Təzkirəçi alimin uğurlarının sorağında

 

Bugünlərdə sosial şəbəkələrdə "ən gənc azərbaycanlı professor xanım" sərlövhəli informasiyalara rast gəldim: Türkiyə Cümhuriyyəti Kastamonu Universitetinin Çağdaş türk ləhcələri ədəbiyyatları bölümündə çalışan Vüsalə Musalı 2017-ci ilin dekabr ayının 19-da Türkiyə Respublikası Yüksək Öyrətim Kurulunun qərarı ilə professor elmi adını alaraq, ən gənc azərbaycanlı qadın professorlardan biri olmuşdur.

 

 Vüsalə Musalı ilə ilk dəfə 2015-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri problemləri" adlı beynəlxalq elmi konfransda tanış olmuşdum. O zaman öz maraqlı məruzəsi ilə konfrans iştirakçılarının diqqətini cəlb etmişdi. Həmin "ən gənc professor xanım" deyə təqdim olunan Vüsalə Musalının elmi fəaliyyətinə yenidən nəzər yetirdik.

 

O, Azərbaycan elmi mühitində yetişib, hal-hazırda Vətənimizi Türkiyədə təmsil edən tədqiqatçılardandır. Tədqiqatçı Osmanlı təzkirəçiliyi, Azərbaycan təzkirəçiliyi, Azərbaycandan Osmanlıya mühacirət edən ədiblərimizlə bağlı elmi araşdırmaları ilə tanınır.

 

Vüsalə Musalı 1981-ci ildə Xırdalan şəhərində doğulmuş, 1997-2004-cü illərdə Bakı Dövlət Universitetində bakalavr magistr təhsili almışdır. 2002-ci ildən etibarən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmalar şöbəsində fəaliyyətə başlamışdır. 2009-cu ildən isə həmin institutda Mətnlərin nəşrə hazırlanması şöbəsində elmi işçi olaraq çalışmışdır. "Türk təzkirəçiliyinin strukturu spesifikası" adlı namizədlik dissertasiyasını AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda müdafiə etmiş (2006), daha sonra dosent (2012) elmi adını almışdır. Eyni zamanda, BDU-da pedaqoji fəaliyyətlə (2004-2014) göstərmiş, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə ekspert şurasının elmi katibi (2012-2014) olmuşdur.

 

Vüsalə Musalının indiyə kimi 5 kitabı 90-dan artıq məqaləsi məruzəsi nəşr olunmuşdur. 50-dən artıq beynəlxalq respublika konfranslarında məruzələrlə çıxış etmişdir. Azərbaycanlı alim Kastamonu Universitetində "Azərbaycan türkcəsi", "Azərbaycan ədəbiyyatı", "Əski Azərbaycan yazısı", "Türk-İslam ədəbiyyatı", "Klassik türk ədəbiyyatı", "Çağdaş türk ləhcələri ədəbiyyatlarının elektronik qaynaqları", "Osmanlı türkcəsi" fənlərini tədris edir. Türkiyədə nəşr olunan "Osmanlı Mirası Araşdırmaları Dergisi", "Uluslararası Dil, Edebiyat ve Halkbilim Dergisi", "Gaziosmanpaşa Üniversitesi Sosyal Bilimler Dergisi", "Nevşehir Üniversitesi Sosyal Bilimler Dergisi", "Türkbilim" s. beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

 

 2002-ci ildən bu günə qədər nəşr olunan monoqrafiya kitablarına nəzər saldıqda görürük ki, onun əsas tədqiqat obyekti türk təzkirəçiliyidir. Əlyazmalar İnstitutu tərəfindən nəşr olunmuş "XV - XVII əsrlər türk təzkirəçiliyi" (2007) adlı monoqrafyasında Azərbaycan, Osmanlı Orta Asiya coğrafiyasında qələmə alınmış təzkirələrin strukturu spesifikası tədqiqata cəlb olunmuşdur. Əlyazmalar İnstitutu elmi şurasının qərarı ilə çap olunmuş "Osmanlı təzkirələrində Azərbaycan şairləri" (2009) sərlövhəli monoqrafyası isə Osmanlı dövrlərinə müxtəlif səbəblərlə köçmüş Azərbaycan şairlərinin həyat yaradıcılığını əhatə edir ki, bu da Osmanlı - Azərbaycan ədəbi əlaqələri mühacirət ədəbiyyatımızın tarixi baxımından qiymətlidir. Kitabda bəhs olunan 58 Azərbaycan şairindən 27 nəfəri Azərbaycan ədəbiyyatı tarixində öyrənilməmişdir. Bunlara misal olaraq Bahar, Behcət, Bəhayi,  Cəlili, Dərviş Səfi, Ağqoyunlu Əbdi, Fateh, Feyzi, İzzi, Zühuri, Kamil, Qəribi, Məhəmməd Əmin, Məşrəbi, Nəbati, Rəmzi, Rüşdi, Sayi, Səburi, Vəfayi b. şairlərin adlarını sadalamaq mümkündür. Müəllif tədqiqatını belə bir cümlə ilə yekunlaşdırır: "Osmanlı təzkirələri XV-XX əsrlərdə Türkiyəyə müxtəlif səbəblərlə mühacirət etmiş Azərbaycan ədəbiyyatı nümayəndələrinin həyat yaradıcılığının, eləcə Azərbaycan mühacirət ədəbiyyatının qeyd olunun bölümünü araşdırmaq üçün mühüm qaynaqlardandır".

 

Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə  nəşr olunmuş (2011) növbəti kitabı "Türk təzkirəçiliyi: biblioqrafiya" adlanır. Məlumdur ki, biblioqrafiyalar əhatə etdikləri sahənin sütunu hesab olunur. Sözügedən kitab türk təzkirələrinin dünyanın müxtəlif kitabxanalarındakı əlyazma nüsxələrinin təsvirini, təzkirələrlə bağlı kitab, elmi-tənqidi mətn, tədqiqat, məqalə, elektron kitabların biblioqrafik təsvirini əhatə edir. Bu məlumatlar vasitəsilə istənilən türk təzkirəsinin hansı kitabxanada mühafizə olunduğunu ya nəşr olunub-olunmadığını öyrənmək mümkündür.

 

Tədqiqatçının uzun illərin araşdırmasının nəticəsi olaraq nəşr etdirdiyi "Azərbaycan təzkirəçilik tarixi" monoqrafiyası, həqiqətən , Azərbaycan ədəbiyyatı tarixində böyük bir boşluğu doldurması baxımından diqqəti cəlb edir. Bu səbəbdən, adıçəkilən monoqrafya AMEA Rəyasət Heyətində 2012-ci il üzrə "İlin ən mühüm nəticəsi" kimi dəyərləndirilmişdir.

 

Azərbaycan ədəbiyyatı tarixinə baxdıqda Sam mirzə, Əhdi Bağdadi, Sadıq bəy Əfşar, Mir Möhsün Nəvvab, Məhəmmədağa Müctəhidzadə, Seyid Əzim Şirvaninin bir neçə digər müəllifin tərtib etdiyi təzkirələrdən savayı çox sayda Azərbaycan təzkirəçisinin onların təzkirələrinin diqqətdən kənarda qaldığı məlum olur. Bu baxımdan tədqiqatçının indiyədək araşdırılmamış Azərbaycan təzkirəçiliyini tədqiqata cəlb etməsi əhəmiyyətlidir. Azərbaycan təzkirəçiliyinin nəzəri baxımdan, eləcə sistemli şəkildə tədqiqinə ciddi ehtyac var idi. V.Musalı, tədiqatının nəticəsi olaraq XVI əsrdən başlayaraq XXI əsrə qədər azərbaycanlı müəlliflər tərəfindən 46 təzkirə qələmə alındığını qeyd etmiş bu təzkirəçilərin həyat yaradıcılığını, təzkirələrinin məzmununu, strukturunu araşdırmışdır. Azərbaycan təzkirələrinin yazıldığı tarix məkan haqqında məlumatı cədvəl vasitəsilə əyani şəkildə təqdim edərək təhlillər aparmışdır.

 

Monoqrafyada Azərbaycan təzkirələrinin təsnifatı aparılmışdır. Azərbaycanlı müəlliflərin təzkirələrini qələmə alındıqları dil, struktur, əhatə etdiyi dövr, yazıldığı zaman coğrafiya üzrə təsnifləşdirmişdir. Azərbaycan təzkirələrinin nəzm nəsr hissəsinin dili öyrənilmiş bu əsərlər beş qrupa bölünərək dəyərləndirilmişdir.

 

 Azərbaycan təzkirələrinin strukturu təhlil edilərkən Azərbaycan müəlliflərinin təzkirələrdə haqlarında məlumat verdikləri şairləri təbəqə, əlifba, coğrafi, xronoloji prinsiplərə görə təqdim etdikləri məlum olmuşdur. Həmçinin, Azərbaycan Osmanlı təzkirələrinin fərqli oxşar xüsusiyyətləri tədqiq edilmişdir. Müəllifin fikrincə, Azərbaycan Osmanlı təzkirələrinin tərtib şəklini araşdırdıqda məlum olur ki, hər iki sahənin təzkirəçiləri ilk mərhələdə Herat məktəbini örnək alsalar da, sonradan özünəməxsus şəkildə qələmə aldıqları əsərləri ortaya qoymuşlar. Azərbaycan təzkirəçiləri təbəqə tərtib şəklini uzun müddət əsərlərinə tətbiq etmişlər. Müəllifin "Azərbaycan təzkirəçilik tarixi" adlı monoqrafiyasında əldə etdiyi yeniliklər Azərbaycan ədəbiyyatı tarixinə daxil edilməli olduğu qənaətindəyik.

 

V.Musalının nəşr etdirdiyi məqalələrin iştirak etdiyi beynəlxalq konfranslardakı məruzələrinin mətnlərini nəzərdən keçirdikdə onun hal-hazırkı elmi tədqiqat istiqamətinin Osmanlı təzkirələri əsasında Türkiyəyə köçmüş Azərbaycan şairlərinin həyat yaradıcılığını işıqlandırmaq, Azərbaycan şair alimlərinin Osmanlı sarayındakı yeri rolunu, Osmanlı təzkirələrində Azərbaycan şairləri ilə bağlı ədəbi tənqidi öyrənmək, Osmanlı dövrü mətbuatında çıxış edən Azərbaycan ədiblərin fəaliyyətinə işıq salmaq, Osmanlı-Azərbaycan ədəbi əlaqələrinin açılmamış səhifələrini araşdırmaq olmuşdur. Alimin son illərdə nəşr olunmuş elmi yeniliyi baxımından aktual olan məqalələri arasında "Osmanlı dövlətində qarabağlı ziyalı ailəsi - İshaqzadələr" (2017), "1920-ci illər Osmanlı mətbuatında Azərbaycan ədəbiyyatı məsələləri" (2017), "Osmanlı - Azərbaycan ədəbi əlaqələrinə dair bəzi dəyərləndirmlər" (2016), "Osmanlı təzkirəçilərinin gözü ilə XIX əsr Azərbaycan ədəbiyyatı" (2016), "Təzkirəçi toplum" (2016), "Türk təzkirəçiliyinin araşdırılmamış səhifəsi" (2015), "Osmanlı təzkirələrində azərbaycanlı mühacirlər" (2015), "Təzkirəçilər xanədanı" (2015) s. örnək göstərmək olar. Müasir dünya təcrübəsində bir tədqiqatçının elmi səviyyəsini ortaya qoyan əsas amillərdən biri onun əsərlərinə olan istinadlardır. V.Musalının nəşr olunmuş kitab, məqalə məruzələrinə Azərbaycanda, Türkiyədə İranda bir sıra tədqiqatçılar tərəfindən istinadlar verilmişdir.

 

V.Musalı bir çox əsərlərin elmi redaktoru olmuşdur. Bundan başqa, məşhur Türk ədəbiyyatşünası Ord. Prof. İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabının 2013-cü ildə çap olunmuş Ankara nəşrinə ön söz yazmışdır.

 

V.Musalı elmi pedaqoji fəaliyyətinə görə Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin Azərbaycanın Türkiyədəki Səfirliyinin tərifnamələrinə layiq görülmüşdür.

 

Son olaraq Azərbaycan elmini Türkiyədə təmsil edən professor Vüsalə Musalıya bundan sonrakı fəaliyyətində uğurlar arzulayır, yeni-yeni kitab məqalələrini, xoş sədalarını gözləyirik.

 

Almaz ÜLVİ

filologiya elmləri doktoru

 

525-ci qəzet.-2018.-12 yanvar.-S.8.