Aşıqlar Birliyinin VI Qurultayı keçirildi  

 

 

Sentyabrın 28-də R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayı keçirilib.

Qurultayı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq aşıq sənəti haqqında məlumat verib.

Azərbaycan Aşıqlar Birliyinin ilk qurultayının 1928-ci ildə keçirildiyini deyən R.Hüseynov bu gün altıncı qurultayın gerçəkləşməsini əlamətdar hadisə hesab edib. Bildirib ki, aşıq sənəti, həm millətin böyük amallarının ifadəsidir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət qayğısı çox yüksəkdir. Azərbaycanın aşıq ensiklopediyası işıq üzü görüb. Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur. Əlbəttə ki, Mehriban xanım UNESCO ilə əməkdaşlıq etməsə idi, bu mötəbər qurumun xoşməramlı səfiri olmasaydı aşıq sənətinin belə bir mötəbər siyahıda yer almasına çatmaq çox çətin olardı. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına ölkəmizin 11 nominasiyası artıq daxil edilib. Üçünün üzərində gedir ki, yaxın zamanlarda reallaşacaq, ikisi hazırlıq mərhələsindədir. İnanıram ki, Azərbaycan dövlətinin daha da güclənməsi ilə bu sənətin olduqca böyük zirvələri fəth etməsinin şahidi olacağıq,- deyə R.Hüseynov söyləyib.

Sonra Qurultayın mandat komissiyasının sədri Elxan Məmmədlinin hesabatı dinlənilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan aşıq sənətinin son illərdəki fəaliyyət istiqamətlərindən danışıb. Nazir vurğulayıb ki, ölkəmizin bölgələrində yerləşən musiqi məktəblərində saz sənəti öyrədilir, tədris olunur, proqrama daxil edilir. Bütün bunlar bu sənətin gələcək nəsillər tərəfindən qorunmasına, yaşadılmasına hesablanmış addımdır.

Nazir qədim, əbədi mənəvi varlığımız olan aşıq sənətinə ulu öndər Heydər Əliyevin yüksək qiymət verdiyini, ümummilli liderin təşəbbüsü ilə UNESCO tərəfindənKitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirildiyini xatırladıb. Ə.Qarayev ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ədəbiyyatımıza, incəsənətimizə, aşıq sənətinə qayğısından, bir çox aşıqlarımıza Prezident təqaüdünün verilməsindən söhbət açıb.

Aşıq sənəti xalqımızın mədəni, mənəvi həyatı, dünyagörüşü, yaşayış tərzi ilə vəhdət təşkil edərək daim inkişaf edən bir xalq sənətidir. Xalqımızın digər irs nümunələri kimi saz-söz sənətimizə dövlət səviyyəsində diqqət qayğı göstərilir, bu sənət inkişaf etdirilir dünya səviyyəsində təbliğ olunur. Dövlət başçısının bu sahəyə diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi səyi nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”, - deyə Ə.Qarayev söyləyib.

Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı çıxış edərək rəhbərlik etdiyi qurumun son illər gördüyü işlərdən danışıb. Vurğulayıb ki, son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə dövlət tərəfindən mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür. Natiq deyib ki, son dövrlər milli-mənəvi dəyərlərimizə, o cümlədən aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır qayğı göstərilir. 2009-cu ildə aşıq sənəti Azərbaycan xalqına məxsus bir inci kimi dünya sənət şedevrləri sırasında - UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın çox böyük diqqət qayğısı nəticəsində baş verdi.

Bildirib ki, bu gün aşıq sənəti bir dövlətçilik atributu kimi diqqət mərkəzindədir. Bu sənət dövlətçiliyə bağlı olan sənətdir.

Xalq şairi Nəriman Həsənzadə digər şəxslər çıxış edərək qurultayın əhəmiyyətindən söz açıb, aşıq sənətinin humanitar mədəniyyət strategiyasındakı rolunu vurğulayıblar.

Qurultayda Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı səsvermə yolu ilə yenidən Azərbaycan Aşıqlar Birliyinin sədr seçilib.

Sonda qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

 

525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.12.