Keçmiş günlərdən bir xatirə

 

XIX yüzilliyin axırlarında Moskva, Sankt-Peterburq, Tiflis, Kiyev, Varşava, Lodz, Nijni-Novqorod digər böyük şəhərlərlə ticarət əlaqələrini genişləndirən Naxçıvan tacirləri həm bu qədim diyarın maariflənməsində öz varidatlarını təmənnasız sərf etməyə başladılar.

 

Bunun nəticəsiydi ki, şəhərin mötəbər, adlı-sanlı şəxslərinin yaxından köməkliyi ilə məşhur "Tərbiyə" məktəbi yaradıldı. Məktəbin təşkilatçısı görkəmli pedaqoq M.T.Sidqi Səfərova hər cür qayğı göstərirdilər. Onların Sidqidən bir xahişləri bu idi ki, naxçıvanlı uşaqlara Avropa məktəblərində olduğu qaydada fənlər tədris edilsin, öyrədilsin. "Tərbiyə" məktəbinə hamilik edənlərin siyahısı xeyli genişdir. Bəzi yazılarımızda onları ehtiramla yad etmişik azacıq da olsa onlardan birinin - məşhur xeyriyyəçi Mirzə Heydər Nəsirbəyovun haqqında məlumat vermişik.

 

Azərbaycanda onun ayrılmaz hissəsi olan Naxçıvanda, Irəvanda, Tiflisdə, Vladiqafqazda, Həştərxanda digər şəhərlərdə olan mütərəqqi ziyalılarla əlaqə saxlayan Mirzə Heydər Nəsirbəyovun ustad yazıçımız Mirzə Cəlillə dünya şöhrətli dramaturq, şair Hüseyn Cavidlə yaxın dostluq münasibətləri bu gün diqqətçəkəndir. 1998-ci ilədək onun sonbeşik qızı, çox güclü hafizəyə, yaddaşa sahib olan Matan xanım Naxçıvanda yaşayırdı. Bütün ömrünü Naxçıvan şəhərində yaşayan bu ağbirçək ana canlı bir arxiv idi. Bununla bərabər, atasının, həyat yoldaşı Mirzə Əbdüləzim Rüstəmovun, Əziz Şərifin, Hüseyn Cavidin, Əyyub Abbasovun bir çox tanınmış şəxsiyyətlərin məktubları, fotoşəkilləri sənədləri toplanmış maraqlı bir şəxsi arxivi vardı.

 

Keçən yüzillikdə maraqlı tarixi günlər yaşayan Matan xanım (sənəddə Fatma xanım) hər dəfə söhbətlərində maraqlı faktlar söyləyirdi. Zahirən çox mülayim sakit olan ağbirçək ananın ədəbiyyat haqqında olan bilgiləri bu gün adamı heyrətləndirir. Şair Hüseyn Cavidin "Ana" şeirini əzbər deyirdi. Onun faciələrindən saatlarla danışırdı. Onlar ailəvi dost olmaqla bərabər, həm yaxın qohum idilər. Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanım həm ata, həm ana tərəfdən Matan xanımın anası Şahbəyim xanımın ən yaxın qohumu idi. Şairin böyük qardaşı Şeyx Məhəmməd Matan xanımın baldızı qızı Zərri xanımı (yazıçı Əyyub Abbasovun xalası qızı) almışdı. Elə bu yaxınlığa görə, 1937-ci ildə Hüseyn Cavidlə bağlı bir çox xatirə əşyalarını, fotoşəkilləri Şahbəyim xanımla qızı Matan xanım qoruyub saxlamışdılar. "Tərbiyə" məktəbindən söz düşəndə Matan xanım deyirdi ki, anam atamın sərvətinin xeyli hissəsini qanuni yolla Naxçıvandakı xeyriyyə cəmiyyətinə vermişdi. Bu hadisənin 1917-ci ildə olduğunu da qeyd edirdi. Aradan xeyli illər keçəndən  sonra alim, yazıçı Əziz Şərifin 1972-ci ildə yazdığı "Hüseyn Cavid" adlı xatirəsində (xatirə sənədli gündəlik əsasında yazılıb) Matan xanımın anası Şahbəyim xanımın bu böyük səxavətindən, əsl həqiqətdə hünərindən söhbət açılır. Yaxşı olar ki, həmin məsələ ilə bağlı Əziz Şərifin yazdığı sənədlərlə biz yaxından tanış olaq: "Bakı, 22 iyun 1916. Əziz. Keçən məktubun bəni qədər məsrur etdisə, şu məktubun da bir o qədər məhzun mütəəssir etdi. Sənə təsəlli vermək istəməm, çünki bənim düşündüklərimi, şübhəsiz, sən düşünmüsən. Ancaq qısacıq bir sözlə deyə bilirəm ki: Ibrahim mühit əqrəbaca, dost aşnalarca pək böyük bir itkidir. Əvət, Ibrahim yazıq məzlum oldu. Məşədiyə, ata anasına səmimi ərzi-təsliyyət.

 

Hüseyn Cavid".

 

Şairin məktubundan sonra Əziz müəllim izahat yazıb: "Bu məktubda adıçəkilən İbrahim mənim bibim oğlu ən yaxın dostum sirdaşım idi. Hüseyn Cavid onu da, onun atası Məşədi Heydər Nəsirbəyovu da yaxşı tanıyırdı, hətta Istanbulda atama yazdığı məktubların birində ona "cənab Nəsirbəyov" deyə salam da göndərmişdi". Qeyd etmək yerinə düşər: Hüseyn Cavidin Əziz Şərifə yazdığı bir məktubundakı məlumatdan aşkar olur ki, şairin Naxçıvandakı borclarını Mirzə Heydər Nəsirbəyov ödəyirmiş.

 

1917-ci ilin 4 yanvarında Əziz Şərifin belə bir qeydi var: "Bir haqqında atamın xahişi ilə Hüseyn Cavidə məktub yazdım".

 

Hüseyn Cavidin həmin il yanvarın 13-də yazdığı cavab məktubunu oxuyanda "həmin işin" olduğunu aydınca görürük: "Əzizim! Məktubunu aldım. Şahbəyim xanım tərəfindən yazılacaq məktubu yazıb idarəyə verdim. Məzkur məbləğ hənüz poçtadan alınmamış. Şübhəsiz, alındıqda məktub ilə bərabər təb elan edilər".

 

Bu sətirlər mənə xatırladır ki, böyük sərvət sahibi olan Məşədi Heydər Nəsirbəyovun vəfatından sonra mənim bibim Şahbəyim xanım atamın məsləhəti ilə müftəxor molla seyidlərə ianə ehsan vermək əvəzinə, cəmiyyəti-xeyriyyə üçün müəyyən məbləğ ayırmışdı ki, bu barədə Hüseyn Cavidin vasitəsi ilə "Açıq söz" qəzetində mütabiq elan çap edilməli idi.

 

XIX yüzilliyin əvvəllərində naxçıvanlı Şahbəyim xanımın öz varidatının xeyli hissəsini xeyriyyə cəmiyyəti vasitəsilə maarifə sərf etməsi çox maraqlı hadisədir. təəssüflər olsun bu hünərli əməl tədqiqatçıların diqqətindən yayınmışdır.

 

Böyük şairimiz dramaturqumuz Hüseyn Cavidin yazdığına görə "Açıq söz" qəzeti bu elanı çap edib. O, 24 yanvar 1917-ci ildə bu haqda dostu Əziz Şərifə yazır: "Lakin sən bənə 410 rüblənin on rübləsi qəzetə üçündür, deyə heç bir şey işarə etməmişdin, şübhəsiz, o da başınızın qarışıqlığından nəşət etmə bir hal olsa gərək, "Açıq söz" idarəsinə söylədim. Idarə on rüblə geri alaraq, bu günlərdə xanımın qəzetəsini göndərəcəklər. Məşədiyə bildiklərə məxsusi ərzi-ehtiram...               

 

Qardaşın Hüseyn Cavid".

 

Matan xanım Nəsirbəyovanın mənə bağışladığı bəzi fotoşəkillərin içində Şahbəyim xanımın ağbirçək vaxtlarında çəkdirdiyi bir şəkil maraqlıdır. Şahbəyim xanım keçən əsrin qırxıncı illərinin sonunadək yaşayıb.

 

Matan xanımın qoruyub saxladığı sənədlər, fotoşəkillər içərisində yazıçı Əyyub Abbasovla da bağlı maraqlı şəkillər varıydı. Əyyub Abbasov onun həyat yoldaşı Mirzə Əbdüləzimin bacısı oğlu idi həm Naxçıvanda onlarda yaşamışdı.

 

Əyyub Abbasovun təhsil illəri yaradıcılığının ilk illəri Naxçıvanla sıx bağlıdır. Onun xeyli maraqlı fotoşəkilləri vardır. Unudulmaz yazıçımız, məşhur "Zəngəzur" (iki cildli) romanının müəllifi Əyyub Abbasovun onun dayısı, Naxçıvanın ilk maarif komissarı Əbdüləzim Rüstəmovun şəkillərini sizə təqdim edirik.

 

Matan xanımın arxivində rast gəldiyim maraqlı fotolardan biri 1958-ci ilin mayın 18-də çəkilib. Naxçıvana səyyar plenuma gələn yazıçılar şair-dramaturq Hüseyn Cavidin yaşadığı evin həyətində birlikdə şəkil çəkdiriblər. Matan xanıma bu fotoşəkli Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin yoldaşı Zərri xanım (Mirzə Əbdüləzimin bacısı Gövhərin qızı) bağışlamışdı. Şəkildə olanlar: sağdan-sola o vaxtlar Naxçıvan MR-in maarif nazirinin müavini olan Əli Hüseynov, Bəxtiyar Vahabzadə, Mehdi Hüseyn, Zərri Rasizadə, Rəsul Rza, naxçıvanlı müəllim Yunis Qasımov, Rəna xanım (Şeyx Məhəmmədin qızı), professor Əli Sultanlının bacısı Zərri xanım, Cəfər Xəndan, Hüseyn Cavidin bacısı oğlu Süleyman Məmmədov, Süleyman Rüstəm, Nazim Axundov Hüseyn Ibrahimov.

 

Matan xanımın vəfatından sonra onun "şəxsi arxivi" oğurlansa da, əlimizdə qalan axtarıb tapdığımız sənədləri, fotoşəkilləri yazdığımız yazılarla birgə sizə təqdim edirik. Istəyirik ki, Naxçıvanın maarifpərvər xeyriyyəçi xanımlarının adları unudulmasın. Gələcək nəsillər belə qeyrətli, hünərli səxavətli ağbirçək analarla qürur duysunlar.

 

Musa RƏHİMOĞLU (QULİYEV)

AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet  2017.- 11 yanvar.- S.6.