Ürəklərə yol tapan insan

 

Həyatını qurub-yaratmağa həsr edən, xeyirxah, nəcib əməllər sahibi, nəsillərə həmişəyaşar  töhfələr bəxş edən insanlar hələ sağlığında ikən hər kəsin qəlbində əbədiyyətə çevrilir.

 

Belə insanlar həyat durduqca yaşayır, həmişə böyük hörmət ehtiramıla yad edilir, gələcək  nəsillərə bir örnək kimi nümunə göstərilirlər. Yaxından tanıdığım, əqidəsinə, sədaqətinə,  xeyirxah əməllərinə, amalına  bələd olduğum Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev məhz belə insanlardandır.

 

Azərbaycan prezidenti İlham Əliyevin 9 yanvar 2018-ci il tarixli sərəncamı ilə Fərhad Babayevin "Şöhrət" ordeni ilə təltif olunması xəbəri məni çox sevindirdi. Fərhad müəllimin, sözün həqiqi mənasında, Azərbaycan mədəniyyətinin inkişafı təbliğində xidmətləri böyükdür. Bundan başqa, mən Fərhad müəllimi böyük ürək sahibi, xeyirxah, əlillərə, imkansız ailələrə diqqət qayğı göstərən şəxs kimi tanıyıram. 1998-ci ildən bunun şahidiyəm.

 

Uzun illərdən bəri rəhbərlik etdiyim "Əlillərə Aztəminatlı Ailələrə Dəstək" Fondunun xeyriyyəçilik tədbirini keçirmək üçün Heydər Əliyev Sarayının direktoru Fərhad Babayevə müraciət etdim. O, tədbirimizin məqsədini, yığılan pulların hara xərclənməsi ilə maraqlandı. Məlum oldu ki, xeyriyyə konsertindən yığılan pul əlillərin sanatoriyalara, müalicə müəssisələrinə göndərilməsinə, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına sərf olunur. Hətta həmin vəsait hesabına böyrəkköçürmə əməliyyatına da dəstək verdiyimizi öyrəndi. Bundan sonra  Fərhad müəllim xeyli fikrə getdi nəhayət, "Siz necə yaddaqalan, yüksək qiymətə layiq olan nəcib, xeyirxah bir işlə məşğulsunuz. Bu xeyirxah missiyaya kömək etmək hər birimizin börcudur. Qəlbi kövrək adamlar həmişə insanlara ümidlə baxır, onlardan kömək gördükdə sevincləri yeri-göyə sığmaz. Ona görə ulu öndərin adını daşıyan bu sarayın qapıları bu gündən sizin üzünüzə açıqdır. Axı ulu öndər Heydər Əliyev daim insanlara yüksək diqqət qayğı göstərib. Xüsusilə, aztəminatlı ailələr, əlillər, şəhid ailələri ulu öndərin daim diqqət mərkəzində saxladığı təbəqə olub. Biz ulu öndərin xalqımız üçün miras qoyduğu bu xeyirxah missiyanı davam etdirməklə onun siyasi kursuna sadiqliyimizi nümayiş etdirməliyik. Mədəniyyət incəsənətlə bağlı hər hansı bir probleminiz olsa, kömək etməyə hazıram. Bu, ən böyük savabdır".

 

Mən Fərhad Babayevlə söhbətdən sonra sanki sehirli bir aləmə düşmüşdüm. İlahi, necə xeyirxah, qədirbilən, kövrək qəlbli insanlara canıyananlıq göstərən şəxslər var imiş. Allah onları qorusun.

 

Həmin vaxtdan başlayaraq, Fərhad müəllimlə əməkdaşlıq etdik. Bu vaxta qədər Heydər Əliyev Sarayında təmənnasız olaraq, 50-yə qədər xeyriyyə tədbiri keçirmişik. Həmin tədbirlərdə respublikamızın adlı-sanlı, tanınmış  Mədəniyyət incəsənət xadimləri təmənnasız iştirak ediblər. Onların sırasında Fərhad müəllimin dəvət etdiyi Xalq Əməkdar artistlər olub. Yüksək vəzifəli dövlət məmurları, deputatlar, tanınmış ictimai-siyasi xadimlər Heydər Əliyev Sarayında keçirilən xeyriyyə konsertlərində digər tədbirlədə ön sırada olublar.

 

F.Babayev ürəklərə yol tapan insandır. O, öz peşəsini dərindən sevən, bu sahədə uzun müddət çalışan mədəniyyət xadimidir. Uzun illərdir ki, Heydər Əliyev Sarayına rəhbərlik edir. Bu möhtəşəm sarayda bir-birindən baxımlı, rəngarəng, maraqlı tədbirlərin, konsert proqramlarının keçirilməsi Fərhad müəllimin peşəkar mədəniyyət işçisi olmasından xəbər veririr. O, konsertlərin  digər tədbirlərin təşkilində müntəzəm olaraq yenilikçi ideyalarının tətbiqi ilə seçilib. Təsadüfi deyildir ki, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmiş 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunması da onun əməyinə verilən yüksək dəyərin bariz nümunəsidir.

 

Fərhad Babayevin Heydər Əliyev  Sarayına rəhbərlik etdiyi illər ərzində  respublika miqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi digər tədbirlərin  hazırlanıb keçirilməsində yüksək peşəkarlıq təşkilatçılıq qabiliyyətinə malik olması, kollektiv arasında sıx birlik yaratma bacarığı, hər bir işçinin rəhbər kimi qeydinə qalması onu kollektivə sevdirib, hörmət qazandırıb. O, respublikamızda mədəniyyətin, xalq sənətinin inkişafı üçün çox işlər görüb.  Bu günlərdə 70 yaşı tamam olan Fərhad müəllim, əvvəlki illərdə olduğu kimi, yenə böyük ruh yüksəkliyi ilə çalışır, həyata keçirdikləri tədbirlərdən zövq alır.  O, sənətin bütün növlərinin inkişafı yayılması üçün əlindən gələn bilik bacarığını əsirgəmir. Məhz bu xüsusiyyətlərinə görə möhtərəm Prezidentimizin sərəncamı ilə ölkənin ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təlif olunmuşdur.

 

Biz yubiley yüksək mükafata layiq görülməsi münasibəti ilə təbriklərə qoşuluruq inanırıq ki, Fərhad müəllim daha yüksək mükafatlarla təltif olunacaq.

 

Gülbəniz BAYRAMOVA

Azərbaycan Respublikası "Əlillərin Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondunun prezidenti

 

525-ci qəzet  2018.- 11 yanvar.- S.4.