AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR
Müsəlman
Şərqində ilk demokratik respublikanın elan edilməsinin
100 ilinin 23 ayı müstəqillik, 71 ili
istila-fasilə dövrüdür. Vətəni
tərk edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
MİLLİYYƏT
MƏBDƏİNİN (PRİNSİPİNİN) AVROPADA
QƏLƏBƏSİ
Azəri
Gənclər Birligi yığıncağında M.Ə.Rəsulzadənin
mühazirəsi
V
Cahan Hərbinin
Təsiri
Buraya qədər söylədiklərimizə məmul
(gözlənilən) xatiməyi əlavə etmədən əvvəl
cahan hərbinin milliyyət məsələsi üzərindəki
təsirini qeyd edəlim.
Hərbi-Ümumi
milli vəhdətlərini (birliklərini) təkmil ilə
cahanı kəndi nüfuz və istilaları altına almaq istəyən
Avropa millətlərinin iqtisadi və siyasi mübarizə-sindən
çıxmış, heyəti-ümumiyyəsi ilə 2
böyük və dəhşətli dövlətlər
zümrəsi təşkil edən bu qüvvətlərin
toquşmasından doğan hadisələr, əskidən bəri
hürriyyət və istiqlal kəsbinə amədə məhkum
millətlərə xilas gününün yaxınlaşmaq
üzrə olduğu haqqında böyük ümidlər
vermişdi. Hərbi-Ümumiyə girən
dövlətlərin nihayi zəfəri yalnız bizzat haiz
olduqları maddi və mənəvi qüvvətlərindən
degil, bir qədər də idarə və əsarətləri
altında bulundurduqları məhkum dövlətlərin
şu və bu yolda vəziyyət almalarından asılı
idi. Bu zərurəti hiss edən dövlətlər məfkurəvi
mübarizələrinə milliyyət düsturlarını vəz
eyləmiş və bu düsturdan əzəmi surətdə
istifadə etmək üçün tərəfeyn
bütün məharətini sərf etmişdi. Daha
hərb başlar-başlamaz, tərəfeyndən hansı ki
qalib gəlirsə-gəlsin, məsələ Lehistanın kəsbi-hürriyyət
və istiqlal edəcəginə bir qənaət gəlmişdi.
Çünki bu prinsip həm ittifaq həm etilaf
zümrəsinə mənsub dövlətlər tərəfindən
müsbət bir surətdə elan edilib verilmişdi. Çar Rusiyası belə elani-hərbi mütəaqib
Lehistana muxtariyyəti-idarə veriləcəgi elan ediliyordu.
Məşhur sözdür, deyərlər ki,
Almaniyayı yıxan qüvvət Verden müdafiələrindən
ziyadə Vilsonun məşhur prinsipləri olmuşdur.
Vilson prinsipləri miyanında yer bulan milliyyət məsələsinin
surəti həllinə aid olan maddə, Amerika Rəisi
Cümhuri tərəfindən düşünülməmiş,
biləks Avropa əfkari-ümumiyyəsində bilxassə yer
etmiş bulunan ümdə Vilson prinsiplərinə bir aynaya əks
edər kibi əks etmişdi. 14 maddəsi ilə adəta yeni
zaman peyğəmbəri şan və şöhrəti ilə
bir zaman kürreyi-ərz üzərindəki bağrı
yanıq bütün millətlərin ümidgahını təşkil
edən Vilson, bütün bir hörmət və təzimatı
zamanın ən böyük həqiqətini təşkil edən
bir şüarı, Amerika dövləti kibi əzim bir
dövlətin məsul adamı sifətilə elan etməsinə
mədyundu (minnətdardır).
Hərb bitdi. Versal sülhü əqd edildi. Millətlər Cəmiyyəti təşəkkül
etdi. Gözü-müzün önündəki
tətbiqat ilə Vilson prinsiplərindəki nəzəriyyat
arasında fərq çoxdur. Bu fərqi ən
əvvəl qeyd edən Vilsonun kəndi məmləkəti
oldu. Amerika, Versal sülhü ilə səlaha degil, yeni fəsada
atılan Avropa işlərinə qarışmaq istəmədi,
nə Versal sülhünü təsdiq etdi, nə də Millətlər
Cəmiyyətinə girdi.
Versal sülhünü nə qədər tənqid etsək,
Millətlər Cəmiyyətini nə qədər naqis bulsaq
da, Avropa hərbinin nəticəsində, Avropada milliyyət məsələsinin
şu və ya bu şəkildə olsun həll edilmiş
olduğunu təqdir etməliyiz. Avropa hərbi
Avropadakı qeyri milli dövlətlərin, müxtəlif millətlərdən
təşəkkül imperatorluqların zəvalı ilə nəticə-pəzir
oldu. Avstriya parçalandı, deyəlim
ki, məğlub oldu. Rusiya da
parçalandı. Onu da növ ümuma məğlub
görəlim. Məsələyi bununla
izah edəlim. Almaniyaya nə dersiniz?!
Qaliblərin bütün qeyz və kini, ən müdhiş və
mühlik zərbələri ona mütəvəcceh ikən və
zəfər səmərələrini iqtitaf (faydalanmaq)
üçün də başçılıq edən
fransız şovinistlərinin bütün himməti onu
parçalamağa məsruf ikən, Almaniya
parçalanmadı, biləks Avstriyanın Almaniya ilə birləşməsi
pək möhtəməl!..
Müharibədən əvvəlki Avropa xəritəsi
ilə sonrakı Avropa xəritəsinə diqqət edilirsə,
mövcud bəzi haqsızlıqlarla bərabər, milliyyət
məsləsinin bu qitədə surəti ümumiyyədə
həll edilmiş olduğu görülür.
Rəsulzadə
Məhəmməd Əmin
“Yeni
Qafqasiya”, 1 nisan (aprel) 1927, ¹13
İNQİLAB
NƏĞMƏLƏRİ, YAXUD HƏBSXANA
ŞEİRLƏRİ
Təkrara
lüzum yoxdur ki, Azərbaycan gəncligi 28 Mayıs
“İstiqlal Bəyannaməsi”nin elan
günündən və bilxassə bu istiqlalın
düçar olduğu məşum (uğursuz) fasilədən
etibarən hər gün daha ziyadə bir əzim və fədakarlıqla
mücadiləyə girişmişdir.
Digər millətlərdə olduğu kibi Azərbaycanda
da qanlı istiqlal yoluna girən gənclikdə böyük
bir inqilab ruhu tərbiyə olunuyor. Bu ruhun nə kibi əlamət
və təzahürata malik olduğunu göstərən vəsiqə
və vaqeələr ara-sıra “Yeni Qafqasiya” səhifələrinə
keçiyor. Fəqət bu səhifələrdə
səbt (qeyd) edə bildigimiz “sətirlər” hər halda həqiqi
həyatı təsvir edə bilməkdən çox
uzaqdır. Qanlı “Çeka” idarəsinin
qaranlıq vəhşəti altında cərəyan edən
mücadilə, bütün səfahət və ənənatı
ilə yalnız bu zülmət pərdəsinin əbədiyyən
Azərbaycan üfüqlərindən
qaldırılacağı zaman həqqiylə təsvir edilə
bilir.
Məəmafih cahan tarixində digər misli
görülməyən bir zülüm və vəhşət
idarəsindən, bir fürsət bularaq bizə qədər gələn
mütəfərriq (dağınıq) məlumat dəxi
milliyyət və istiqlal namına cərəyan edən
şanlı mücadilənin nə kibi bir ruh və iman ilə
məşbu olduğunu göstərməkdədir.
Məmləkətdən aldığımız bir məktub
içərisində bizə bəzi şeir parçaları
göndər-miş, dərcini rica etmişlərdir. Məktubun bu şeir
parçalarına təəllüq edən (aid olan) qismində
deyiliyor ki:
“Bugünki istiqlal mübarizələri bulunan Azəri gəncliginin
ruhu və həyəcanı haqqında bir fikir verdirə bilmək
ümidi ilə həbslər əsnasında “Çeka”da
bulunduğumuz sıralarda, yazılan bir qaç şeir
parçalarını sizə göndəriyoram. Göndərdigim
parçalar içərisində qəvaidi-ədəbiyyə
nöqteyi-nəzərindən pozuqları çox isə də,
bəncə bunlar şeir degil, istila idarəsinə
qarşı hərimi (qayəsi) səmimiyyətən qopan birər
fəryaddan ibarətdir və əsil qiymətləri də
bundadır. Azərbaycanımızın
istiqlaliyyəti uğrunda istilaçı rus bolşeviklərinə
qarşı davam etdirdigimiz mücadilədən doğan bu ədəbiyyatın
gələcəkdə mükəmməlləşərək
ədəbiyyat tariximizin səhifələrini təzyin edəcəginə
(zinətləndirəcəginə) heç şübhə
edilməsin. Vaxtilə 15-ci Lüdoviqə qədər
fransız ədəbiyyatının bəzəyi olan,
Almaniyada alman istixlas cəmiyyəti tərəfindən
fransız istilaçılara qarşı yürüdülən
mücadilədən doğan, Lehistanın (Polşanın)
ruslarla çarpışmasından qopan inqilab ədəbiyyatı,
eyni tarixi soiqlərlə (keyfiyyətlərlə), Azərbaycan
ədəbiyyatı tarixini də hissəsiz buraxamazdı”...
İşbu məktuba məlfuf (qoyulmuş) parça
içərisində “qəvaidi ədəbiyyə”yə
uyğun olanları da olmayanları da vardır. Nitəkim ruh
və ifadə etibarı ilə həzin təsiri ifadə edən
növhə ilə bərabər, intiqam atəşi ilə
coşan həmasətnamələr (cəsarət, igidlik,
şücaətnamələr) də vardır. Bunlardan
bir qaç parçasını, nümunə olmaq üzrə
aşağıda dərc ediyoruz:
İşdə
məmləkətin əsarət zəncirində əzildigini
görüb də qəlbi yanan həssas və lirik bir
şair ki, “əllərinin bağlılığından”
şikayətlə “elləri çağırıyor”:
Ay ellər
Hanı
yaz mövsümü gülüm, çiçəgim,
Tez
düşdü yurduma xəzan, ay ellər!
Bən
yaza bilmədim əllərim bağlı,
Yoxmu bir dərdimi
yazan, ay ellər!
Təəssür
(qəm, kədər) və təəllümdən (heyifsilənmədən)
ağlayan şair “Neylim” deyə dərdini anlatıyor və
ağlamaqda haqlı olduğunu isbat etmək istiyor:
Dedilər
cavanlıq göz yaşı sevməz,
Biçarə
gönlümün dərdi var neylim!
Çıxmaq
istərkən nuri-dildarə
Quldurlar əsamı
çaldılar neylim!
Dərdim
çox böyükdür etməyin sual,
İllərcə
yürüdüm, yollarım qumsal,
Buldum
sevgilimi, gəldilər dərhal
Cananı əlimdən aldılar neylim.
Qəlbimə
söylədim üsyan et, bağır,
Bulunmayan haqqı imdada çağır.
Baxtım
ki haqqın da vicdanı ağır
Bu insanlar kibi ruhu kar neylim.
Barı sən
gəl dedim, dinləyib bir az,
Ey vəfalı qələm dərdimi gəl yaz.
Gəldi bir çirkin əl, söylədi olmaz.
Dinləyənlər
bəni gec duyar, neylim!
Söylə
Allah üçün budamı bir haq!
Dərdli
bir qəlb üçün ağlamaq yasaq!
Bu
cansız ölkədə canandan iraq!
Hıçqırıqlar
bəni boğar, neylim!
“Çeka”nın hökmran olduğu məmləkətdə
ağlamaq da yasaqdır, yazmaq da. Buraya nəql
etdigimiz yazıların belə sahibləri kəşf edilirsə
cəzaları mühəqqəq ölüm olmasa da, həbs
və ya sürgündür.
Bakı “Çeka”sındakı məhbuslardan birisi
“Neçün yazmıyorsan?” sualı ilə kəndisinə
xitab edən məchul digər birisinə cavab olmaq üzrə
“Yazma!” ünvanı ilə bir şeir yazmışdır. O parçayı burada nəql
ediyoruz:
Yazma!
Görüyorum,
qanlı qaranlıqların
Ölümdən
yapdığı qorxunc bir varlıq
Zülmə
baş əgdirən alçaqlıqların
Elləri
gömdügü dərin məzarlıq,
Qumlarında
öksüz qanları sızar,
Bənligimi
gömmək üçün məzarçı
Qazmada
toprağa bir yeni məzar...
Hayqırmaq
istədim: “Məzarçı qazma,
Qazma
yaşıyoram ölməmişəm, bən!
Qəlbim,
qanım sıcaqdır səninkindən
Ümidim
böyükdür, gömülməz, qazma!
Kiçikdir
bənimçin aldığın ölçün,
Nafilə yorulma... göy yerə sığmaz!”
Ancaq...
Susdurur səsimi
qaranlıqların
Qan
köpürən öksürüklü nəfəsi...
Canlıdır
afaqı bir bayquş səsi
Acı
çığrıltıyla bağırır “Yazma!..”
Digər
bir məhbus da “Yazma” şairinə şöylə müqabilədə
bulunuyor:
Yaz!
Üfüqdə
duyulan bayquşun səsi
Qulaqlar
çinlədər, ruhlar xırpalar
Qaranlığın
qan donduran nəfəsi
Bəzən bizi belə qorxuya salar.
Əvət,
söylədigin alçaq qatillər
Hər
yerə soxular, hər yeri gəzər,
Dedigin qan
tökən insafsız əllər
Yıxar,
yaxar, boğar, yıxtırar, əzər
Bilki hər
şey yapar, fəqət o şeytan
Bir cənnət
var, orda bir şey yapamaz,
O cənnət
ideal, varlığı iman
İman
olan yerdə şeytan yaşamaz!
Od
oğullarında ulu iman var
İmanla
şənlənən yaşıl baxçalar
İçinə
şeytanlar ayaq basamaz!
Duymaqçün
baxçada bülbül səsini
Dinlərkən
bayquşun mənhus nəfəsini
Bütün
varlığımla söylüyoram: Yaz!..
İştə
“Qartal” namı müstəar (alınma) ləqəblə yazan
digər bir məhbus da “Qanlı bəşərə” meydan
oxuyor:
Bəsdi,
yandırma bəni zülm ilə ey qanlı bəşər,
Bənə
qəlbimdəki kin atəşi əlbəttə yetər!
Çox
qıcırdatma saqın leş dağıdan dişlərini!
Çək
də o, qan qurumuş kirli olan əllərini,
Çək
dedim xırpalama bəsdi yetər ki bu qədər
Dağıdıb
parçaladın, köksümü alçaq canavar,
Yaramazsan
bənim iman yatağı qəlbimə sən
Bəlkə bən məhv olaram sarsılmaz vicdanım.
Bunu əmr
etdi bana, hörmətli yasam - “Quranım”
O
böyük Türk elinin oğlu ölər, yeltənməz!
Çeynənir
kəndisi, vicdanı onun çeynənməz!
Vicdanlarının degil, vücudlarının çeynəndigini
tərcih edən bu gənclər şəhid düşən
arkadaşlarına qibtə ediyorlar. İştə istiqlal yolunda şəhid
düşən arkadaşı “Seymur”a yazdığı mərsiyəyi
“Bay” namı müsəarı ilə imza edən bir gənc
atidəki qitə ilə bitiriyor:
Məzarın
başında istiqlal günü
Yapılacaq
azadlığın dügünü
Dilərəm
Tanrıdan bən də o günü
Olaydım
yanında həp yatan Seymur!..
Üslub
və ifadələrindən yeni üsuli-tədris və məktəbin
məhsulu olduqları aşikar olan bu gənclər kibi, əski
klassiq şeir və tərbiyənin təhti-təsirində
bulunan “ixtiyar” məhbuslar da vardır ki, həyəcanlarında
fəlakət arkadaşları gənclərdən heç də
geri degildirlər. İştə bu mücərrəb
(sınanmış) mücahid tipini göstərən bir əsər:
İllərilə
“Çeka”da qalsam əgər ar degil,
“Çeka” ərbabına yalvarmağa razı degiləm.
Nə qədər
cövrü-cəfa etsə də minnətdi bana,
Fikrim üstə əziləm, gər sögüləm,
həm dögüləm.
Zalimin
zülmü nə qədr olsa da bən tab edərəm,
Etməsin zənni ki, bir zərrə yolumdan çəkiləm.
Degiləm mumi ki, hər əldə oyuncaq olum.
Bir qədər
sıxmaq ilə sağa-sola bən əgiləm,
Çəligəm
bən, bunu inkar edəməz bir kimsə
Degiləm şişə ki bir zərbə ilə bən
əziləm.
Aç
gözün, yaxşı tanı, ey vətənin cəlladı,
Degiləm köhnə xaraba ki əlinlə söküləm.
Bənim ol müshəfi-natiq ki bükülməz vərəqim.
Tanı
Türk oğlunu, ey qatili-millət Bağırov,
Olmaram sən kibi tarixdə daim söyüləm.
İştə
28 Mayıs Bəyannaməsində mündəric böyük
istiqlal şairinin qüdsiyyət və ülviyyəti yolunda
amansız ölümə varıncaya qədər hər
dürlü işkəncə, iztirab və məhrumiyyətləri
sevə-sevə qəbul edən fədakar mücahidlər ki,
məfkurənin yalnız əiz və müqəddəs
qurbanları olmaqla qalmıyor, eyni zamanda, böyük
cidalın ədəbiyyatını da yapıyorlar!
Böylə
fədakar və idealist bir nəsil yetişdirən Azərbaycanın
təkrar müqəddəs istiqlalına
qovuşacağını kim inkar edər?!.
Yaşasın
istiqlalçı Azərbaycan Türk gəncliyi!
Yaşasın İstiqlal!..
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya”, 28 Mayıs 1927, ¹17
Müshəf
- Quranın adlarından biri
ÜÇÜNCÜ
İL BAŞINDA
Mücadiləmizin 3-cü ilinə giriyoruz. Önümüzdəki
yeni ildə yapacağımız nəşriy-yatın
ümumi proğramı 2 ildən bəri təqib etdigimiz
proğramın eynidir.
Bu
proğramı burada xülasətən təkrar edəcək
olursaq atidəki maddələri oxuruz:
1 - “Yeni
Qafqasiya” milliyyətçi, radikal və demokratdır.
2 - “Yeni
Qafqasiya” türkçüdür: türklərin harsi təarüflərini
(tanışlığını), mədəni
irtibatlarını, mənəvi vəhdət və
istiqlallarını istihdaf edər.
3 - “Yeni
Qafqasiya” Türk davasının Azəri cəbhəsini
müdafiəyə mükəlləf Azərbaycan
istiqlalçılarının mürəvvici-əfkarıdır.
4 - “Yeni
Qafqasiya” Qafqasiya millətlərinin Rusiya əsarətindən
qurtulmasını və müstəqbəl Rusiya istilasına
qarşı müvəffəqiyyətlə durmasını təmin
üçün Qafqasiyanın konfederasyon şəklində
birləşməsi tərəfdarıdır.
5 - “Yeni
Qafqasiya” yalnız azərbaycançılıq,
türkçülük və qafqasiyaçılıqla
qalmaz, o, Şərqdəki milli istiqlal hərəkatını
da, tərviç etdigi əfkari mənzuməsinin cüzi
tammi olaraq bənimsər. Şərqin radikal bir
surətdə əsriləşməsini bütün səmimiyyətilə
istiqbal edər.
6 - “Yeni
Qafqasiya” bilxassə Rusiya imperyalizminə qarşı
mücadilə edər. O, çarizmi olduğu qədər
bolşevizmi də Türk dünyası üçün
müzurr və Qafqasiyaya düşmən görür.
Bu ümdələr
daxilində 2 sənədən bəri nəşriyyatda bulunan
“Yeni Qafqasiya”yı şu və ya bu maddənin müdafiə və
tərvicində zəif və qeyri-kafi bulmaq
mümkündür, fəqət hüsni niyyətdən ari və
qeyri səmimi degil!..
Səmimi
surətdə bağlandığı yüksək ümdələrin
(dayaqların) kəndisinə verdigi müqəddəs həyəcanla
başladığı mücadiləyi davam etdirən “Yeni
Qafqasiya” 3-cü ilə keçərkən 2 sənə əvvəl
məşbu olduğu böyük ümidlərini zərrə
qədər əksiltməyərək, biləks, keçən
sənənin təcrübələrindən gələn yeni
qüvvətlərlə mücəhhəz olaraq, məfkurə
yoluna davam, hürriyyət və istiqlal məqsədinə
doğru əzm ediyor.
Yılmaz bir əzimlə getdigimiz bu haq yolunda
düşmənin ayağımız altına
saçdığı sivri intiriqa tikanları ilə zəhərli
fitnə planlarına rəğmən, ciddiyyət və səmimiyyətlə
yürürkən, bizi ən ziyadə teşçi edən
şey milliyyətpərvər zümrənin, bilxassə gəncligin
haqqımızda göstərəcəgi təvəccöhdür.
Qismi məxsusimizdə bu qiymətdar təvəccöhü
ibraz edən bəzi məktublar, vəsiqələr dərc
edilmişdir.
Bunlar miyanından bizi ən ziyadə-təşçi
(cəsarətləndirən) və təhyic edəni (həyəcanlandıran)
Azərbaycandan milliyyətpərvər bir qrup naminə
alınan məktubdur. Bu məktubun gəldigi
yeri və altındakı imzanın kimlərə aid
olduğunu yazmaqdan, məlum səbəblərə görə
məzuruz. Fəqət bu qədər
söyləyə biliriz ki, bu gün Sibiryanın və
Arxangelsk quberniyasının soyuq köşələrində
çürüdülən Azərbaycan
istiqlalçılarından bir qismi “Yeni Qafqasiya”yı və
onun mühərrirlərini təgzib və təhqir etmək
istəmədikləri üçün bu əzaba qatlanıyorlar.
İştə
bu cəhənnəm əzabına qatlanan və qatlanmaya
hazır bulunan həqiqi vətən övladından bir qrup nəşriyyatımızı
kəndi nəşriyyatı, əfkarımızı kəndi
əfkarı və bizi Azərbaycan məfkurəçiliginin
ələmdarı ədd ediyor! Tikanlar və ilanlarla dolu bu
çətin yolumuzda qorxmadan yürümək
üçün bizə can və dərman verən bir təqdir:
Azərbaycan gəncliginin təqdiri!
Əvət, qaranlıq yolumuzu işıqlandıran əməl
işığı onun, o türk gəncliginin həyəcanlarla
qapıldığı məfkurə, məqsədə
doğru yürümək üçün qollarımıza
qüvvət verən də onun, o Azərbaycan gəncliginin bu
dəyərli təqdiridir.
Biz,
bütün fikirdaş və vətəndaşlardan bəkləməkdə
olduğumuz ciddi və səmimi yardım sayəsində, gəncligin
böyük bir həyəcanla məcmuəmiz harrında bəslədigi
ümidi, bir az olsun, təhəqqüq
etdirirsək kəndimizi dünyanın ən məsud bir fərdi
ədd edəriz.
“Yeni
Qafqasiya”, 3 təşrini-əvvəl (oktyabr) 1925, ¹1
ZİYA
GÖYALP BƏYİN İRTİHALI (VƏFATI)
İLDÖNÜMÜ
25 təşrini-əvvəl (oktyabr), böyük
Türk məfkurəçisi Ziya Göyalp bəyin
irtihalından 2 sənə keçməsi münasibətilə
Darülfünun gəncligi tərəfindən bir anma mərasimi
tərtib edildi. Mərasim Darülfünunun konferans
salonunda ruhiyyatçı Şekib, Türk Ocağı
binasında da Nəcməddin Sadiq bəylərin birər
konferansları və məzar başında söylənən
mütəəddid (xeyli) nitqlərlə təmayüz eyləmişdir.
Mərhumun məzarına Darülfünun ilə
Türk Ocağı naminə elm və məfkurə
yazılarını havi birər çələng vəz
edilmişdir.
Eyni gündə Ankarada Türk Ocağı binasında mərhumun
xatirəsini zikrlə mərasim tərtib edilmiş, nitqlər
irad olunmuşdur.
Mürşidin
məzarı başında Rəsulzadə Məhəmməd
Əmin bəy tərəfindən xaric Türkləri
namından aşağıdakı nitq irad edilmişdir:
Rəsulzadə
Məhəmməd Əmin bəyin xitabəsi
Əziz
müəllim, böyük rəhbər!
Sən bütün Türk dünyasına məfkurə
nuru saçan bir məsəl idin, şimdi qara topraqlar altında
yatıyorsan.
Fəqət buna rəğmən hala məfkurəçi
ürəklərə hərarət verən bir ziyasan, bir ziya
ki, inqirac (məhv olma) və istilanın ən qaranlıq
günlərində Osmanlı camiəsinin enqazı
altından çıxan Türk cəmiyyətinə ən
doğru istiqaməti verdi. Türkiyə
Cümhuriyyəti təəssüs etdi.
Böyük
Türk inqilabının əsaslı icraatı ilə,
Türkiyə Cümhuriyyətinin tətbiq etdigi böyük
ümdələrdən (prinsiplərdən)
hankısıdır ki, “Türkçülügün əsasları”nda
göstərilməmiş?!.
Ustad, məndən əvvəl sənə xitab edən
arqadaşlar səni böyük bir mübəşşir
(xeyirxah) olaraq özlədilər. Nə məsuddurlar
onlar. Nə məsuddurlar ki, səni
hürr və müstəqil bir Türk vətənin müftəxir
(fəxr edilən) vətəndaşları sifətilə
salamladılar. Arqadaşlarım kibi mən
də səni böyük bir mübəşşir, milliyyət
məfkurəsinin ələmdarı, türkçülük
təriqətinin piri olaraq özlərəm, fəqət nə
bədbəxtəm ki, bu xüsusda hislərinə tərcüman
olduğum ellər daha hürr və müstəqil degildirlər.
Azərbaycan, Türkistan, Kazan və Başqırdıstan kibi
Türk elləri sənin təsbit etdigin müqəddəs əsaslarla
degil, “Komunizm Əlifbası”ndakı qızıl ümdələrlə
idarə olunu-yorlar. Xaric Türklügündəki
gənclik, müstövli (işğalçı) bir qüvvətin
əksi propa-ğandaları ilə zəhərləniyor.
Bu zəhərə qarşı mübariz
Türk gəncliginin qullandığı ən müəssir
panzəhr sənin təlimatındır. Vaxtilə
istila altında inləyən Almanlıq üçün
Fixte-nin irşadatı nə idiysə, sənin təlimatın
da bizim üçün odur.
Əvət,
əziz millətdaşlar! Ziyada Fixtenin nəfəsi
vardı. Nə yazıq ki, bizdə alman üsuluna riayət
yox! Nərədə Ziyanın külliyyatı?
Ziya Göyalp Cəmiyyəti nərədə?
Hanı bütün Türk
çocuqlarının dörd gözlə bəklədikləri
əsər. Hanı “Türk Mədəniyyət Tarixi”!
Bu gün nəşr olunan qəzetələrdən
birində Ustadın hali-ixtizarda ikən belə
provalarını oxuduğu natamam qalan mühüm əsərinin
nəşr edilmək üzrə olduğunu oxudum. 3-cü sənə vəfatında
olsun nəşr edilmək üzrə bulunan bu əsərin
bir an əvvəl meydana gəlməsini təmənni
edəlim. Biləlim ki, Ziyaya göstərəcəgimiz
ən böyük ehtiram Ziyaçılığı nəşr
və təmim etməklə olar. Buna
bilxassə biz əsir Türk elləri əhəmiyyət
veririz. Ziya məfkurəkiliginin bu məmləkətdə
bir ənənə şəklini alması, bilxassə
hürriyyət və istiqlal yolunda mücadilə etməkdə
bulunan biz xaric türkləri üçün
mühümdür.
Ey
böyük məfkurəçi! Səni təbşir
(şad xəbər) ediyorum. Türk gəncliginə
aşıladığın milliyyət məfkurəsi
yalnız Türkiyə hüdudlarına inhisar etmədi.
Digər əsir Türk elləri də
hürriyyət və istiqlallarını təhsil (ələ
gətirmək) üçün çalışıyor,
çarpışıyorlar. Bu qeyri-müsavi mücadilədə
məqsədin həqqaniyyəti, məfkurənin ülviyyətinə
sığınaraq zəfəri-nihaiyə iman edən bu fədakar
zümrə namına səni, ey böyük mübəşşir,
kəmalı hörmət və təhəssüslə
salamlaram!
“Yeni
Qafqasiya”, 2 noyabr 1926, ¹3
MƏTBUAT
VƏ KİTABİYYAT
Mühüm
bir Konfrans
Xəbər
aldığımıza görə bir müddət əvvəl
Parisdə milliyyətçi Qafqasiya, Ukrayna və Türkistan
və Şimali Qafqasiyalıların iştirakı ilə
vüqu bulmuş böyük bir ictimada Rəsulzadə Məhəmməd
Əmin bəy tərəfindən “Panturanizm və Qafqasiya”
mövzusunda bir konfrans verilmişdir.
Bir
müddət əvvəl Zarevand tərəfindən pəkdə
sağlam olmayan faktlara müstənidən və subyektiv
mülahizələrlə yazılmış və Parisdə
intişar etmiş “Türkiyə və Panturanizm” nam
kitabın ehtiva etdigi fikirlərin rəddi-cərh və təmriri,
eyni zamanda, bu gün kəndi istiqlalları üçün
Rusiya imperyalizmilə mücadilə halında bulunan Qafqasiya
millətlərinin bu məsələlər müvacihəsində
nə kibi bir vəziyytət alacaqlarını təsrih məqsədilə
verilmiş olan bu konfransında, Emin bəy Moskva mətbuatının
ötədənbəri Qafqasiya, Ukrayna və Türkistanlıların
Rusiya imperyalizminə qarşı aldıqları müttəhid
cəbhədən əndişə edərək bilxassə
Qafqasiyalıları Panturanizm xəyuləsilə və
başda Türkiyə olmaq üzrə imperyalist
türkçülüklə təhdid etgdigini qeyd etmiş və
məsələyi səthi görərək bir çox suyi-təfsirlərə
yer verən rus əfkari-ümumiyyəsinin panturanizmi
moğolların tarixi fütuhatına bənzər yeni bir təhlükə
kibi tələqqi etdiklərinə işarət etmişdir.
Türkçülük
nəzərriyyətçilərindən Ziya Göyalpın əsərlərindən
misallar gətirmək surətilə panturanizm və
türkçülük məfkurəsinin əsil mahiyyətini
şərh və təhlil edən Emin bəy, Ziya bəyin
türkçülük haqqındakı fikirlərinin ruslar tərəfindən
nasıl təhrif və nə şəkildə
anlaşıldığını izah etmiş və bu gün
müxtəlif yerlərdə möv-cud türk
xalqlarının panturanizm ideyası arxasınca qoşmaq
degil, kəndi istiqlalları uğrunda cidala
atıldıqlarını qeyd etmişdir.
Emin bəyə görə realist siyasiyunlar bu gün
panturanizm fikirlərindən tamamilə uzaq bulunuyorlar. Romantik
panturanizm fikri, vaxtilə kəndini göstərən
panislavizm kibi bir fikir olaraq mövcud olmuşdur.
Fəqət panislavizm ideyası nasıl nəticə
etibarilə məsələn Çexlər kibi
ayrı-ayrı təşəkküllərin istiqlal fikrinə
müncər olaraq həqiqi bir sehniyət oldusa, tıpkı
onun kibi müxtəlif şərait təhtində yaşayan və
mənafe etibarilə müxtəlif olan türk xalqları da
panturanizm üçün degil, müstəqil bir mövcudiyyət
olmağa çalışıyorlar.
Bu surətlə sözü kəndi istiqlalı üçün Rusiya imperyalizmi ilə mücadilə edən Azərbaycana keçirirkən Emin bəy Azərbaycan xalqının daha çox zaman əvvəl Qafqasiya birligi məsələsinə sədaqətlə bağdığını və istiqlalda belə bu fikrindən vaz keçməyəcəyini qeyd etmişdir.
Emin bəy konfransını “Gərək Qafqasiya, gərəksə Ukrayna və türkistanlılar uydurma panturanizm təhlükəsinə qətiyyən inanmamalı, hala gözümüzün önünə mənhus bir kabus kibi tikilən Moskva (Rus) istilasını görməli və bunun əbədi olaraq izaləsi üçün müştərək qüvvətlə və müttəhid bir cəbhə ilə çalışmalıyız” sözlərilə bitirmiş və gurultulu alqışlarla qarşılanmışdır.
Məzkur Konfrans Paristdə müntəşir “Prometey” məcmuəsində dərc edildigi kibi Ukrayna milliyyətçilərinin nəşri-əfkarı olan “Trizub” məcmuəsində dəxi intişar etmişdir.
“Odlu-Yurd”,
28 Mayıs 1930, ¹16
(Ardı
var)
Müvacihə
- üz-üzə gəlmə
Həyyula
- vahimə, xəyal
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.20-21.