Nəsimi Festivalı çərçivəsində akustikelektron musiqi axşamı

 

 

Azərbaycanda ilk dəfə təşkil olunan Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının ilk günü maraqlı konsert proqramı ilə başa çatıb.

Sentyabrın 27-də təqdim edilən “Ulduzlar sönmür” adlı akustikelektron musiqi axşamının iştirakçıları həm doyunca əylənib, həm də insanı mənən kamilliyə səsləyən ifalardan zövq alıblar.

Proqramda media rəssamlar Orxan Məmmədov (Azərbaycan) və Maotikin (Fransa) hazırladığı vizual effektlərin müşayiəti ilə mənəvi rahatlıq və kamilliyə səsləyən musiqilər təqdim olunub.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Sentyabrın 30-dək davam edəcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan - asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

 

 

525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.12.