Şahnaz ŞAHİN
Dəyiş
Daha heç nə qalmadı,
İndi nədən danışaq.
Küsülü də deyilik,
Külək əsə, barışaq.
Yenə
bir şey fikirləş,
Nəsə bir hoqqa çıxar.
Lap bir xəlvət şəkil çək,
Yanında da arzular.
Dilin topuq vurmasın,
Sakit ol, aram
danış.
“Belə qalmaz bu dünya”,
Sən də bir azca dəyiş.
Dəyiş oyun havanı,
Dilində tamı dəyiş...
İnanıb boy verdiyin.
O suyu, camı dəyiş.
Sil üstündən günahı,
O son gümanı dəyiş.
Sol yanında yer tutan,
Yersiz adamı dəyiş!
Yerə
endir günəşi,
Kürəyini oda ver.
Qorxma bütün ömrünü,
Bax bu uzaq, yada ver.
Tütünsüz çətin olar,
Götür bir siqaret çək.
Qoy son dəfə soruşum,
Bu dava çox çəkəcək?!
Şeir qadın
Mən bir az çöl qadınam,
bir az da orman qadın.
Bir az şeir
qadınam,
Bir az da
roman qadın.
Dadı
damağımdadı,
Baldırğanın, reyhanın.
Yarpız,
quşəppəyinin,
Çörəkotunun tamı...
Tala-tala
ələfəm,
Çiçək-çiçək dağam mən.
Sahibini gözləyən,
Soyumuş ocağam mən.
Gedək,
bu yol aparar,
Birbaş Göyçəyə bizi.
Neçə davamçısı var
Nüşabənin,Tomrisin.
Vətəndi adi daşı,
Bir çöpü
də vətəndi.
Çox
da ana deyirik
Vətən Allaha təndi.
Qadınam, qadın... ana,
Hər dərdə
sipər qadın.
Bətnimdə böyüyübdü,
O Həcər, Nigar qadın.
Leyli mənəm, Şirin mən,
Ocaq qadın,
Pir qadın.
Tanrının yaratdığı,
Ən gözəl əsər...Qadın!
...Mən bir az çöl qadınam,
Bir az da şeir qadın...
Yenə
də axşam oldu
Yenə gün axşam oldu.
Yenə uçdu qaranlıq.
Qürbətdən dən gətirib.
Yerə səpdi qaranlıq.
Yenə
O deyən oldu,
Yenə mən o dünyalıq.
Çıxıb indi necə alım,
Kimdən alım halallıq?!
Yenə
də gözlə dedilər,
Keçib gedər dumanlar.
Qayıdıb ürəyimi vurdu
O gümansız gümanlar
...Yenə də axşam oldu...
Gecənin duası...
Ha su tökdüm, yaz olmadı bu dərdim,
Kotan çəkdim,
düz olmadı bu dərdim.
Səndən başqa kimə
desəm bu dərdi...
Bağışlamaz...
Allah, məni bağışla...
Bir hasar çək, diblərinə gül də ək,
Qələm götür, gözlərimə
sürmə çək.
Çıxıb gedər bəni-Adəm
təkbətək...
Bağışlamaz...
Allah, məni bağışla...
Sıx gözünü ağ
varağa qara yaz,
Sarı deyil Sarı gəlin... bir də yaz.
Günahım var, nə fərqi ki, çox, ya az..
Bağışlamaz...
Allah, məni bağışla...
Quru yerdi baş qoyduğum and yeri.
Hey sökülür arzuların
bənd yeri.
Dilimdədi Tövbə, İman,
Fənd yeri...
Bağışlamaz?
Allah, məni bağışla...
bağışla...
lll
Ürəyimə yatmadı
Oxuduğun bu nəğmə.
Gecələrin içindən,
Səhərə əl eyləmə.
Sevgi məktubu yazma,
Ta mənə quş dilində.
Göylər yerlə danışır,
Narın
yağış dilində.
Ruhum uçduğu yer də,
Ruhlar aləmi
deyil.
Fırtınalar önündə,
Neyləyə bilər sahil.
Biz ki, qohum deyilik,
Axı niyə
qan çəkir.
Əlimdə yol biletim,
Məni son güman çəkir.
Unuduram özümü,
Unuduram səni
də.
O ocağı, o közü,
O bənzərsiz təmi də...
Burax, burax əlimi,
İcazə ver, qoy gedim.
Bir də qovuşacaqmı,
Yollar....
Mən hardan bilim.
Məni
axtardınmı...
Daş üstə yatdığım
gecə,
Min il yol getdiyim gecə.
Gözündən itdiyim gecə,
Məni axtardınmı, Tanrım?
Qəmi
könlümü oxşayan,
Taleyimi naxışlayan.
O gildir-gildir ağlayan,
Ahı bağışladınmı,
Tanrım?
Yığış köç edək buradan,
Ağı ayıraq qaradan.
Söylə, anam mən sarıdan,
Yenə nigarandımı, Tanrım?
Əlim çatmadı sənə
Əlim
çatmadı sənə,
Qaldıq hərəmiz dünyanın
bir üzündə.
Sən günəş zərrəsində,
Mən külək
səsində.
Başımız üstə hönkürüb
ağlayan göylər,
Ayağımız altında susuzluqdan.
Bağrı çatlayan yer
üzü...
Aramızda Ağrı qatı...
Eh... Şoran istəklər hələ də başımızı qatır,
...Gözlərimi yumub
Gözlərindən öpmüşdüm,
yadındamı?
Bax, dodaqlarım hələ də
duz dadır.
Tapılır
Gecələr göyün üzünə,
Qalxmağa imkan tapılır.
Bir az yerdən,
bir az şərdən,
Olmağa pünhan tapılır.
Uzanır
Kərbəla yolu,
Neçə şəhidiylə dolu.
Kimə
damla qəhət olur,
Kiminə ümman tapılır.
Vəzni
ayrı, nəzmi ayrı,
Hüsnü ayrı, hüznü ayrı.
İsmi,
rəsmi, vəsfi ayrı,
Bir şah i-mərdan tapılır.
Şahnaz,
getmə hal səsinə,
Olmayasan qul nəfsinə.
Salavat çək gül hüsnünə,
Çətin...
Bir belə sultan tapılır!
lll
Nə vaxtsa yenidən doğulacağam,
Təkrar gələcəyəm mən
yer üzünə.
Nə vaxtsa diksinib oyanacağam,
Mən od işığına,
külək səsinə.
Budaqda tumurcuq çatlayan kimi,
Bir ömür
yenidən başlayacaqdır.
Bir payız yağışı
yağıb keçəcək,
Bir bahar yenidən qayıdacaqdır.
Sevgi dar ağacı-asılacağam,
Könlümün gözündən sən keçəcəksən.
İlahi
ağrının, ilahi
qəmin,
Şəklini üzümdən köçürəcəksən.
Yenə
vədələşib görüşəcəyik,
Bayram eyləcək tanış
küçələr.
Bu otel otağı, dar dayanacaq,
Bu köhnə skamya...
sevinəcəklər.
Hardasa yoluma çıxan birisi,
Mənə vurulacaq... yazıq olacaq.
Sənin
uzaqlardan yazdığın
məktub,
Mənə çatmayacaq... hayıf olacaq.
Keçdiyim dağ başı,
sıldırım qaya,
Ağac kölgəsində əks
olacağam.
Təkrar
gələcəyəm mən
yer üzünə,
Şahnaz, sənin üçün doğulacağam.
lll
Bizi ayrılığa aparar bu vaxt,
Baxmaz göz yaşına, əllərimizi
Çəkib yaxasından qoparar bu vaxt.
Bizi Ayrılığa
aparar bu vaxt.
Arınar
gecənin sirri içində,
Gümüş tellərini dağıdar
sabah.
Tənha
bir gözəlin bəxtinə düşüb,
Gecə çiçəyitək yumular
bu vaxt.
Nigaran qalarıq bir-birimizdən,
Axarıq, gedərik... yolumuz dümağ.
Milyonlar
içində itirər,
sonra,
Bizi tityə kimi axtarar bu vaxt...
Bir səs havalanar vaxt qapısında,
Bizə gəlib çatar həmişə bivaxt.
Əvvəl sığal çəkər
saçlarımıza,
Sonra könlümüzü qanadar
bu vaxt,
Bizi ayrılığa
aparar bu vaxt.
lll
Şeirimin şəklini çəkən oğlana,
Sözə qaranəfəs qaçan oğlana.
Bir məktub göndərim quş ürəyində.
Sevgisi solmasın daş, ürəyində.
Deyim ki... nə deyim, ah necə deyim.
Bu küçə daşlıdı, gecə qaranlıq.
Hər gün pusqudadı pislik, yamanlıq,
Xeyirlə vuruşur şər nə zamandı,
Deyim ehtiyatlı olsun, amandı...
Gözə qara eynək taxmasın deyim,
Dilindən yersiz söz çıxmasın deyim.
Eh, yadlar bir yana, dostlar bir yana,
Sınasın yaxını, doğmanı
deyim...
Gördüyü pilləkən üzü
göyədi,
Bilmək olmur göylər kimi bəyənir.
Adam var eləcə göyə boylanır,
Adam var eləcə göyə təşnədir...
Tanrım
yaratdığı dünyanı
sevir,
Bu yaşıl ormanı,
səhranı sevir.
Günəşi, yağışı, dumanı sevir,
Damlanı, dalğanı, ümmanı
sevir...
Yaxın
gəl, bu çətin yola bir çıxaq,
Qırxıncı qapının sirri məndədir.
Sənin
axtardığın böyük
səadət,
Bir az sevincdədır,
bir az qəmdədir....
Bu səhər ürəyi kövrək olubdu,
Qəlbimlə bir vurur qəlbi
göylərin.
Deyə
bilmədiyim nə qədər söz var,
Lütf edin, buludlar, ona söyləyin.
Lütf
edin, nə olar, ona söyləyin!..
525-ci qəzet 2018.- 6 yanvar.- S.23.