Milli Kitabxana ilə Los-Anceles Universitet kitabxanası arasında memorandum
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə ən nüfuzlu universitetlərindən olan
Kaliforniya Los-Anceles Universitetinin (UCLA) kitabxanası
arasında anlaşma memorandumu imzalanıb.
Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biri olan UCLA kitabxanasında 9 milyonadək kitab saxlanılır. İlk öncə çıxış
edən UCLA Kitabxanasının
Yəhudi, Yaxın Şərq və MərkəziAsiya üzrə
əməkdaşı Azərbaycana
səfərləri və
bu səfərlər müddətindəölkəmizdə kitabxanaçılığın inkişafı barədə
əldə etdiyi təəssüratlarını bölüşərək, Azərbaycan
ilə UCLA Kitabxanası
arasında əməkdaşlığın
gələcəyinə böyük
ümidlərlə yanaşdığını
qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov AMK ilə UCLA Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa
dair memorandumun imzalanmasının hər
iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya
və təcrübə
mübadilələrinin həyata
keçirilməsinə imkan
yaradacağını, oxucuların
zəngin informasiya resurslarından istifadə
imkanlarını xeyli
artıracağını qeyd
edib. O, bu memorandumun imzalanmasının
eyni zamanda qısa bir müddət
ərzində həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA Kitabxanasında hər iki ölkənin
tarixinin,mədəniyyətinin, elminin, adət və ənənələrinin
təbliğində və
öyrənilməsində əhəmiyyətli rol oynayacağına imkan yaradacağını vurğulayıb.
Professor K.Tahirov, həmçinin,
UCLA Kİtabxanası ilə
əlaqələrinyaradılmasında göstərdiyi dəstəyə
görə Azərbaycanın
Los-Ancelesdəki Baş
Konsulluğuna təşəkkürünü
ifadə edib.
Sonra çıxış
edən UCLA Kitabxanasının
direktoru Virciniya Stil (VirginiaSteel) Azərbaycan Milli Kitabxanasının UCLA kitabxanasının
beynəlxalq tərəfdaşlarından
birinə çevrilməsindən
məmnunluq hissi duyduğunu bildirib. O, UCLA Kitabxanası
və AMK-nın əməkdaşlığı və birgə həyata keçirəcəyi
layihələr vasitəsilə
bütün dünyada
alim və tələbələrə hər
iki ölkə haqqındabiliklərin daha
geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib. Azərbaycanın Los Ancelesdəki baş
konsulu Nəsimi Ağayev tədbirdə çıxış edərək,
bu gün UCLA Kitabxanasının Azərbaycan
Milli Kitabxanasının
ABŞ-da rəsmi əməkdaşlığa başladığı
ilk universitet kitabxanası
olduğunu qeydedib və bu tarixi
mərasimdə iştirakından
məmnun olduğunu bildirib. O, AMKv ə
UCLA Kitabxanası arasında
Anlaşma Memorandumunun
imzalanmasının iki
kitabxana arasında qarşılıqlı faydalı
əməkdaşlığa, eləcə də hər iki xalqın
daha da yaxınlaşmasına
güclü zəmin yaradacağ ınainandığını
qeyd edib.
Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının tarixi, fəaliyyəti vəuğurlarını əks
etdirən qısa film
nümayiş etdirilib. Daha sonra
iki kitabxana arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycan
Milli Kitabxanasının
direktoru, professor Kərim Tahirov və UCLA Kitabxanasının
direktoru Virciniya Stil imzalayıblar.
Sonra professor K.Tahirov
Azərbaycan Milli Ensiklopediyasının artıq
nəşrolunmuş cildlərini,
Azərbaycan Milli Kitabxanası haqqında foto albom və
Azərbaycana dair digər kitabları UCLA Kitabxanasına təqdim edib.
525-ci qəzet 2018.- 11 yanvar.- S.2.