Gülşən
Mustafa
BİZİMLƏ
"QAÇDI-TUTDU" OYNADI İLLƏR
Toppuş
əllərimlə yumdum
gözümü,
Gizləndin, tapmadım, qaçdım,
tutmadın.
Mənim
uduzduğum bu oyunlarda
Deyəsən, heç zaman sən də udmadın.
İllər qaçdı bizdən
"məni tut" - deyə,
İz bulub, yönünü tapan olmadı.
Yaxşı gizlənmişdik xəyalımızda,
Gəzdik xəyal kimi, tutan olmadı.
Sənin
tellərini aparan yellər,
Mənim
hörüyümə ağ iz salıbdı.
Küsmüş arzulara bükülmüş
xəyal,
Bir də künc-bucaqda həsrət
qalıbdı.
ƏL ATIB YAXANNAN TUTMAĞIM
GƏLIR...
Hər küncdə-bucaqda
xatirən yatır.
Fikrimi bulayır,
başımı qatır.
Dada ikinci əl bazarı çatır
Dəyər-dəyməzinə satmağım gəlir.
Sənin
xatirəni kim
alacaq, kim?!
Hələ bir dərdimə olmayıb həkim.
Elə həmişəmi
tək özüm çəkim?!
Əl atıb
yaxannan tutmağım
gəlir.
Daha çəkdiklərim bəs
olubdu, bəs
Yığıb çinləməkdən dəst
olubdu, dəst.
Sən də olar-olmaz ümidini kəs.
Bütün dərd-sərimi atmağım
gəlir.
TELLƏRİMİ
Barmağından uzaq düşmək
qorxusu var,
Tel-tel əsir, bax, ürəyi saçlarımın.
Sənsizliyin küləyindən dolaşar
da,
Acı verən
daraq ilə dalaşar da.
Bu qorxudan rəngi
qaçıb dümağ
olub.
Tək peşəsi
sığalını ummaq
olub.
Bu nazına dözəmmirəm
tellərimin,
Sənsiz yığıb düzəmmirəm
tellərimi...
Dadına gəl, asıb daraqdan özünü.
Yetişməsən, gəzər qayçıda çözümü...
EV O EV DEYİL
Gedəndə tək özün getmədin ki sən,
Yığıb aparmışdın odu ocağı.
Acı xatirələr dolu buz otaq
Üstümə gəlirdi küncü bucağı...
Bilmirəm gözümün rəngi dəyişib,
Ya da divarların kağızı
solub.
Çoxdandır baxımsız qalıb
ev-eşik,
Ayna qırığından
küləklər dolub.
Getdin qapıları çırpıb
üzümə,
O gündən sözüm də "qayıt sev" deyil.
Qayıdıb gəlmisən, ta
nə deyim ki,
Gəlmisən buyur keç, ev o ev deyil...
CƏZA KİMİDİ
Günəşə oyanan qoca ağacın
Yaşıl tumurcuqlar qondu qoluna.
Vaxtsız ayaz kimi çöküb üstünə,
Vurdun acımadan
sağı, soluna.
Qara günlərimin əksi ağ əllər
Göyərçin misalı
uçurdu sənə.
Dəmir
barmaqların qəfəs
olsa da,
Ovcuna sığala
qonurdu yenə.
Nəyimə gərəkdi indi
əllərin
Əlsizə verilən əsa kimidi.
Mərhəmət yağdıran baxışların
da
Daha kor gözümə cəza kimidi.
Gülşən MUSTAFA
525-ci qəzet.-2018.-12 yanvar.-S.8.