Firuzə Məmmədlinin İstanbulda
kitabı təqdim edilib
Bugünlərdə şair-tərcüməçi Firuzə Məmmədlinin
İstanbulda türkcə
nəşr olunan ilk kitabı "Sözlərim
könlümü almağa
gəlir" təqdim
edilib.
İstanbulda fəaliyyət göstərən
"Araz yayınları”
Nəşriyyatı tərəfindən
çapa hazırlanan
kitabın tanıtım
günləri də uğurlu olub.
Nəşriyatın koordənatoru Kəbutər
Haqverdi Azərbaycan ədəbiyyatının tanınması
üçün belə
günlərin çox
önəmli olduğunu
vurğulayıb.
F.Məmmədli Azərbaycan Yazıçılar
Birliyi Həmkarlar İttifaqının sədri,
bər neçə beynəlxalq mükafatın
qalibidir. Şeirləri bir neçə
dilə tərcümə
edilib. 2017-ci ildə isə Firuzə Məmmədli
"Qızıl Kəlmə”
mükafatına layiq görülüb.
Firuzə Məmmədli İstanbulda
Türkiyə Azərbaycan
Dərnəyində (İSTAD) təşkil olunan şeir gecəsinin əsas qonağı olub.
Görüşdə tanınmış ədəbiyyatçılar,
İSTAD-ın üzvləri
və poeziyasevərlər
iştirak ediblər.
İSTAD-ın
sədri Səfər Qaraqoyunlu şairə Firuzə Məmmədlinin
yaradıcılığından danışıb.
Göstərilən diqqətə və qonaqpərvərliyə görə
minnətdarlıq edən
şairə görüş
iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Şahanə
525-ci qəzet.-
2017.- 16 yanvar.- S.8.