Elza İbrahimova
yad edildi
Mahnıları ilə yaddaşlarda
dərin iz qoymuş Xalq artisti Elza İbrahimovanın
anadan olmasından 80 il ötür.
AZƏRTAC xəbər verir ki, bu
münasibətlə görkəmli
incəsənət xadimləri,
musiqişünaslar, bəstəkarın
doğmaları ikinci Fəxri xiyabana gələrək sənətkarım
məzarını ziyarət
edib və onun ölməz sənət dünyasından
söz açıblar.
Anım
mərasimində mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 22
dekabr tarixli Sərəncamına əsasən
bu il anadan
olmasının 80 illik
yubileyi dövlət səviyyəsində qeyd ediləcək tanınmış
bəstəkarı xoşbəxt
sənətkar adlandırıb.
Bildirilib ki, Elza İbrahimova
ömrünün 50 ildən
çoxunu bəstəkarlıq
sənətinə həsr
edib. O, bənzərsiz yaradıcılığı
ilə ən yüksək zirvələri
fəth edərək musiqisevərlərin ürəyində
özünə əbədi
heykəl ucaldıb. "Elza İbrahimovanın
mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında
bəstələdiyi əsərlər
arasında lirik mahnılar, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri
xüsusi yer tutur. Onun yazdığı bütün
əsərlər dərin
məzmunu, yüksək
bədiiliyi ilə seçilirlər",- deyə nazir müavini vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor Firəngiz Əlizadə E.İbrahimovanın
zəngin yaradıcılığından
söz açıb. Deyib ki, dahi bəstəkar
Qara Qarayevin tələbəsi olmuş
Elza İbrahimova bütün fəaliyyəti
dövründə bir-birindən
maraqlı, orijinal mahnılarla bərabər
romanslar, sonatalar, kvartetlər yaradıb və Azərbaycanın görkəmli şairlərinin
şeirlərinə bəstələdiyi
gözəl lirik mahnıları hər zaman korifey sənətkarlarımızın
repertuarında sevilərək
ifa olunub.
Mərasimdə Milli Konservatoriyanın rektoru, Xalq artisti
Siyavuş Kərimi E.İbrahimovanın mükəmməl
musiqi təhsili aldığını söyləyib.
E.İbrahimovanın Azərbaycan şairlərinin əsərlərinə
100-dən çox, həmçinin,
rus və ləzgi dillərində yazılmış şeirlərə
də mahnılar bəstələdiyini söyləyən
natiq, onun son dövr yaradıcılığında
vətənpərvərlik mövzularına müraciət
edərək yazdığı
"20 Yanvar", "Qarabağ",
"Şəhid qardaş",
"Səngərlər", "Yanan laylalar" və digər əsərlərinin bu gün də populyar olduğunu deyib.
Sonda bəstəkarın
ailə üzvləri
adından qardaşı
Çingiz İbrahimov
çıxış edərək
bəstəkarın xatirəsinə
göstərilən ehtirama
görə ölkə
başçısına minnətdarlığını
bildirib.
525-ci qəzet.-2018.-12 yanvar.-S.7.