Zərifə Əliyeva adına Liseydə
“Anarla üz-üzə”
Yanvarın 9-da Akademik Zərifə
Əliyeva adına
Liseydə Xalq yazıçısı Anarın
80 illik yubileyinə həsr olunmuş “Anarla üz-üzə” adlı görüş keçirilib. Tədbirdə liseyin müəllim-şagird
heyəti, Təhsil nazirliyinin nümayəndəli,
media mənsubları iştirak
ediblər.
Tədbiri giriş sözü
ilə açan liseyin direktoru Mehriban Vəliyeva öncə şagirdlərin
uğurlarından, burda
keçirilən tədbirlərdən,
görüşlərdən danışıb: “Biz şagirdlərimizin
hərtərəfli inkişaf
etməsini, biliklərə
dərindən yiyələnməsini
istəyirik. Çağdaş zamanda savadlanmağın,
dünyagörüşünü artırmağın yolları
çoxdur. Amma bizə
belə gəlir ki, Xalq yazıçısı
Anar kimi görkəmli şəxsiyyətlərimizi
təkcə onların
kitablarından yox, həm də onlarla üz-üzə, bax belə görüşlərdə
öyrənməliyik. Həmçinin xoşbəxtik
ki, bu il Anar müəllimin
ilidir, 80 yaşı tamam olur və
elə yubiley tədbirlərinə də
bizim lisey start verir”.
Mehriban Vəliyeva sonra Xalq yazıçısı
Anarın yaradıcılığına
aid fikirlərini tədbir
iştirakçıları ilə bölüşüb:
“Anar müəllimin əsərlərini hər
yaşda bir cür qavrayır, hiss edirik. Bir neçə sənətkar
var ki, onların
yaradıcılığına təkrar-təkrar qayıtmaq,
yenidən oxuyub, ayrı yöndən dərk etmək lazım olur. Anar müəllim belə sənətkarlarımızdandır. Təxminən iki aydır
ki, biz şagirdli, müəllimli, hamımız
Anar yaradıcılığı
ilə yaşayırıq.
Hamımız sevə-sevə oxuyuruq
bu böyük yazıçını, həmçinin
şagirdlərimizə də
oxudub, müzakirələr
edirik. Əlbəttə, Anar müəllim
bir çox suallara elə əsərlərindəcə cavab
verir. Amma biz istədik ki, bu gün onunla
üz-üzə olub bəzi məsələləri
özündən soruşaq...
Lakin daha öncə sizləri Anarın şəhərinin
sakinləri ilə görüşdürmək istədik...”
Əməkdar artist, liseyin dram dərnəyinin
rəhbəri Bəhruz
Vaqifoğlunun Anarın
müxtəlif hekayələri
əsasında hazırladığı
kiçik tamaşa böyük maraqla qarşılanıb. “Asılqanda
işləyən qadının
söhbəti”, “Mən,
Sən, O və telefon”, “Taksi və vaxt” və
digər hekayələrin
personajları bu səhnədə çox
doğmalaşıb, yaxınlaşıblar.
Tamaşada əsas rollarıliseyin şagirdləri
Atakişiyeva Leyla, Əliyev Məcid, Əhmədova Həqiqət,
Əliyeva Xəyalə,
Qənbərli Rəsul,
Hüseynov Əbülhəsən,
Mehdixanlı Emil, Əlizadə
Elvin, Həziyev Teymur,
Yusifli Fidan, Seyidli Zöhrə, Əzizov Aqşin canlandırıblar.
Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Bağırovanın Anarın
yaradıcılığından bəhrələnərək qələmə
aldığı “Mən
kiməm?” adlı mətn və liseyin şagirdinin hazırladığı video-çarx
tədbir iştirakçılarına
təqdim olunub.
Liseyin direktoru həm mətnin yazılma, həm də video-çarxın hazırlanma
tarixçəsindən danışıb:
“Anar müəllim,
biz sizin dilinizdən, daha doğrusu qəhrəmanlarınızın vasitəsiylə “Mən kiməm?” sualına cavab tapmağa çalışdıq. Amma
istərdik öz dilinizdən müəyyən
suallara cavab tapaq...”
Xalq yazıçısı Anar
liseyin rəhbərliyinə,
müəllim və şagird heyətinə minnətdarlığını bildirib: “Bilirsiz, əslində çox yerlərə dəvət
edirlər, görüşlərdə
oluruq. Amma səmimi deyim,
uzun illərdir ki, bu qədər
təsirləndiyim, təəccübləndiyim
olmamışdı. Liseyin şagirdləri
hekayələrimin qəhrəmanlarını
professionallara xas şəkildə təqdim
etdilər. Həmçinin mənim dilimdən yazılmış mətn,
hazırlanan video da çox təsirlidir.
Eyni zamanda tədbirdən əvvəl direktor Mehriban xanım liseyin uğrularından, keçirilən tədbirlərdən,
şagirdlərin imtahanlarda
göstərdiyi nəticələrdən
danışdı. Bütün bunlar
bizi çox qürurlandırır. Əslində elə arzuladığımız
da budur. Yeni gələn nəslin milli-mənəvi dəyərlərimizə,
sənətə, sözə,
ədəbiyyata bağlı
böyüməsini istəyirik.
Əlbəttə tədbirimiz davam
edir. Amma mən elə
indidən bu tədbirin təşkilatçılarına
öz təşəkkürlərimi
çatdırıram”.
Sonra yazıçı
şagirdlərin və
müəllimlərin suallarını
cavablandırıb. Anarın müxtəlif
əsərləri ətrafında
müzakirələrlə tədbir
davam edib.
Müzakirələrdən sonra şagirdlər 3 komandaya ayrılaraq Breyn-rinq yarışmasına
qatılıblar. Komandalardan birinin kapitanı
yazıçı Anar,
digərinin kapitanı
AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, üçüncünün
isə kapitanı yazıçı-publisist Pərvin
olub. 3 mərhələdən
ibarət olan yarışma böyük
coşqu ilə keçib. Birinci mərhələdə yarış
iştirakçıları 8 sözdən ibarət qısa hekayə yazıblar, ikinci mərhələdə tapşırıq
Anarın “Macal” əsərinin sonluğunu
ayrı cür yazmaq olub, üçüncü
mərhələdə isə
Anarın əsərlərinə
aid 15 sualdan ibarət yarış keçirilib.
Yazıçı Anarın
komandasında Mirzəyeva
Şəbnəm, Alışanlı
Tərlan, İsmayılova
Gülqayıt, Rəşad
Məcidin komandasında
Əhmədova Fəridə,
Eynullayeva Zəhra, Hüseynli Gülnar, Pərvinin komandasında Əliyeva Dilbər, Əhmədzadə Aslan, Abbasova Mehriban yarışıblar. Münsiflər heyətinin qərarına
görə Xalq yazıçısı Anarın
komandası birinci yerə layiq görülüb. Qaliblər və
yarış iştirakçıları
diplomlarla təltif ediliblər. Sonda yazıçı çıxış
edərək təəssüratlarını
bölüşüb: “Əziz
şagirdlər, yubileyimin
bu cür sizlərin aranızda, həm də bu səviyyədə qeyd olunmasından məmnunam. Çox istərdim ki,
başqa yazıçılarımızla
da bu cür
görüşlər keçirilsin.
Mənim
üçün unudulmaz
görüş oldu.
Ədəbiyyata sizdə bu cür maraq oyadan müəllimlərinizə
də dərin təşəkkürlərimi bildirirəm.
Həmçinin bu görüşü
təşkil edən liseyin direktoru Mehriban Vəliyevaya minnətdaram”.
Sonra Azərbaycan Yazıçılar
Birliyi ilə Zərifə Əliyeva adına Lisey
arasında əməkdaşlıq
müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, birlikdə
seminarların, təlimlərin
və bədii tədbirlərin keçirilməsi,
şagirdlərin ümumrespublika
və beynəlxalq yarışlara hazırlıqlarına
köməklik göstərilməsi,
birlikdə müsabiqə,
sərgilərin təşkil
edilməsi, muzeylərə
ekskursiyalarıntəşkili nəzərdə tutulub.
Sonda Anar liseyin müəllim və şagird kollektivi ilə xatirə şəkili çəkdirib, kitablarını
imzalayıb.
NƏZRİN
525-ci qəzet 2018.- 11 yanvar.- S.4.