Əsgər naməsi
Ey vətən, ey ana, haray
qoparın,
Qeyrət göstərməyin zəmanəsidir.
Bizim amalımız -
haqqın işığı,
Yanan ürəklərsə pərvanəsidir.
Sanki ayrı düşüb ruhundan bədən,
Şuşa küsüb bizdən, yox gedib-gələn.
Ürək parçalayan,
könül göynədən
Xocalı elinin ah-naləsidir.
Bir körpə can verir, "anacan" deyir,
Köksündən vurulmuş
ana "can" deyir.
İgid qardaşlarım
qana-qan deyir,
İntiqam yanğısı, divanəsidir.
Hardadır bu yerin firəvan
çağı? -
Viranə qoyubdur yurdumu yağı.
Tabutum üstündə
görsəz bayrağı,
Şərəfli ölümün nişanəsidir.
Qubadlı, Füzuli,
Ağdamım mənim,
Kəlbəcər, Laçınım
- yaylaq məskənim,
Azərbaycan kimi azad ölkəmin
Qarabağ incisi, dürdanəsidir.
Torpağım əsiri
olun düşmənin,
Çəkirik həsrətin dağın,
çeşmənin.
Döyüş yollarını
keçən Rövşənin
Onu duyanlara bir naməsidir.
Rövşən NAĞIYEV
Qarabağ müharibəsi iştirakçısı
525-ci qəzet.-
2017.- 16 yanvar.- S.8.