"Yaxşı padşahın nağılı"
Türkiyədə
Xalq
yazıçısı Anarın qardaş ölkədə
yeni kitabı işıq üzü görüb
Bugünlərdə Xalq
yazıçısı Anarın Türkiyədə yeni
kitabı nəşr edilib.
Yazıçının 80 illik
yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı
Vəqfi tərəfindən "Türk dünyası ədəbiyyatı
seriyası"ndan çap olunan ikinci kitabdır.
"İyi padişahın
masalı" adlanan kitabı türkiyəli tərcüməçi,
yazar İmdat Avşarla yazıçı-publisist və ədəbiyyatşünas
Pərvin hazırlayıb. Kitabda Anarın "Yaxşı
padşahın nağılı" hekayəsinin Azərbaycan,
türk, türkmən, qaqauz, krım-tatar, qırğız,
qazax, özbək, başqırd, rus və fars dillərində
tərcümələri yer alıb. Kitaba İmdat Avşar və
Pərvin ön söz yazıblar.
Kitabın tərtibatçılarından
olan və hekayəni Türkiyə türkcəsinə
çevirən İmdat Avşar yazdığı "Ön
söz"də uzun müddət türk xalqlarını
öz hakimiyyəti altında saxlayan SSRİ-nin despotizmindən,
şair və yazıçıların bu rejimə
qarşı gizli və aşkar mübarizəsindən,
sözügedən hekayənin də bu mübarizənin bir
parçası olmasından və kitabın yaranma ideyasından
söz açır: "Əlinizdəki kitabda yer alan və
bir çox Türk ləhcələrinə çevirilən
"Yaxşı padşahın nağılı" adlı
hekayənin müəllifi Anar
ömrünün 53 ilini Sovet rejimi içərisində
yaşamış görkəmli bir türk
yazıçısıdır. Anar, eyni zamanda, Çarlıq
dövrünü, müstəqil Azərbaycan Cümhuriyyətini
və Sovetlər birliyini görən, bu dövrlərin
bütün ağrı və acılarını yaşayan Azərbaycan
Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin
oğludur... Əsərdə yer alan "padşah", "vəzir",
"şair", "aşçı",
"faytonçu", "padşahın arvadı", "vəzirin
qızı", "fərman", "həbsxana" kimi
metaforalar dünyəvidir... Padşahla vəzirlər,
padşahla "həqiqi şair" arasındakı
münasibətlər, bu münasibətlər əsnasındakı
yaltaqlıqlar və bunun nəticəsində dəyişən
vəzifə və statuslar (həbsxana da daxil!) əslində,
çağdaş cəmiyyətimizin də problemlərindəndir
və hətta gələcək toplumların da təməl məsələlərindən
biri olacaqdır".
Xalq yazıçısı
Anarın hələ 2012-ci ildə "IV Türk
Dünyası Ədəbiyyat Dərgiləri Konqresi"ndə
"Türk Dünyasında İlin Ədəbiyyat
Adamı" seçildiyini xatırladan İ.Avşar hələ
o dövrdə bu ada layiq görülən
yazıçının ən az bir əsərinin türk ləhcələrinə
çevrilməsi qərarı alındığını da
qeyd edir. Koordinatorluğunu öz üstünə
götürdüyü bu işin altı il gecikməylə
olsa belə, yazıçının 80 illik yubileyi ərəfəsində
çap olunmasından məmnunluğunu isə tərcüməçi
xüsusilə vurğulayır.
Kitabda ön söz əvəzi yer
alan ikinci yazı Pərvinin "Yaxşı padşahlar
haqda" adlı məqaləsidir. O, burada müəllifin
hekayədəki incə yumorundan, oxucunu güldürə-güldürə
düşündürmək bacarığından söz
açır: "Yaxşı padşahın
nağılı" əsərinin nağıl, folklor
üslubunda yazılması təsadüfi deyil.
Yazıçı "yaxşı padşah" adı
altında simvollaşdırdığı, sarkazmla, kinayə
ilə təsvir etdiyi "qəhrəmanı"nın
bütün "yaxşılıqlarından", yəni
birbaşa yozsaq - əzazilliyindən,
savadsızlığından, ədalətsizliyindən
danışır. Ustadı Mirzə Cəlilin güldürərək
düşündürmək, ağrılardan, problemlərdən
gülə-gülə danışmaq priyomundan istifadə edən
Anar bu əsərində də hər şeyi incə yumoruyla
təsvir edir".
Hekayədən gətirdiyi
sitatlarla fikrini daha da qüvvətləndirən Pərvinin
fikrincə, əsər totalitar sovet rejiminin bütün
yazılı və yazılmamış qanunlarını dəqiqliyi
ilə göstərir".
Hekayəni müxtəlif türk
dillərinə İmdat Avşar, Maya Samizadə, Şahinə
İbrahimova, İbrahim Türkxan, Feyruzə Qəribova,
Leniyara Səlim, Seyran Süleyman, Ergali Erbosınov,
Güllü Qərənfil və başqaları çeviriblər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-
2018.- 16 yanvar.- S.7.