Şair Camal Yusifzadə yad edildi

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda tanınmış şair Camal Yusifzadənin anım günü keçirilib.

 

Tədbirdə mədəniyyət ədəbiyyat xadimləri, ziyalılar, şairin ailə üzvləri media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan yazıçı Seyran Səxavət mərhum şairin həyat yaradıcılığından söz açıb, onu payız ömrü yaşayan sənətkar adlandırıb.  Qeyd edib ki, 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olan Camal Yusifzadə orta məktəbi bitirdikdən sonra 1960-1965-ci illərdə Azərbaycan Dillər Universitetinin tarix fakültəsində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılığa başlayaraq, ilk şerini 1963-cü ildə Lənkəranda çıxanLeninçiqəzetində dərc etdirib. Əmək fəaliyyətinə LənkərandaLeninçiqəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm 2 saylı şəhər orta məktəbində tarix müəllimi kimi çalışıb. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib, “Ədəbiyyat incəsənətqəzeti redaksiyasında teatr, kino musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub. Televiziya Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub. 1998-ci ildən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləyib.

 

Qobustanjurnalının baş redaktoru Vaqif Əlixanlı mərhum şairlə xatirələrindən söz açıb, onu səmimi, mehriban, dostcanlı bir insan kimi yad edib. Camal Yusifzadəni həm peşəkar dramaturq kimi xatırlayan V.Əlixanlı onunDağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar s. pyeslərinin ölkənin müxtəlif teatr səhnələrində tamaşaya qoyulduğunu qeyd edib.

 

İnsan öz həyatını ləyaqətlə yaşayanda özündən sonra da hörmət sevgi ilə xatırlanır” - deyən Xalq şairi Sabir Rüstəmxanlı bu tədbirin Camal Yusifzadə şəxsiyyətinə olan ehtiramın təcəssümü olduğunu vurğulayıb. Şairin tədbir iştirakçılarına hədiyyə olunanPoeziyakitabına diqqət çəkən S.Rüstəmxanlı onun özünə qarşı çox tələbkar olduğundan şeirlərinin az olduğunu deyib: “Camal Yusifzadənin poeziyası özünəməxsusluğu, bənzərsizliyi ilə seçilir. Onun kitabına ön sözü Əli Kərim, son sözü isə Rəsul Rza kimi böyük şairlər yazıb. Elə bu faktın özü onun yaradıcılığına verilən ən gözəl qiymətdir. Bu kitab Camal müəllimin dediyi kimi, bir adamın özünə məktublarıdır. Onun sözü enerji dolu, canlıdır. Özü isə sakit, səssiz təmkinli insan idi. Mən onu hər zaman gözəl şairdən əlavə, yaxşı dost kimi xatırlayıram”.

 

Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə Camal Yusifzadənin yenilikçi ruhunun poeziyasına da təsirsiz ötüşmədiyini qeyd edib.

 

Camal Yusifzadəni hər yerdən görünən şair adlandıran şair Ramiz Rövşən çıxışında deyib ki, o, şair eqosundan uzaq, sadə insan idi: “İstedad çox adama verilə bilər, amma istedadla yanaşı, əsl insani xüsusiyyətlərə az adamda rast gəlinir. Camal həmin az insanlardandır. Şairlik tənha sənətdir. Vərəqlə baş-başa qalan şairdə adətən eqoistlik olur. Camal xoşbəxt insandır ki, hər zaman bu şair eqoistliyindən uzaq idi. O, həmkarlarını çox sevir, oxuyur təbliğ edirdi. Camal tək-tək şairlərdəndir ki, onun şeirlərini oxuyanda səsini eşidirsən. O, necə danışırdısa, elə yazırdı. Çox danışan deyildi, elə çox da yazmazdı. O, şeirlərində öz səsindən, nəfəsindən yüksəyə çıxmırdı”. R.Rövşən diqqəti kitabda yer alan uşaq şeirlərinə çəkib, bu şeirlərin orta məktəb dərsliklərində çap olunmasının əhəmiyyətini vurğulayıb.

 

Mərhumla tanışlığını xatırlayan yazıçı Çingiz Əlioğlu onu daxilən təmiz, ləyaqətli insan, son dərəcə işıqlı poetik imkanlara malik şair adlandırıb.

 

Tənqidçi Vaqif Yusifli çıxışında diqqəti Camal Yusifzadənin poeziyasına çəkib. Qeyd edib ki, Azərbaycan poeziyasında onun qədər çöldəki təbiətlə öz içindəki təbiəti, yazı, qışı şeirlərində çuğlaşdıran, vəhdət şəklində göstərə bilən ikinci şair yoxdur. Tənqidçi mərhumun təbiətə olan bağlığını xüsusi vurğulayaraq, onun poeziyasındakı saflığın, duruluğun da məhz bu sevgidən irəli gəldiyini deyib.

 

Daha sonra Vaqif Bəhmənli, Oqtay Rza, Tofiq Məlikli, Məhərrəm Musayev, Ağalar İdrisoğlu, Qardaşxan Əzizxanlı, Zakir Abbas, Fərqanə Mehdiyeva, Mübariz Süleymanlı və başqaları çıxış edərək Camal Yusifzadənin poeziyası ilə bağlı düşüncələrini bölüşüb, onu sayğı ilə yad ediblər.

 

Sonda mərhum şairin həyat yoldaşı Əntiqə Yusifzadə, başda AYB rəhbərliyi olmaqla, tədbirin təşkilində əməyi olan hər kəsə, çıxışçılara ailəsi adından təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.-13 yanvar.-S.13.