Milli Kitabxanada qazax şairi Mağcan Cumabayın yubileyi qeyd edildi

 

 

Dünən Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyinə həsr olunmuşMilli Kitabxanalarda innovasiyalar-dəyişikliklərin əsası inkişafın istiqaməti kimiBeynəlxalq elmi-praktik konfrans çərçivəsində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası TÜRKSOY-la birgə dahi qazax şairi Mağcan Cumabayın anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

“TÜRKSOY kitabxanası seriyası”ndan Ankarada çap olunmuşMağcan Cumabay. TürküstanMağcan Cumabay Şiirleriadlı kitablar təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında bu kitabları TÜRKSOY-un qazax ədəbiyyatına, qazax mədəniyyətinə ucaltdığı abidələr olduğunu bildirib.

Milli Kitabxananın kollektivini yubiley münasibətilə təbrik edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev burada uzun illərdir ki, TÜRKSOY-la birgə türk dünyasının görkəmli şəxsiyyətlərinin yubiley tədbirlərini keçirdiyini vurğulayıb. Nazir müavini TÜRKSOY-u türk dünyasının YUNESKO-su adlandırıb, M.Cumabayın xalqının, millətinin milli müstəqilliyi uğrunda apardığı mübarizəsindən söz açıb keçirilən bu tədbirlər vasitəsilə böyük qazax şairinin Türk dünyasında tanıdıldığını, təbliğ edildiyini diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Mağcan Cumabayın yaradıcılığından, həyat fəaliyyətindən geniş söhbət açıb. O, M.Cumabayın 125 illik yubileyinin türk aləmində Ankarada, Bakıda, Daşkənddə, Aşqabadda, Ufada başqa türkdilli ölkələrdə təntənəli qeyd edildiyini vurğulayıb.

Milli Kitabxananın TÜRKSOY-la birgə təşkil etdikləri tədbirlərdən danışan TÜRKSOY-un Baş Katibinin köməkçisi Fırat Purtaş bu tədbirdən məqsədin digər görkəmli türk xadimləri kimi, Mağcan Cumabayın da ədəbi fəaliyyətini, həyat yaradıcılığını geniş türk ictimaiyyətinə çatdırmaq olduğunu qeyd edib. O, M.Cumabayın ömür yolunu Azərbaycan şairi Əhməd Cavada bənzədərək hər ikisinin sovet repressiyasına məruz qaldığını söyləyib. Fırat Purtaş çıxışının sonunda Vaqif Əliyev Kərim Tahirova xatirə hədiyyələri təqdim edib.

Mağcanşünaslar - Şimali Qazaxıstan Vilayətinin İcra Hakimiyyətinin Dillərin İnkişafı üzrə İdarəsinin rəhbəri Kemel Ospanov Manaş Kozıbayev adına Şimali Qazaxıstan Dövlət Universitetinin professoru Zarxın Tarşıbay M.Cumabay irsindən danışıb, sonda yubilyar haqqında Qazaxıstanda nəşr olunmuş kitabları K.Tahirova təqdim ediblər.

Mağcan Cumabayın qazax xalqının türk dünyasının dahi şəxsiyyətlərindən biri olduğunu Azərbaycan ziyalıları kimi Sovet rejiminin təqiblərinə məruz qaldığını qeyd edən tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əskər onun şeirlərinin çətinliklə toplanılıb nəşr edildiyini bildirib, uzun illər əsərlərinin oxunmasına, nəşrinə, adının kitablara salınmasına qadağa qoyulduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, Azərbaycan Respublikasının TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və digər qonaqlar da iştirak edib, Mağcan Cumabay yaradıcılığı haqqında öz düşüncələrini bölüşüblər.

Tədbirin sonunda Mağcan Cumabaya həsr edilmiş film nümayiş olunub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.12.