“Həsən Zeynalov. Diplomatın tale yolu” kitabı çap olundu
Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri
Həsən Zeynalovun həyat və fəaliyyətinə həsr
edilmiş “Diplomatın
tale yolu” kitabı çapdan çıxıb.
Tanınmış diplomatın həyat
və fəaliyyətini,
diplomatiya tariximizin müəyyən səhifələrini
özündə əks
etdirən nəşrin
tərtibçisi Sabir
Şahtaxtı, redaktoru
filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə, rəyçisi
isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, professor Musa Qasımlıdır.
Naxçıvanın Bakıda daimi nümayəndəsi,
Azərbaycanın Qars
və İstanbulda baş konsulu, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatında daimi
nümayəndəsi kimi
məsul vəzifələr
daşımış, hazırda
Türkmənistan və
Əfqanıstanda səfir
olan H.Zeyanovun bu illər ərzində
göstərdiyi səmərəli
fəaliyyətə işıq
salan kitab təkzibedilməz faktlar, rəsmi və mətbu sənədlər,
canlı xatirələr
əsasında ədəbi-publisistik
üslubda qələmə
alınıb.
Nəşrdə diplomat haqqında “İnsan ömrünə uvertüra”,
“İqtiqlal mübarizəsi
– milli təlatüm dövrü”, “Qars: ermən fitnəkarlığı
ilə mübarizə”,
“İstanbul dövrü
fəaliyyəti: ziddiyyətlər
içərisində” və
digər yazılar yer alıb.
Kitab ictimai-siyasi elmlər sahəsində təhsil alan tələbələrə,
elmi işçilərə,
həmçinin, diplomatiya
sahəsi ilə yaxından maraqlanan oxuculara ünvanlanıb.
Qeyd edək
ki, “Həsən Zeynalov. Diplomatın tale yolu” kitabı
“Şərq-Qərb” nəşriyyatında
çap olunub, 680 səhifədən ibarətdir.
Ceyhun ABASOV
525-ci qəzet 2018.- 11 yanvar.- S.4.