Səməd Hüseynoğlu
Mən kiməm
Manat kimi xırdalanan ömrə bax,
Nə ruh bilər, bədən bilər mən kiməm.
Həyat
adlı bir karvana qoşulub
Məndən əvvəl gedən bilər mən kiməm.
Altı
ildi "sağ ol" dedim qırxına,
Su tökmədim susuz
bir çöl arxına.
Pər olmadım bir dəyirman çarxına,
Dən üyüdən
nədən bilər mən kiməm.
Əl-ovcumda üçüm-beşim olmadı,
Pay qoparan quzğun dişim olmadı.
Bir kimsəylə müşkül
işim olmadı,
Mehribanlıq edən bilər mən kiməm.
Bir daşına tən olmağa yubandım,
Ac quşuna dən
olmağa yubandım.
Səmt
olmağa, yön olmağa utandım,
Necə
deyim: Vətən bilər mən kiməm?
Nə ümmanlar, nə dənizlər bilmədi,
Nə asanlar, nə qəlizlər bilmədi.
Özgələr heç, ən
əzizlər bilmədi,
Allah bilər, dədəm
bilər mən kiməm.
Tənha ağac
Tənha
bir ağac var yolumun üstə,
Mənim o ağaca yazığım
gəlir.
Salmır
kölgəsini qolumun
üstə,
Mənim o ağaca yazığım
gəlir.
Çox
da ki yekədi,
başda tacı var,
Nə yaraq-yasağı,
nə də gücü var.
Onun da həmdəmə ehiyacı var,
Mənim o ağaca yazığım
gəlir.
O ağac bəxtikəm adam kimidir,
Talanmış harayım, sədam kimidir.
Bir az da sınıxmış atam
kimidir,
Mənim o ağaca yazığım
gəlir.
Dibində çoxları kef-damaq
qurub,
İllər yarasını köksünə
vurub.
Ay allah, yetimtək
boynunu burub,
Mənim o ağaca yazığım
gəlir.
O ağac özüməm belə baxanda,
Baxdım o ağaca, baxdım yaxından.
Bəlkə o deyəcək tutub
yaxamdan:
Mənim o ağaca yazığım
gəlir.
Xoş gəlmisən
Onsuz da heç nədən
küsən deyiləm,
Qara saçlarıma
dən, xoş gəlmisən.
Günəşli günlərdən umacağım
yox,
Bulud, xoş
gəlmisən, çən,
xoş gəlmisən.
Ay məni qəfildən haqlayan eşqim,
Gözümü yollarda saxlayan eşqim.
Arabir qapımı yoxlayan eşqim,
Ömrün ötəninə tən, xoş gəlmisən.
Bir qərib nisgili, nidanı aldım,
Həmişə, hər heydən sədanı aldım.
Başına dolandım, qadanı
aldım,
Öpdüm qədəmini mən, xoş gəlmisən.
Götür, istədiyin pay sənin
olsun,
Qışa mən dözərəm, yay sənin olsun.
Bir quru canım var, qoy, sənin
olsun,
Nə yaxşı
gəlmisən sən,
xoş gəlmisən.
Verdim hər nəyim var, mən yelə
verdim,
Borcumdu qumarda bir belə, verdim.
Bir gülü qoparıb bir gülə verdim,
Gülüm, həyatıma ən xoş gəlmisən.
Qorxdum görən olar, göz tutar səni,
Çoxbilmiş ovçular tez tutar səni.
Birdən
bu dediyim söz tutar səni,
Amandı, dolanma gen, xoş gəlmisən.
Bu adamlar
Təkcə bostanıma daş
atmadılar,
Daşı ətəklərdən boşaltmadılar.
Ay Allah, gör nələr yaşatmadılar
Mənə bu adamlar, bax,
bu adamlar.
Kimdir o,
nədir o, bilmək istəmir,
Yaşamaq istəyir, ölmək istəmir.
Səni
də tanıyıb gəlmək istəmir,
Dinə, bu adamlar, bax,
bu adamlar.
Sənsən, açan sənsən
hər bir tilsimi,
De, niyə əyridir
dünyanın himi?
Bəlkə də görünür
kor şeytan kimi
Sənə bu adamlar, bax,
bu adamlar.
Bilirəm, hamının borcu
var sənə,
Nəyi var, nə versin
borclular sənə?
Axır
körpə kimi sığınar sənə,
Yenə bu adamlar, bax,
bu adamlar.
Ana
Gəldik
səni ziyarətə,
Nigaranım, salam, ana.
Mənəm, ömür-gün yoldaşım,
Bir də iki balam, ana.
Şəkil olub baxışların,
Nəmi qalıb yağışların.
Hanı
şirin alqışların,
Cavabsız sualam, ana.
Heç
dəymədin kefimizə,
Dözdün neçə səhvimizə.
Sən gedəndən evimizə
Gəlmir bibim, xalam, ana.
Necədir yerin, bilmirəm,
İstidir, sərin? - bilmirəm.
Dərdin
var, birin bilmirəm,
Ona görə
lalam, ana.
Gör,
atam necə sınıxıb,
Dərdləri üzünə çıxıb.
Qorxuram,
qəlbini sıxıb
Mən də bir xal
salam, ana.
Qonşulardı solun-sağın,
Cərgə-cərgə, yığın-yığın.
Qaydasıdır ayrılığın -
Gərək yetim qalam, ana.
Heç kim bu adamı başa
düşmədi
Məmməd Nazimoğlunun xatirəsinə
Yenə
cədvəlinə yazıldı
iki,
Bu adam neylədi
beşə düşmədi.
Düz seçə bilmədi getdiyi yolu,
Bəxtinə bir fərli peşə düşmədi.
Yaradı
kiminsə işinə
bir az,
Üçünə bir az çox,
beşinə bir az.
İstədi özün də
düşünə bir
az,
Neylədi yatmış bəxt işə düşmədi.
Əsil
dost yolunda sınaqda qaldı,
Həsrətdən gözləri soraqda qaldı.
Çox şeydən çəkildi, qıraqda qaldı,
Kiməsə yem olub dişə düşmədi.
Bildim, bu adamın Səmədmiş adı,
Bir Məmməd varıydı - dostu, ustadı.
Bax, o da heç kimdən heç nə ummadı,
Heç kim bu adamı başa düşmədi.
Bu gecə bir şeir yazmaq istədim
Bu gecə başımı başlara qoşub,
Bu gecə bir şeir yazmaq istədim.
Göydə ulduzların eşqinə düşüb,
Bu gecə bir şeir yazmaq istədim.
Göz-gözə gəldilər - göz əllərimlə,
Elə bil yandırdım köz əllərimlə.
Eşib dörd divarı öz əllərimlə
Bu gecə bir şeir yazmaq istədim.
Bir az qan qaraltdı bu namərd yuxu,
Yarımcan doğuldu sözlərin çoxu.
Zibil atanların söyüb var-yoxun
Bu gecə bir şeir yazmaq istədim.
Başıma qoymağa papaq tapmadım,
Gözümə sürtməyə torpaq tapmadım.
Şehini silməyə yarpaq tapmadım,
Bu gecə bir şeir yazmaq istədim.
Kim deşib qanatdı laçın dərdimi?
Ta qaysaq bağlamaz, açın dərdimi.
Salıb
at belindən xurcun dərdimi,
Bu gecə bir şeir yazmaq istədim.
Döndüm bir gecənin qoçağına da,
Baxdım oğrusuna, qaçağına da.
Elə bu gecənin acığına da
Bu gecə bir şeir yazmaq istədim.
Sən gedəndən
Anasın itirmiş uşaq kimiyəm,
Qurumur gözümdə nəm sən gedəndən.
Alıb ağuşuna oxşayır elə,
Gecə də, gündüz də qəm sən gedəndən.
Köz hardan anlasın külün dərdini,
Bülbül necə duysun gülün dərdini?
Eşidən çox olar zilin dərdini,
Deşir
ürəyimi bəm,
sən gedəndən.
İncidir qəlbimi həsrət qubarı,
Qayıt, ağrılarım azalsın barı.
Yığışıb çöllərin avaraları,
Olublar başıma cəm, sən gedəndən.
Bir dost yalanına aldandım özüm,
Olub-qalanıma aldandım özüm,
Bəxtin
kalanına aldandım
özüm,
Bəxt də ki, ağlatdı
həm, sən gedəndən.
Qəlbimi göynədən söz
deyən oldu,
Bir günah
işlədib yüz deyən oldu.
Kim mənim yolumu gözləyən oldu,
Kim öldü dərdimdən,
kim, sən
gedəndən?
Gəldim
Ürəyim atlandı, qəlbim
uçundu,
Çevrilib məhəbbət quşuna,
gəldim.
Saldı
öz sehrinə bu yerlər məni,
Qonub torpağına,
daşına, gəldim.
Arı naxış vurdu gülə min rənglə,
Nə gözəl uyuşdu bu xoş ahənglə!
Dedim su doldurar qızlar
səhənglə,
Həvəslə bir bulaq başına
gəldim.
Dedim daşdan-daşa qovlayar biri,
Aldadıb gizlicə tovlayar biri.
Nazlanıb könlümü ovlayar
biri,
Bəlkə bir gözəlin xoşuna gəldim.
Kimini ağlayır
səs bu bulağın?
Taleyi gətirib
nəhs bu bulağın.
Hanı gözəlləri bəs
bu bulağın?
Mən bura deyəsən boşuna gəldim.
Səməd
HÜSEYNOĞLU
525-ci qəzet 2018.- 10 yanvar.- S.7.