Azərbaycan dilinin tarixi:
fərqli baxışlar,
yeni yanaşmalar
PROFESSOR
QƏZƏNFƏR KAZIMOVUN "AZƏRBAYCAN DİLİNİN
TARİXİ: ƏN QƏDİM DÖVRLƏRDƏN XIII
ƏSRƏ QƏDƏR" ƏSƏRİNİN YENİ
NƏŞRİ HAQQINDA QEYDLƏR
Filologiya
elmləri doktoru,
professor, Əməkdar elm xadimi
Qəzənfər Kazımovun
ən qədim dövrlərdən XVIII əsrə
qədərki Azərbaycan
dili tarixinin yenidən işlənmiş
2-ci nəşri Türkiyədə
çap edilib (TEAS
Press Nəşriyyat evi).
Kitabın elmi rəhbəri professor R.C.Məhərrəmova, rəyçilər
professor İ.O.Məmmədov və A.C.Əlizadədir.
Kitab quruluş
etibarı ilə 6 fəsildən ibarədir. Müəllif əsərin "Bir neçə söz" hissəsində indiyə qədər tarixşünaslıqda
Azərbaycan xalqı və onun dili
ilə əlaqədar
qeyri-elmi və qərəzli konsepsiyanı
(son dərəcə səthi
yanaşma) doğuran səbəblərə toxunur.
O, bu yanlış baxışların Azərbaycan
dilinin mənşəyini
təhrif etdiyini, bu xalqın və dilinin, həmçinin də dövlətçiliyinin tarixininin
obyektiv öyrənilməsi
işinə əngəl
törətdiyini nəzərə
çatdırır. Beləliklə,
bizim şanlı tariximiz digərlərinin adına yazılır,
dilimizin kökü, mənşəyi İran və Qafqaz dilləri ilə bağlanılır. "Tarixi gerçəkliyə
zidd olan bu konsepsiya saysız
yanlış müddəalar
doğurur, bəşər
tarixinin saxtalaşdırılmasına,
etnik mənsubiyyət
məsələlərinin siyasi
konyunkturlar əsasında
"müəyyənləşdirilməsi"nə
səbəb olur".
Bir həqiqətdir
ki, dilimizin tarixi problemləri Azərbaycanşünaslığın metodoloji əsaslarından
birini təşkil edir. Həmin problem Azərbaycan xalqının tarixindən
ayrılmazdır. Xalqımızın tarixini düzgün istiqamətdə, elmi prinsiplər əsasında
öyrəndikcə dil
tariximiz də Azərbaycanşünaslığın nəinki metodoloji əsasına, həmçinin
də kontektinə çevrilir.
Azərbaycan dilinin tarixi və onun potensiyası
göstərir ki, bu sistemin varlığı,
mövcudluğu, inkişafı
təbii qanunauyğunluqlardan
kənarda olmamışdır. Bu qanunauyğunluq arxeoloji mədəniyyətə söykənərək
sübuta yetirmişdir
ki, hər şey (bəşər sivilizasiyası, dilin ilkin formalaşma dövrü, dialektlərin
ayrılması, eləcə
də ilk miqrasiyalar və s.) Ön Asiyadan yön
almışdır.
Müəllif əvvəlki nəşrə
sintaktik mövzuları
da əlavə etmişdir. Həmin mövzular düzgün
olaraq sintaqmatik qanunlar əsasında tədqiq olunur. Öncə "Kitabi-Dədə
Qorqud"un materiallarına əsaslanılır.
Bu da prinsipcə
doğrudur. Ona görə
ki, fikrimizcə, sintaqmatik qanunlar tarixi inkişaf ərzində baş vermiş qrammatik dəyişmə və proseslərə tətbiq olunmalıdır. O zaman
həmin dəyişmə
keyfiyyətlərinin mahiyyəti
dərindən açıla
və öyrənilə
bilər. Sintaktik əlaqələr, söz birləşmələrinin
quruluş modelləri,
cümlə, cümlənin
məqsədə görə
növləri, cümlə
üzvləri, cüttərkibli
və təktərkibli
cümlələr, mürəkkəb
cümlə, tabesiz və tabeli mürəkkəb cümlələr
və s.
Q.Kazımovun kitabında tarixi sintaksis tarixi-linqvistik
problem olaraq öyrənilir. Problemə baxış
və təhlil həm tarixilik, həm də linqvistik prinsiplərə əsaslanaraq aparılır.
Məntiqi prinsipləri də
buraya əlavə edə bilərik, həmin prinsiplər sintaktik məsələləri
daha aydın çözməyə imkan
verir. Ona görə ki,
sintaksisin məntiqin kateqoriyalarını öz
kateqoriyaları ilə
ifadə etməyə
gücü çatır.
Məlum olduğu kimi, dil inkişaf və dəyişmə yolundadır. Dəyişmə itirilmiş və
qazanılmış faktlarla
müşahidə olunur.
Dəyişmələr dilin fonetik,
leksik və qrammatik sistemində özünü göstərir.
İnkişafın daxili qanunları
imkan verir ki, onun müasir
xarakterini - ədəbi
dil və dialekt keyfiyyətlərini
müəyyən qanunlar
çərçivəsində dərk edək.
Müəllif dilimizin tarixi inkişaf yollarını və bu inkişafın
qanunauyğunluqlarını özünəməxsus biçimdə
dərk edir.
Qəzənfər Kazımovun "Azərbaycan
dilinin tarixi" adlı monoqrafiyasında ulu dilin təşəkkülü
və protodillərə
ayrılması, protodillərin
dialekt parçalanması
əsasında dil ailələrinin formalaşması,
şumer-türk varisliyi,
e.ə. III-I minilliklərdə
protoAzərbaycan dilinin
inkişaf yolu araşdırılmışdır.
Bu monoqrafiya həm
mürəkkəb, həm
də tariximiz və dilimizdə mövcud olan bir sıra mübahisəli
problemlərə aydınlıq,
obyektivlik gətirməsi
ilə diqqəti daha çox cəlb edir. Hər şeydən
öncə, dilimizin mənşəyi bu əsərdə gerçəklik
işığında təqdim
edilir. Uzun müddətdir ki, tarixi həqiqətlər təhrif olunur, ulu türkün ilkin beşiyi Mərkəzi Asiya sayılır, guya türklər Altayda doğulmuş, orada artıb-çoxalmış, müxtəlif
ərazilərə, o cümlədən,
Qafqaza və Ön Asiyaya oradan yayılmışlar.
Müəllif düzgün olaraq, arxeoloji və tarixi materiallara əsaslanaraq ilk bəşər
dilinin təşəkkülü,
dialekt parçalanması
haqqında inandırıcı
mülahizələr söyləmiş
və ilkin miqrasiyaların Ön Asiyadan başlandığını
sübuta yetirmişdir.
Monoqrafiya müəllifi mixi yazılarda mühafizə
olunmuş külli miqdarda etnonim, toponim və antroponimləri təhlil edərək Azərbaycan aborigenlərinin türkdilli
olduğunu göstərmişdir.
Q.Kazımovdan əvvəl Z.Bünyadov,
Ə.Dəmirçizadə, Y.Yusifov, S.Əlyarov, T.Məmmədov, K.Əliyev,
E.Əlibəyzadə və
başqa tarixçi və dilçilər Azərbaycan xalqının,
Azərbaycan dilinin mənşəyini düzgün
araşdırıb üzə
çıxarmaq işini
özləri üçün
həqiqi vətəndaşlıq
borcu saymışlar. Ancaq həmin alimlərin əsərlərində problemin
qoyuluşu birtərəfli
olduğu üçün
sona çatdırılmır
- türk dilinin tarixi onun inkişafının
müəyyən kəsiyində
araşdırılır, neçə
min illik mərhələ
nəzərə alınmırdı.
Tədqiqatçı özündən
əvvəlki müəlliflərdən
fərqli cəsarətli
addım ataraq dərin və tutarlı mənbə və materiallar əsasında şumer-türk
mənşə birliyini,
türk - şumer
struktur eyniliyini leksik, morfoloji və sintaktik müqayisələr əsasında
sübut edərək
türklərin hindavropalılar
və samilərlə
birlikdə Ön Asiyanın ən qədim və əzəli sakinləri olduğunu müəyyənləşdirmişdir.
Kitabda əksini
tapan mühüm və aktual mövzulardan biri də dillərin qohumluğu, yəni monogenez problemidir. Bu problem haqqında Q.Kazımovun təsəvvürləri, hər
şeydən öncə,
aydın məntiqə,
ulu dilin dil ailələrindəki izlərinə və protodillərin törəmələrinə,
budaqlarına əsaslanır
ki, bu da
təbiidir. Elə buna
görə də alim ilk dəfə belə bir mülahizə
irəli sürür ki, tipoloji cəhətdən
eyni (və ya yaxın) olan bütün dillər bir protodilin budaqlarıdır.
Q.Kazımov ulu dildən gələn xeyli sözün (gi, bi, ti, qa və
s.) etimoloji təhlilini
verərək onların
dil ailələrindəki
arxetiplərini dəqiqləşdirib
müqayisələr aparmaq
istiqamətində də
mühüm işlər
görmüşdür.
Müəllifin bütün elmi mülahizələri havadan
asılı qalmır. Məsələn, o, dillərin poligenez və ya monogenez
olması məsələsində-mübahisəsində
sözgəlişi fikir
işlətmir, arxeoloji
materiallarla yanaşı,
dil ailələrinin qohumluğunu isbat edən faktların aşkarlanması yolu ilə məsələyə
aydınlıq gətirmişdir.
Tədqiqatçı səriştəsi ilə, inam və təkidi ilə monogenez mənşəyinin sübutuna
çalışmışdır. Q.Kazımov dünya dillərinin mənşə birliyini aydınlaşdırmağın yeni üsulunu müəyyənləşdirmişdir ki, bu üsul
tarixi- müqayisəli
təhlil prosesində
hamı tərəfindən
qəbul edilmiş fonetik qanunlara əsaslanır. Bu prinsipin əsasında isə söz kökündə artikulyasiya
bazasına görə
yaxın olan samit səslər durur.
Bizim bir çoxumuzun çatışmayan cəhəti ulu dili kifayət qədər, aydın təsəvvür edə bilməməyimizdir. Bunun üçün hələ biz dilçilər, tarixçilər böyük zəhmətə qatlaşmalıyıq. Amma müəllif böyük yaradıcılıq təcrübəsi qazanaraq ulu dilə doğru araşdırmaların gələcəyinə böyük ümidlər bəsləyir, o, dünya dillərinə məxsus saysız-hesabsız söz köklərində ulu dilin söz köklərini görür (həmin köklər: gi-getmək, qaçmaq və s.; bi-boy, boy atmaq və s.; ti-dil, danışmaq və s.; lu-adam, el, xalq; ba-bağ, əlaqə və s.). Beləliklə, bu və ya digər qədim söz köklərinin struktur-semantik yuvaları dünya dillərində leksik vahidlərin semantik inkişafını ardıcıl izləməyə imkan yaradır.
Qeyd olunmalıdır ki, çox ağır zəhmət hesabına müəllif nostratik dilləri (qədim sanskrit, türk, rus, ingilis, ərəb, fars) müqayisəyə cəlb edərək eyniköklü sözlərin semantik inkişaf yolunu öyrənməyə çalışmışdır.
Məsələnin sonrakı qoyuluşu dilin inkişafının növbəti mərhələsidir. Bu dövr protodillərin parçalanmasıdır. Müəllifin fikirlərinə görə, dil ailələrinin təşəkkülü bu böyük mərhələdə mümkün olub. Dil ailələrinin təşəkkülündəki reallığı üzə çıxarmaq üçün o, şumer dilinin leksikası, morfologiyası ilə türk dillərinin leksikası və morfologiyasını müqayisə edir, leksik və morfoloji quruluşda mövcud olan yaxınlıqları aşkarlayır. Bu leksik və qrammatik faktlar şumer-türk əlaqələrinin tarixi haqqında oxucuya maraqlı məlumatlar çatdırır.
Qeyd etmək lazımdır ki, tarixşünaslıqda şumerlərin dili haqqında yanlış düşüncələr mövcuddur. Bu vaxta qədər şumer dilinin heç bir qədim və müasir dil ilə qohumluğu sübut edilməsə də, şumer leksikası ilə türk dillərinin leksikası arasında yaxınlıq daha çox müəyyən edilmişdir. Q. Kazımov şumer dilini qəsdən türk dilindən uzaqlaşdırmaq istəyən tədqiqatçılardan fərqli olaraq şumer dilinin quruluşunu - fonetik, leksik və qrammatik quruluşunun türk dillərinin fonetik, leksik və qrammatik quruluşu ilə qarşılaşdırır, eyniliyin inkişaf istiqamətlərini müəyyənləşdirir. Onun əldə etdiyi faktlar şumer dilinin türk dilləri ilə mədəni qohumluğunu deyil, genetik qohumluğunu göstərir və bütün bunlarda şumer-protoAzərbaycan-türk birliyini görür.
(Ardı var)
Möhsün NAĞISOYLU
AMEA Nəsimi
adına Dilçilik İnstitutunun
direktoru, akademik
İsmayıl KAZIMOV, Filologiya elmləri
doktoru, professor
525-ci qəzet 2017.- 5 yanvar.- S.6.