İsfar Sarabski Parisdə konsert verib
Ölkəmizin Fransadakı səfirliyinin
və Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) birgə təşkilatçılığı
ilə Azərbaycanın
Əməkdar artisti, Prezident təqaüdçüsü
İsfar Sarabskinin Parisdə konserti keçirilib.
AZƏRTAC xəbər
verir ki, konsertin tamaşaçıları
arasında xarici ölkələrin səfirlərin,
diplomatlar, tanınmış
musiqiçilər, cazsevərlərlə
bərabər, Fransanın
aparıcı musiqi prodüserləri də olublar.
Azərbaycanlı pianoçunu zərb alətində Patrick Goraguer
və bas gitarada
Maurizio Congiu müşayiət
ediblər.
Konsertdə İsfar
Sarabskinin "G-Man", "The Egde", "Prelude", "Liıping
Stranger", "Planet" bəstələri,
eləcə də
John Coltranenin "Giant Steps" və Oscar Levantın
"Blame it on my youth" standart caz nümunələri ifa olunub.
İstedadlı pianoçu caz, klassik və Azərbaycan milli musiqisinin ritmlərini birləşdirərək öz
kompozisiyasını təqdim
edib. İ. Sarabskinin melodiya
və ritmi ilə fərqlənən
caz musiqisi peşəkarlar və cazsevərlər tərəfindən
rəğbətlə qarşılanıb.
Konsertdən sonra fransalı cazsevərlər konsertlə
bağlı təəssüratlarını
AZƏRTAC-la bölüşüblər.
Beynəlxalq Vəkillər
Kollegiyasının üzvü,
vəkil Evelyne Stirn: "Ölkənizi, onun mədəniyyətini
Parisdə fəaliyyət
göstərən "Ulduz"
Assosiasiyasının prezidenti
Aytən Muradovanın
sayəsində tanıdım.
Azərbaycan mədəniyyətinə, musiqisinə heyranam. Vəkil
olmağıma baxmayaraq, musiqini çox sevir və özüm
də mahnı ifa edirəm. Bu axşamkı konsertdən
xüsusi zövq aldım. Gənc bir pianoçunun belə
istedada malik olması, onun ifası məni heyran etdi. Bu gənc
pianoçu Azərbaycanın tarixini xatırlatdı, əsrlərlə
qurub-yaradılan mədəniyyətin xoş gələcəyindən
xəbər verdi. Sarabski bir daha göstərdi ki, Avropa
bölünməzdir, Azərbaycan da onun bir hissəsidir".
Vaxtilə nazir və dövlət katibi olmuş Olivier Stirn: "Mən Fransa siyasətçisiyəm. Beş prezidentlə işləmişəm. Hazırda siyasi fəaliyyətimi Prezident E.Makronla davam etdirirəm. Azərbaycan ən yaxşı davamlı inkişaf edən ölkədir. İqtisadiyyatının bütün sahələri, xüsusilə də son illər turizm, kənd təsərrüfatı sürətlə inkişaf edir. Perspektivli gənc ölkəniz var. Çox şadıq ki, Azərbaycan Avropanın bir hissəsidir. Bu gün dinlədiyimiz istedadlı pianoçu kimi gənclərinizin timsalında ölkənizin böyük gələcəyi var. Konsertdən çox məmnun oldum. Xüsusi zövq aldım".
Digər
cazsevərlər - Aouatef və Shopie də təəssüratlarını
bölüşərək, istedadlı gənc pianoçu İsfar Sarabskinin ifasına heyran
qaldıqlarını, onun xüsusi
istedada malik olduğunu və tezliklə bütün
Avropada tanınmış musiqiçilərdən
biri olacağına əminliklərini
bildiriblər. Diqqətə çatdırıblar ki, onlar Azərbaycan
muğamını və milli musiqi alətlərimizi çox
bəyənirlər. İsfar Sarabski kimi istedadlı gənclər
mədəniyyətimizi və musiqimizi
xaricdə uğurla təmsil edirlər.
525-ci qəzet.-
2017.- 16 yanvar.- S.7.