. Eyni zamanda, türk mədəniyyətini ölkəmizdə təbliğ edir. Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu olaraq Milli Kitabxana ilə çox gözəl əməkdaşlıq əlaqələrimiz var". G.Əfəndiyeva deyib ki, Fondun həyata keçirdiyi layihələr müxtəlif istiqamətliləri əhatə edir. Dahi şəxsiyyətlərin əlamətdar hadisələrin yaşadılması ilə bağlı kitablar nəşr edirik. Qədim eposlarla "Kitabi-Dədə Qorqud", "Koroğlu" "Manas"la bağlı müəyyən tədqiqatlar aparılır bu ilin sonunadək nəfis tərtibatlı kitabların ərsəyə gəlməsi nəzərdə tutulur. Böyük İpək Yolu, türk dünyası müxtəlif dünya sivilizasiyası ilə bağlı müxtəlif mübadilə proqramları həyata keçiririk. Bilirsiniz ki, Azərbaycan neçə illərdir işğala məruz qalıb. Torpaqlarımız işğal olunub. Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birlikdə böyük bir layihə hazırlayır. Bu layihə işğal olunmuş ərazilərimizdə tarixi abidlərə vurulan zərərləri əhatə edir. Bununla bağlı birinci kitab çap edilib, ikinci kitab da çox güman ki, ilin sonuna qədər hazır olacaq".

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Milli Kitabxananın fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verib, problemlər qazanılan uğurlardan danışıb. Milli Kitabxananın Mədəniyyət Nazirliyinin ən mühüm elmi-ideoloji, mədəni mərkəzlərdən biri olduğunu deyən İsa Həbibbəyli bildirib ki, kitabxana ölkəmizdə xaricdə özünün aydın strateji xətti ilə, kitab işinin təşkili baxımdan ölkəmizə yalnız başucalığı gətirib. Milli Kitabxana Azərbaycan dövlətçiliyi, müasir siyasəti, elmi mədəni həyatı ilə bağlı ən mötəbər tədbirlərin keçirildiyi mərkəzlərdən biridir: "Milli Kitabxana hər şeydən əvvəl ölkəmizdə kitabxana işinin modelini təqdim edir. Ölkəmizin kitabxana şəbəkəsi öz işini bu kitabxana əsasında qurur, həm yaş etibarı, həm apardığı etibari ilə Azərbaycandakı kitabxana işinin ön sırasındadır. Bura həm ölkəmizin əsas elmi mərkəzlərindən biridir. Kitabxananın nəşr etdiyi biblioqrafiyalar ölkəmizdə müxtəlif təşkilatlarda, elmi qurumlarda, ali məktəblərdə çap olunan biblioqrafiyaların ən müasir modelini özündə əks etdirir. Bunlar ciddi elmi nəşrlərdir, ölkəmiz üçün çox mühüm mənbələrdir. Bu nəşrlər AMEA-da ciddi elmi nəşrlər kimi qəbul olunur", - deyə akademik qeyd edib.

 

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov digər natiqlər çıxış edərək konfransın əhəmiyyətindən, Milli Kitabxanada görülən işlərdən, kitabın cəmiyyətə faydasından bəhs ediblər.

 

Konfrans qarışlıqlı maraq doğuran mövzuların müzakirəsi ilə davam edib.

 

525-ci qəzet  2018.- 28 sentyabr.- S.7.